Ömrü yaşadan
izlər
Hər dəfə
Naxçıvandan Bakıya,Bakıdan Naxçıvana təyyarə ilə uçanda həmişə,bəlkə
də,qeyri-ixtiyari olaraq,sirli-sehrli əsrarəngiz bir dünya
kimi diqqətimi çəkən və ilan kimi qıvrıla-qıvrıla
harasa baş alıb gedən yerdəki izlər,cığırlar,yollar
olur.Və bu izlərə,cığırlara ,yollara baxanda elə
bilirəm ki,o izlərin,cığırların,yolların hər
biri bir insanın tale yolları,ömür izləri,cığırlarıdır.Cığırlar,izlər,yollar
var ki, başlanğıcı ilə sonu beş
addımlıqdır.Cığırlar,izlər,yollar da var
ki,düzlərin,dərələrin bağrını yara-yara
zirvələr aşır,sonsuzluğa qovuşur.Sənətkar
ömrü də o cığırların,izlərin,yolların
ömrü kimidir.
Kim ki,sənətə,böyük ədəbiyyata
M.Araz demişkən,”bir ümman həvəsiylə gəlir” o kimsədən asılı
olmayaraq özündən sonra silinməz bir cığır,təkrarsız
bir iz,örnək olan yol qoyub gedir:”Ömürdən qalan izlər”
kitabı kimi Ötəri,itəri vızıltılarla “sənətə
gələnlərin” ömrü isə beş addımlıq
cığır ömrünə,iz və yol taleyinə bənzəyir...
...
İlk şeirindən xalq içərisində” şair
Əbülfəz” kimi tanınan,bu gün
yaşının səksənini haqlayan filologiya üzrə fəlsəfə
doktoru,dosent,Azərbaycan Yazıçılar Birliyinin
üzvü
Əbülfəz
Muxtaroğlunun “Elm və təhslil”(Bakı-2018,kitabın
redaktoru filologiya üzrə fəlsəfə doktoru
Ağahüseyn Şükürovdur) nəşriyyatı tərəfindən
nəfis şəkildə nəşr edilərək oxucu
auditoriyasına ünvanlanan 576 səhifəlik “Ömürdən
qalan izlər” kitabı çağdaş elmi-ədəbi və
ictimai mühitdə elmi
düşüncəsi və tellektüal səviyyəsi ilə
kifayət qədər nüfuz sahibi olan akademik İsa Həbibbəylinin
“Əbülfəz Muxtaroğlunun müəllimliyi və
şairliyi” adlı dəyərli ön sözü ilə
açılır.Oxucu Ə.Muxtaroğlunu şeirlərindən,publisistikasından,elmi
fəaliyyətindən öncə akademik İsa Həbibbəylinin
ön sözündən tanıyır:”Tanınmış
dilçi alim və pedaqoq Əbülfəz Muxtaroğlunu tələbəlik
illərindən,1968-ci ildən tanımışam.Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Naxçıvan
filialında təhsil alarkən (1967-1971-X.K.) Əbülfəz
Muxtaroğlu bizə”Müasir Azərbaycan dili” fənnindən
dərs demişdi.Yenicə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunu bitirib Naxşıvan filialına təyinat
almış bu cavan müəllim dərs dediyi tələbələrdən
cəmisi 3-4 yaş böyük olardı.Və digər gənc
müəllimlər özləri ilə yaşıdları
arasında ciddi baryer yaratmaqla onlardan fərqlənməyə
çalışırdılarsa,Əbülfəz müəllim
əksinə,tələbələrə daha yaxın olmaq
mövqeyini tutmuş, bizlərlə səmimi davranmaqla “qəlbimizi
fəth etmək” işini uğurla həyata
keçirmişdi.O,tələbələrin suallarına
çox sadə şəkildə cavab verir, arabir işlətdiyi
kiçik yumoristik zarafatlarla onlarla doğmalaşırdı.”
Yeri gəlmişkən qeyd edim
ki,İ.Həbibbəylinin kitaba yazdığı ön
sözün “ədəbi qəhrəmanı”Ə.Muxtaroğlu
olsa da,yazı bütövlükdə 60-70-ci illər
Naxçıvan elmi-ədəbi mühiti haqqında da
çox şey deyir.Bu baxımdan,
İ.Həbibbəylinin
ön sözünü yaxşı mənada
Naxşıvan ədəbi-elmi mühiti haqqında ayrıca
bir araşdırma işi kimi də qəbul etmək olar.
