Kulis ilin yazıçılarını seçdi
Kulis.az mədəniyyət portalı 2019-cu ilin yazıçısını, şairini və tənqidçisini seçib.
Mənbədən aldığımız məlumata görə
qaliblər “Kulis”in əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən Kulis.az saytında və digər mədəniyyət, ədəbiyyat saytlarında, eyni zamanda bu sahəyə aid qəzet və jurnallarda gedən materiallar, cari ildə
çap olunan kitablar əsasında seçilib. Mükafata layiq görülənlər arasında
“Ədəbiyyat qəzeti”nin şöbə müdiri, filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas
Elnarə Akimova da var.
Elnarə
Akimova Yeni ədəbiyyat nümunələrindən, xüsusən
gənclərin yaradıcılığından
mütəmadi yazdığı
səmərəli tənqidi
yazılarına və
bu il çap
olunan “Düşüncə
zamanı - ədəbi
tənqid diskurs kimi” və “Ədəbiyyat qəzeti”ndə
təşkil olunan ədəbi müzakirələrin
toplandığı “Müstəqilliyin
ədəbiyyatı müzakirə
diskursunda” kitablarına
görə "İlin
tənqidçisi" adına
layiq görülüb.
Həmçinin Səfər Alışarlı
“Qız və maneken” povest və hekayələr kitabına və “Kulis”də yayımlanan yeni hekayələrinə görə “İlin yazıçısı”, Həmid
Herisçi isə Kulisdə yayımlanan və geniş marağa səbəb olan şeirlərinə görə
“İlin şairi” seçilib.
Xatırladaq
ki, təqdimat mərasimi dekabrın 25-i saat 15-də “Apa
Group”un konfrans zalında keçiriləcək.
Ədəbiyyat qəzeti.- 2019.-
21 dekabr.- S.29.