Ağ lələklər
esse
Dünya şeirinin inkişafında
əhəmiyyətli addım
sayılan Şarl Bodlerin bəzi mətnlərində lallıq,
belə demək olarsa, bir növ
ifadə vasitəsinə
çevrilib. Bəzi ciddi məqamlara
görə onun şeirlərini hansısa
dilə çevirmək
çətindir, yaxud
qeyri-mümkündür, çünki
məhz bu nümunədə tərcümə
şeiri təhrif edir, əksər hallarda lallıq səs və ya olmazın küy şəklində
"çıxır". Şarl Bodler fransız poeziyasında "sınma
məqamını" əks
etdirdiyindən tərcümədən
çox, şərh tələb edir. Baxın:
Mən gözələm, ey öləri məxluqlar! Bir daşın yuxusu kimi,
Və sinəmin
üstündə nə
vardısa çalın-çarpaz
qançırdır.
(Bu ona görə edilib ki,) şairin
qəlbinə eşq dolsun
Varlıq kimi əbədi və lal.
Sonra:
Mavi taxtda oturmuşam, tanınmayan sfinks kimi;
Qarın
qəlbini qu balasının ağlığıynan
birləşdirirəm
Cığırların səmtini dəyişən hərəkətə
nifrət edirəm,
Və heç
zaman ağlamıram, heç zaman gülmürəm də.
Yəni, gözəllik təkcə
kiminsə qaşında,
gözündə, sifətində...
yox, daha çox görünməyən,
əbədi və lal nəsnələrdədir. Belə bir
effekt vaxtaşırı
olaraq mətnin qəlbində "oyanıb,
yuxuya getmək" kimi (yaxud, əksinə)
görsənir. Məhz bunun
sayəsində mətnin
içindəki hərəkət
(... mən cığırların
səmtini dəyişən
hərəkətə nifrət
edirəm) qalxıb-enmə
tərzini bildirir və forma da buna uyğun şəkildə biçimlənir.
Formanın bu tərzdə
biçimlənməsi məna
yaratma prosesini tənzimləyir, bədii
mətn həmin dildə yazılan bütün şeirlərin
əvvəlindən sonuna
kimi səyahət edir, eyni qəliblərdən
istifadə səthdən
mətnin dərinliyinə
çəkliən yolu
aydın göstərir.
Baxın:
Bu vüsalə yuxu əhvali demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə.
Yaxud
Qurbani, qəmlənmə, kərəm-kanı
var,
Ədalət hakimin haqq divanı var,
Bu çərxi-fələyin nərdivanı
var,
Düşən ağlayarmış, qalxan gülərmiş...
Yəni, elə hislər, onların ifadəsində elə məqamlar var, yalnız yazıda adekvat verilə bilər, eləsi də var, yalnız danışmaqla "axırına çıxılır", məncə, orta əsrlərdə mətinin formaya oturmasında (həm də ideyanın-!) bunların hər ikisindən istifadə edilib, daha çox - ürəyində danışaraq yazmaq, lələklə... Yazı vasitəsi - lələk bu mənada sehrli çubuqdan çox-çox əvvəl düşünülüb, amma hər sehr zamanla adiləşir, qopuz, saz...bu adiliyi aradan qaldırmaq üçün yaranıb, sonra onlar da, daha sonra qələmlər... hər şey adiləşib, yalnız mətn olduğu kimi qalıb, bütün sehrləri susdurmağıynan, bu mənada yazının "sonu" elə bu məntiqlə lallığa doğru gedir...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.16.