Azərbaycan sancağına

 

Üçrəngli o bayraqın fəraqi

Açmış yürəgimdə üç cərahət,

Gəl, gəl ki, vüsalin iştiyaqi

Verməz daha intizarə fürsət,

Yüksəlməni görməlü olursam

Şanlı yenə parlaman başında,

Yazsın oğulum qəbir daşımda

Millət oxusın o lövhi hər dəm:

"Ah! ey pədərim cəhanda mə'yus-

Ğəmli yaşadın iqab içində,

Olmam dedin iftizahə mə'nus,

Çignənsə canım əzab içində.

Derdin ki gələr zəmani-vüslət

Derdin ucalar o şanlı bayraq,

Derdin ki vətən bulur səadət

Derdin yetüşür zəmani-itlaq,

Qaldır başını türabidən, bax

Hürriyyətin əql alan nigari,

Sən sevdigin üç nişanlı bayraq,

Şimdi hamu gənci ixtiyari.

Məs'ud uyuyor saçanda  fərlər

Yetmiş yerə qatlı parça iştə,

Gəlmiş bizə ol sevimli dilbər

Bənzər vətənin bu gün behiştə"

 

1 həziran 1924

 

Səməd MƏNSUR

 

Təqdim etdi: İlqar FƏHMİ

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 fevral.- S.5.