Yazıçılar Birliyi
Gənclər
Şurasının
üzvləri qəzet və jurnalların
redaksiya heyətinə
qəbul ediliblər
Azərbaycan
Yazıçılar Birliyinin Gənclər
Şurasının üzvləri AYB-nin bir neçə mətbu
orqanının redaksiya heyətinə üzv qəbul ediliblər.
Şuranın sədri
Fərid Hüseyn “Ədəbiyyat qəzeti”nin,
şuranın
müavini Cavid Zeynallı “Ulduz” jurnalının, Ramil Əhməd və Günel Şamilqızı
isə “Dünya ədəbiyyatı” dərgisinin
redaksiya heyətinə
üzv qəbul ediliblər. Qeyd edək ki, növbəti mərhələdə
Şuranın başqa
nümayəndələrinin də digər mətbu orqanlara üzv edilməsi nəzərdə tutulur.
Fərid
Hüseyn Gənclər
Şurasının fəaliyyəti
barədə açıqlamasında
qeyd edib: “Biz istəyirik ki, Azərbaycan Yazıçılar
Birliyinin Gənclər
Şurası olaraq aktiv fəaliyyət göstərək. Redaksiyalara yeni
üzv olan gənc qələm sahibləri çoxdandır
ki, həmin qəzet və jurnallarla fəal əməkdaşlıq şəraitində
çalışırdılar. Bizə etimad göstərən qəzet və jurnalların baş redaktorlarına minnətdarlığımızı
bildiririk.
Bu günlərdə Bakı
Mühəndislik Universitetində
dahi ədib Məhəmməd Hadiyə
həsr olunmuş müzakirə-seminar keçirdik. Şuranın üzvləri Günel Şamilqızı, Fuad Cəfərli və mən həmin tədbirdə iştirak etdik. Yeni ildə “Azərikitab”da
“Dünya ədəbiyyatı
nədir?” mövzusunda
maraqlı bir tədbir keçirəcəyik.
Tədbir ustad dərsi
şəklində nəzərdə
tutulub. Eyni zamanda ayda bir dəfə müxtəlif ədəbi
məsələlər və
kitablar haqqında müzakirə saatları təşkil etməyi planlaşdırmışıq.
Bundan başqa,
Gənclər Şurasının
üzvlərindən bir
neçəsinin kitabı
Türkiyə türkcəsində
işıq üzü
görəcək. Artıq əsərlərin
redaktə və tərcümə prosesi başlayıb. Gələn
il “Ulduz”
jurnalının bir sayını bütövlükdə
Gənclər Şurası
çapa hazırlayacaq
və bu nömrə poeziyaya həsr ediləcək. Artıq gənclərin əsərləri
adıçəkilən jurnala
təhvil verilib.
Şuranın 21 üzvü var. Biz ədəbi yaradıcılıqla
məşğul olan gənclərlə də əməkdaşlıq edirik
və bu proses gələcəkdə
daha geniş vüsət alacaq”.
Ədəbiyyat qəzeti.- 2019.- 28 dekabr.- S.32.