“Dosta dost sözü var,düşmənə
düşmən”,”Dağları harayla,çayları səslə”,”Tarix
yaşar misralarda,tarixləşər misralar da”,”Bir ömürdən
qalan izlər”,”Gül tikansız bitməyib”,”Gül balalar
küsər məndən”,”Dostların gözü ilə”,”Rəylər...
düşüncələr”,”Müasirlərinin gözü ilə”
bölmələrdən ibarət olan”Ömürdən qalan
izlər” kitabında Ə.Muxtaroğlu ilk öncə şeirləri
ilə oxucuların görüşünə gəlir.Əsasən,
ithaf şeirlərindən ibarət
olan “Dosta dost sözü var,düşmənə düşmən”
bölməsində şairin oxacuya təqdim etdiyi”Səni təbrik
eyləyir”,”Səni gözləyir”,”Süleyman babaya”,”Ulu dədə”yə
cavab”,”Aqanbekyana məktub”... kimi poetik nümunələrdə şair təkcə tərənnüm
yolunu tutmamış,həm də yaşadığımız
tariximizin yaxın dönəmlərinin tarixi həqiqətlərini
də diqqətə çəkir. Adlarını
sadaladığımız (və sadalamadığımız)
butipli şeirlərdə müəllif dərk edib qələmə
aldığı tarixi həqiqətləri o dövrü
yaşyanlara xatırlatmaqdan çox,bugünki gəncliyə
aşılamaqla onlarda öz keçmişinə,tarixinə
bir məhəbbət,bağlılıq hissi
oyadır.Ümummilli liderimiz,ulu öndər Heydər
Əliyevə ithaf etdiyi “Səni təbrik eyləyir”və “Səni
gözləyir” kimi şeirlərində xalqın öz rəhbərinə
bəslədiyi ümumxalq məhəbbətindən
danışır:
Bunu aləm
görür,hiss edir cahan,
Doğub dan ulduzu,sökülməkdə
dan,
Xalqı sən
çıxartdın boranlı qışdan,
Ilin xoş baharı gözləyir səni.
(“Gözləyir
səni”)
Şairin
xalqımızın tarixində həm şərəfli,həm
də ən qanlı bir dövrü özündə əks
etdirən XX əsrin 90-cı illərinin ab-havasını
sözün pozulmaz yaddaşında yaşadan və elə
90-cı illərdə də qələmə
aldığı “Cəngi vaxtıdır”,”Səs verirəm
ki...”,”Haray”,”Torpağa düşmə-sin bir də qan
izi”,”Çeçen qardaşım”,”Otaya məktub” kimi
şeirlərində xalqımızın keçirdiyi hiss və
həyacanlar,yaşadığı döyüş əzmi
ön planda öz təzahürünü tapmışdır:
Türk övladı göz
yaşını car etməz,
Ölər,Vətən torpağını xar etməz.
Daşnaqlara “Yetim segah” kar etməz,
Zilə qalxsın “Mahur rəngi”
vaxtıdır,
“Cəngi” çalın,bu gün “Cəngi” vaxtıdır.
(“Cəngi çalın”)
Yaxud da:
“Gülüstan”ı
güllərimi soldurdu,
“Türkmənçay”ı Arazımı dondurdu.
20 Yanvar mənə
otlar yoldurdu...
Tarixdir hər
olub keçən,qardaşım,
Allah,Məhəmməd
de,çeçen qardaşım.
(“Çeçen qardaşım”)
Kitabda
şairin sevgi şeirləri ilə bərabər,təbiət,vətən
mövzusunda yazdığı şeirlər də
mühüm yer tutur.Onun “Batabat
yaylağında”,”Göygöl”,”Van gölü”,”Dağlar”,”Kək-lik”,”Naxçıvan”,”Şahbuzum”
və başqa şeirləri özünəməxsus
ovqatı ilə,xüsusilə,gənclrdə doğma vətənə,onun
füsunkar təbitinə bir məhəbbət hissi
aşılamaqdadır.”Batabat yalağında” şeirində
biz şairi bir təbiət vurğunu,Vətən
aşiqi kimi görürük:
Gah çoban olmuşam,tütək çalmışam,
Dinləmiş
çəmənlər,çiçəklər
məni.
Gecələr
ulduzlar layla deyibdi,
Səhərlər oyadıb küləklər məni.
...Yolum
Elbrusa,Karpata düşsə,
Kazbeki gəzməyə salsam
da meyil,
Batabat yaylağı,ömrüm boyunca
Ürəyim bir səndən
ayrılan deyil!.
