Nəsiminin 650 illiyinə həsr
olunmuş “Mənəm, mən...”
adlı tamaşanın premyerası olub
Dekabrın 26-da Azərbaycan Dövlət
“Yuğ” Teatrında “Mənəm, mən...” adlı tamaşanın premyerası olub.
Tədbirdə dövlət və hökumət üzvləri,
tanınmış mədəniyyət
və incəsənət
xadimləri iştirak
ediblər.
Səhnə əsərinin nümayişindən
öncə rejissor Mehriban Ələkbərzadə
çıxış edərək
tamaşa haqqında məlumat verib. Bildirib ki,
səhnə əsəri
böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin 650 illiyi münasibətilə hazırlanıb.
Vurğulayıb ki, Azərbaycan
Dövlət “Yuğ”
Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan
tamaşanın janrı
mistik-psixoloji dramı
kimi təyin edilib.
Ölkəmizdə “Nəsimi ili” çərçivəsində keçirilən silsilə
tədbirlərdən bəhs
edən rejissor, hazırkı premyeranın
da reallaşan tədbirlərin davamı
olduğunu qeyd edib. Səhnə əsərinin yaradıcı
heyətini tədbir iştirakçılarına təqdim
edən M.Ələkbərzadə
tamaşanın repertuarında
xüsusi yer tutacağına əminliyini
ifadə edib.
Sonra tamaşa
nümayiş olunub.
Səhnə əsərində aktyorlar
Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım
Nağı, aktyorlar Əbdülqəni Əliyev,
Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov
və Amid Qasımov çıxış ediblər.
Aktyorların məharətli çıxışı
səhnə əsərini
baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Qeyd edək ki, yazıçı-dramaturq
İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın
quruluşçu rejissoru
Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadə, quruluşçu
rəssamı Vüsal
Rəhim, bəstəkarı
Xalq artisti Aygün Səmədzadə,
plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.
Ədəbiyyat qəzeti.- 2019.-
28 dekabr.-S.8.