Şair Babulla “Beynəlxalq Mahmud
Kaşqari mükafatı” ilə təltif edilib
Mahmud Kaşqari adına
Beynəlxalq Fond tanınmış
şair - publisist Babullanı (Səlimov Babulla Qulu oğlu)
“Beynəlxalq Mahmud Kaşqari
mükatı ilə təltif edib.
Azərbaycan Yazıçılar Birliyinin
Bədii tərcümə
və Ədəbi əlaqələr Mərkəzində
keçiçirilən tədbirdə
mükafatı təqdim
edən Fondun qurucu başqanı Elxan Zal Qaraxanlı
bildirdi ki, “şair Babulla bir yaradıcı insan, vicdanlı məmur və böyük inanc sahibi kimi həmişə
xalqımızın xidmətində
durub, öz yazıları və əməlləri ilə türk-islam ənənələrini
yaşatmağa çalışıb. Onun rəhbərli altında Əli Bayramlıda (indiki Şirvan) ücaldılan, türklüyün
mənəvi simvolu sayılan “Dədə Qorqud” abidə kompleksi ölkəmizdə bir ilk olmaqla bərabər, digər məmurlarımız
üçün də
bir örnəkdir. Şah İsmayıl müridlərinin
nəslindən olan Babulla müəllim, bu günlərdə nəşr etdirdiyi “Sonam” kitabında milli – adət ənənələrimizi ən
gözəl boyalarla təsvir edib. Bu kitabı oxuyanda anlayırıq
ki, bu mənəvi
çöküş zamanında
dünya elə də ümidsiz deyil. Nə qədər türk
əxlaqı var, sevgi də var
olacaq. Bu kitab çağdaş türklüyün məhəbbət
dastanıdır. Millətə xidmət titulla deyil, istedadla olur, vicdanlı çalışma ilə
olur”. Mərasim iştirakçıları- şair
Ramiz Məmmədzadə,
Yazıçı Məqsəd
Nur, şair Yavuz Cəlil, Bədii tərcümə
və Ədəbi əlaqələr Mərkəzinin
sədri Səlim Babulla oğlu, Fondun icraçı direktoru Əfqan Nəsirli şair Babullanın istər bir yaradıcı insan, istər bir dövlət adamı kimi mədəniyyətimizə verdiyi
tövhələrdən bəhs
ediblər.
“Beynəlxalq Mahmud Kaşqari Mükafatı” 2006-cı ildən Mükafat Komissiyası (Törə Ocağı) tərəfindən verilir. Mükafat Komissiyasının sədri görkəmli Qazax yazıçısı akademik Sabit Dosanovdur. 2019-cu ildə mükafat şair Babulladan başqa Qazaxstan Yazıçılar Birliyinin sədri Uluqbek Esdoulete və Qırğızıstanın xalq şairi Mark Abay Aamatova da təqdim edilib
Ədəbiyyat qəzeti.- 2019.- 2
fevral.- S.29.