Səməd Mənsurun 140 illiyinə həsr olunmuş

Həpsi rəngidiradlı ədəbi-bədii tədbir keçirilib

 

Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair Səməd Mənsurun 140 illiyinə həsr olunanHəpsi rəngdiradlı ədəbi-bədii tədbir keçirilib.

Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evində baş tutan mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Şirindil Alışanov bir sıra elm xadimləri iştirak ediblər.

İlk öncə foyedə kitabların şairlə bağlı eksponatların sərgisi nümayiş olunub.

Sonra Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyiSəməd Mənsur. Biblioqrafiya”, Yadigar ƏsgərovaSəməd Mənsur. Həyatı yaradıcılığı Türkiyədə çap olunan Nizami CəfərovSamed Mansurun şiirikitablarının təqdimatı keçirilib.

Xalq yazıçısı Anar görkəmli ədibin Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlərin əhəmiyyətindən danışıb: “Səməd Mənsur ədəbiyyatımızın ən böyük simalarında biridir. Onun yaradıcılığı vasitəsi ilə nə qədər böyük sima olduğunu dərk edirik. Onun şairlik fəaliyyəti satiriklirik istiqamətdə olub. Şair klassik şeirlərlə yanaşı, əsasən, satirik əsərlər yazıb, ictimai bəlaları tənqid edib”.

Tədbirdə Səməd Mənsurun şeirləri səsləndirilib, incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 fevral.- S.5.