Hər
bir qələm,fikir və düşüncş
adamının ədəbi mühitdə qazandığı dəyər
və qiymətin bir ölçüsü də onun
yaradıcılığının özündən
sonrakı ədəbi nəsildə
doğurduğu əks-səda ilə şərtlənir.Kitabın
“Dostların gözü ilə” bölməsində verilən
şairin qələm dostlarından Vəli Qaraxanın,Rahilə
Elşinin,Əhliman Sadiqin,Süleyman Rzazadənin,Yaqub
Şirin-oğlunun,Bəbir Məmmədovun ithaf şeirləri
Ə.Mxtaroğlu yaradıcılığının ədədi
müitdə doğurduğu əks-sədanın təzahürü
kimi diqqəti cəlb etməkdədir.V.Qaraxanın “Sübh
yelindən daha yumşaq,həzin səs...” şeiri tək bir
qələm adamının deyil,şairə elin,obanın məhəbbətinin
ifadəsi kimi səciyəvidir:
Fəth
etmisən ömrün uca zirvəsin,
Qaşın
qırov,kirpiklərin çəndədir.
Sevimlisi,əzizisən hər kəsin,
Bədən
bizdə,ürəyimiz səndədir.
Ə.Muxtaroğlu
yaradıcılığa ötən əsrimizin 60-cı illərindən
başlayıb və o dövrdən də bu və ya digər
səviyyədə ədəbi-elmi mühitin diqqətini cəlb
edib.Kitabın maraqlı bölmələrindən biri də,yuxarıda
adını qeyd etdiyimiz “Müasirlərinin gözü ilə”
bölmə-sidir ki,bu bölməyə ayrı-ayrı
vaxtlarda şair haqqında çağdaş elmi-ədəbi
mühitimizdə kifayət qədər tanınmış elmlər
doktoru,professorlardan Yavuz Axundlunun,Kamran Əliyevin(AME-nın
müxbir üzvü),Cəlal Qasımovun,SədaqətHəsənovanın,Məhərrəm
Cəfərovun,Sevindik Vəliyevin,filologiya üzrə fəlsəfə
doktorlarından Arif Ağalaro-vun,Nəzakət
İsmayılovanın,Abbas Hacıyevin,Ramiz Qasımovun,
tanınmış qələm admlarından Məmməd
Tahirin,Rafiq Odayın,Akif Axundovun,Dilsuz Dünyamalı-yevin və
digərlərinin yazdığı məqalələr yer
almışdır ki,bu məqalələrdə
Ə.Muxtaroğlu yaradıcılığının
ayrı-ayrı aspektləri tədqiqata cəlb edilərək
dəyərləndirilmişdir.Onu da qeyd edək ki,hələ
60-cı illərdə Ə.Muxtaroğlunun qələmə
aldığı və xalq içərisində maraqla qarşılanan gəraylı
formasında yazdığı “El arana qayıdanda” şeiri
akademik Bəkir Nəbiyevin 70-ci illərdə
yazdığı “Muxtar respublikanın ədəbi qüvvələri”
məqaləsində müsbət dəyərləndirilmişdir.
...”Ömürdən
qalan izlər” kitabı,bütün müsbət məziyyətlərilə
yanaşı daha çox iki cəhətdən diqqətə
layiqdir:Birincisi, kitab Ə.Muxtaroğlunu bir şair ,ikincisi,tədqiqatçı
dilçi alim kimi bütün
yön və çalarları ilə təqdim edir.Kitabın
“Rəylər... düşüncələr”
bölümündə qərarlaşan və
Ə.Muxtaroğlunun müxtəlif vaxtlarda,bilavasitə,ədəbi
proseslə,eləcə də ayri-ayrı qələm adamları
ilə bağlı yazdığı 20-dən çox tədqiqat
xarakterli məqalələri bir daha göstərir
ki,Ə.Muxtaroğlu
sözün bədii çalarlarını görən,ona
poetik don geydirən söz adamı olmaqla bərabər,həm
də sözün idrak yükünə varmağı bacaran
elm adamı,tədqiqatçı alimdir. Buna görə də,
bu kitabı, geniş mənada,Əbülf
əz Muxtaroğlu yaradıcılığının
bütün portret cizgilərini özündə ehtiva edən mənəiyyat pasportu da hesab etmək
olar.
İnanırıq
ki:
Ən
böyük arzumdur mənim dünyada
Necə
ki gəzirəm Ana Vətəni,
Paltarı
ləkəli görsəniz də siz,
Vicdanı
ləkəli görməyin məni-
deyən
şairi “Ömürdən qalan izlər” kitabı bundan sonra
da oxuculara və tədqiqatçılara daha yaxından
tanıdacaqdır.
Xanəli Kərimli
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.27.