Son zamanlar poema janrında boşluq olduğu, janrın sıradan çıxmaq reallığı ilə üz-üzə qaldığı
danılmazdır. Bunu Ədəbiyyat İnstitutunda
"İlin poema mənzərəsi" ilə
bağlı ardıcıl
etdiyim elmi məruzələrdə də
səsləndirmişəm. Amma meydana çıxan bəzi istisnalar problemə yenidən baxışı aktuallandırır.
Ötən həftələrin
birində Nəriman Həsənzadənin Milli
Qəhrəmanımız Mübariz
İbrahimova həsr etdiyi "İstiqlal əsgəri", eləcə
də bu gün "Ədəbiyyat
qəzeti"nin oxucularına
təqdim olunan Sona Vəliyevanın "Səmərqənd - "Gur
Əmir"də düşüncələr" lirik poemaları janrın, xüsusilə tarixi mövzunun poetika axtarışlarının
istiqamətini ifadə
etməyə imkan yaradır. Bu gün
poema janrı müəyyən nümunələr
timsalında keçmişimizin
miyqaslı hadisələrinə
yenidən qayıdır,
tarixi şəxsiyyətlərimizin
obrazını, şanlı
türk epoxasını
yaradan sərkərdələrin
daxili güc və əzəmətini lirik-epik janrın sınağında təcəssümə
çalışır.
Sona Vəliyevanın
poeması Səmərqənd
səfəri zamanı
yaşanılan hisslərin
təzahürüdür. Müəllif bədii vasitə kimi Əmir Teymura xitab və
monoloq üsulunu seçmişdir. Xalq və
sərkərdə taleyinə,
dünəndən bu günə gələn yola qayıdış cəhdi burada "düşüncə səyahəti"
kimi yalnız bədii-tarixi reallığında
deyil, həmçinin
romantik boya qatışığında təqdim
olunur. Poema məhz bu problematikanı
ehtiva edir: millət, milli düşüncə, milli
perspektiv məsələləri!
Və Əmir Teymurun simasında bunun səciyyəsini - ideya zəminini, ideal və real
ölçülərini verir.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.-
2 fevral.- S.6.