Ömrün səhifələri”

 

Yanvarın 28-də Teatr Xadimlər İttifaqinda Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədova həsr olunmuşÖmrün səhifələri” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitab Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunub.

Əvvəlcə tədbir iştirakçıları Teatr Xadimləri İttifaqinın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.

Tədbirin aparıcısı, Xalq artisti Hacı İsmayılov Mehdi Məmmədovun bənzərsiz sənət dünyasından söz açıb. Bildirib ki, ötən il ölkə başçısının müvafiq Sərəncamı ilə görkəmli sənətkarın 100 illiyi geniş tədbirlərlə qeyd edilib. “Ömrün səhifələri” kitabının təqdimatının yanvarın 28-də keçirilməsinin heç də təsadüfi olmadığını söyləyən Hacı İsmayılov deyib ki, bu gün Mehdi Məmmədovun anım günüdür.

Mehdi Məmmədovun tələbəsi olduğunuondan sənətin sirlərini öyrəndiyini söyləyən Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti, professor Azər Paşa Nemətov unudulmaz sənətkarla bağlı xatirələrini bölüşüb.

Azərbaycan, rusingilis dillərində hazırlanmış “Ömrün səhifələri” kitabının konkret sənədlər əsasında yazıldığını söyləyən Azər Paşa Nemətov deyib ki, kitabda sənətkarın həyat və yaradıcılığının ən vacib məqamları və fotolarda əbədiləşən anları öz əksini tapıb.

Kitabın müəllifi, Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova, Xalq artistləri Ramiz Məlik, Rafiq Əzimov və başqaları çıxış edərək Mehdi Məmmədovun bənzərsiz sənət dünyasından söz açıblar.

Bildirilib ki, Mehdi Məmmədov 1918-ci ildə Şuşa şəhərində anadan olub. Hələ uşaq yaşlarından Bakı Türk İşçi Teatrının səhnəsində çıxış edən M.Məmmədov 1932-1935-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində oxuyub, 1940-cı ildə təhsilini A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda davam etdirib.

Yaradıcılıq fəaliyyətinə 1940-cı ildə Gəncə Dövlət Dram Teatrında başlayan gənc rejissor burada Məmmədhüseyn Təhmasibin “Bahar”, Üzeyir Hacıbəylinin “Məşədi İbad”, Cəfər Cabbarlının “Od gəlini”, Səməd VurğununVaqif” pyeslərinə quruluş verib. Öz axtarışları, üslubu, dəstxətti ilə seçilən sənətkar ömrünün sonuna qədər respublikanın mötəbər teatrlarında baş rejissor vəzifəsində çalışıb. Xalqın, teatrsevərlərin maraqla izlədiyi, sevdiyi tamaşaların müəllifi olub. O, 1953-1960-cı illərdə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında, 1960-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, 1978-1982-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. Yaradıcılıq fəaliyyəti ilə yanaşı M.Məmmədov 1969-cu ildən 1976-cı ilə qədər Azərbaycan Teatr Cəmiyyətinə də sədrlik edib.

Nadir istedada malik rejissorun müəllifi olduğu Cəfər Cabbarlının “Oqtay Eloğlu”, “Od gəlini”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Hüseyn Cavidin “Xəyyam”, “İblis”, Mirzə İbrahimovun “Kəndçi qızı”, Sabit Rəhmanın “Toy”, Nikolay Qoqolun “Müfəttiş”, Lope de Veqanın “Rəqs müəllimi”, Karlo HoldonininMehmanxana sahibəsi”, Maksim QorkininMeşşanlar”, Lev Tolstoyun “Canlı meyit” və bir çox başqa tamaşalar Azərbaycan teatr sənətinin, səhnəmizin ən uğurlu nümunələri kimi dəyərləndirilib və tarixdə öz layiqli yerini tutub. Rejissorun Akademik Dram Teatrının səhnəsində hazırladığı, öz orijinallığı, yüksək bədii keyfiyyətlərinə görə seçilən Hüseyn Cavidinİblis” tamaşası 1984-cü ildə Dövlət mükafatına layiq görülüb.

Vurğulanıb ki, Mehdi Məmmədov rejissor kimi qazandığı uğurları həm də aktyor kimi təkrarlayıb. Onun Akademik Dram Teatrının səhnəsində yaratdığı Tolstoyun “Canlı meyit”ində Fyodor Protasov, Cavidin “Xəyyam”ında Xəyyam, Vurğunun “İnsan”ında Şahbaz, Qorkinin “Meşşanları”nda Teterev, 1959-cu ildə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyiOnu bağışlamaq olarmı?” bədii filmində yaratdığı Qaya obrazı yüksək ifaçılıq nümunəsi kimi bu gün də xalqın və teatrsevərlərin yaddaşındadır.

O, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, Cakomo PuççinininToska”, Cahangir CahangirovunAzad” operalarına, Azərbaycan Dövlət Rus Dram Teatrında Maksim Qorkinin “Həyatın dibində”, Mixail Şatrovun “Mənim ümidlərim” əsərlərinə maraqlı quruluş verib.

Bildirilib ki, Mehdi Məmmədov Azərbaycanda teatr səhnəsindəki məhsuldar fəaliyyəti ilə paralel olaraq, 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub. Görkəmli rejissor bu sahədə bir neçə sənətkar nəslinin yetişməsində yaxından iştirak edib. Onun müəllifi olduğu “Azərbaycan dramaturgiyasının estetik problemləri”, “Teatrlar. Aktyorlar. Tamaşalar”, “Rejissor sənəti”, “Estetika haqqında söhbətlər”, “Teatr düşüncələri”, “Onun sənət ulduzu”, “Moskva Akademik Bədaye Teatrı” kitabları bu günyeni nəsillərin yetişməsində mühüm elmi vəsait kimi dəyərləndirilməkdədir.

Tədbirdə Mehdi Məmmədovun ömür yolunu əks etdirən videomaterialquruluş verdiyi tamaşalardan və yaratdığı rollardan fraqmentlər nümayiş olunub.

 

İsmayıloğlu A.

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 fevral.- S.29.