Həmişəyaşarlığın şərti və sirri

 

Professor Şirməmməd Hüseynovun anadan olmasının 95 illiyi münasibətilə

 

Böyük və qayğıkeş insan, mahir maarifçi, tələbkar pedaqoq, cəsarətli, cəfakeş və istedadlı alim, milli istiqlalın sevdalısı, həqiqətin və mənəvi dəyərlərin dayağı, əbədi müəllimim professor Şirməmməd Hüseynov haqqında az qala 50 illik tanışlığımızdan yaranan kitablıq xatirələrim var. Elə bilirəm ki, düz 28 il bundan əvvəl - Sovet imperiyasının dağılması Azərbaycanın müstəqilliyinin bərpa olunması ərəfəsində pak əməlləri sarsılmaz əqidəsi ilə cəmiyyətdə böyük nüfuz qazanmış Şirməmməd Hüseynovdan aldığım müsahibə ("Odlar yurdu" qəzeti, №21 noyabr, 1991-ci il) onun fenomenal düşüncəsi, uzaqgörənliyi, arzu istəkləri, dövrünün ən aktual problemləri barədə zəngin təəssürat yaradır. Odur ki, həmin müsahibəni oxucuların diqqətinə təqdim edirəm.

 

Abid Tahirli

 

Ədəbiyyat qəzeti.- 2019.- 14 dekabr.- S.8.