HƏPSİ RƏNGİDİR
Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir.
Məscidü meyxanə rəng,
eyşü ibadət rəngidir,
Mey riya, məşuqə ğəşş, hüsnü
vəcahət rəngidir,
Rəngidir hər dürlü matəm, hər məsərrət rəngidir.
Anla, ey əbnayi-xilqət, cümlə
xilqət rəngidir.
Görmədim bir zərri-xalis
buteyi-nasutdə,
Mənəvi min ləkə gördüm
ləldə, yaqutdə,
Biqərəz insan olur görmək fəqət tabutdə,
Bilməzəm varmı sədaqət
aləmi-lahutdə,
Azma, fikrim, cümlə ecazü kəramət rəngidir.
Hər kəsin Cibrili kəndi qəlbidir, vicdanıdır,
Var isə insafı şəxsin, dinidir, imanıdır,
Bədnihad insanların öz
nəfsi, öz şeytanıdır,
Lövhi-qəlbi arifin ayatıdır,
Quranıdır,
Mabəqi övhamdır, şərü
təriqət rəngidir.
Bir zaman vardı ki, mən həmfikr
idim zöhhad ilə,
Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,
Dedim: əyyaş olmalı, ta gün keçə
mötad ilə,
Cümlə eyşü nuşi
gördüm müxtəlif
fəryad ilə,
Anladım ki, zöhdü təqva, eyşü işrət rəngidir.
Qıl təsəvvür bir daha şairlərin xülyasını,
Aşiqi-zarın başında seyr
qıl sövdasını,
Qəbri
aç, göstər
ona Şirinini, Leylasını,
Bir ayılsın da, düşünsün gördüyü
röyasını,
"Bax", deyir
"həqqi bütün
eşqü məhəbbət
rəngidir".
Tapmadım aləmdə bir
həmdəm ki, olsun biriya,
Görmədim heç kəsdə
bir niyyət qərəzdən maəda,
Küllən əbnayi-bəşər öz nəfsinə olmuş fəda,
Nəfsi
uğrunda görürsə
hər bəla, hər macəra,
"Məslək"ə isnad edər, məslək, dəyanət
rəngidir.
Bilmədim neyçinmiş aləm,
bunca da yəsü ələm,
Zövrəqi-ömrün mühiti vərtəban, dəryayi-qəm,
Böylə halda kimsədən
bihudədir ummaq kərəm,
Hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm,
Arxalanmam kimsəyə, ülfət,
rəfaqət rəngidir.
İndi
ki, mümkün deyil aləmdə olmaq kamyab,
Ey gözüm qurbanı, saqi, ver genə
sağər şərab,
Ver genə sağər şərab, ey saqiyi-alicənab,
Bəlkə badənlə edə
Mənsur rahət iktisab,
Yoxsa, bu aləmdə yoxdur istirahət, rəngidir.
Səməd Mənsur
Ədəbiyyat qəzeti.- 2019.-
2 fevral.- S.7.