Üfüqdə gülümsənən
Yaz günəşi
şairdir.
Torpağa şeir yazır,
Yarpağa şeir
yazır.
Nəvələr də yaşasın,
nənələr də yaşasın
Səhərdən axşamacan
Ömür diləyir mənə.
Nəyi
görürsə nənəm,
Qurban eləyir
mənə.
Deyir: - Sənə qurbandır,
Malım, mülküm, bu canım.
Sağlam
böyü, tez boy at,
İgidim, pəhləvanım.
Qoy sənə qurban olsun,
Qoşa buynuz çəpişlər.
Onsuz da axşamacan,
Görürlər, çəp-çəp işlər.
- Nənə, yaxşısı
budur,
Dinc burax bu çəpişi.
Şabalıd qabığıdır,
Dırnağının papışı.
Buynuzları şeşədir,
Tükləri rəngbərəngdir.
Hey yellənən saqqalı,
Elə bil çərpələngdir.
- Gəl, onda qaçırmayaq,
Bu söhbətin duzunu.
Qoy sənə qurban edim,
O qumralgöz quzunu
- Yox, quzuya toxunma,
O, hələ çox zəifdir.
Burnu fındıq boydadı,
Tükləri də zərifdir.
Qulaqları çiyələk
Yarpağına bənzəyir.
Onun hər mələməsi,
Çəmənləri bəzəyir.
- Onda qalır danamız,
Yaşıl gözlü ağ dana.
Düzü, bir sözüm
qalmır,
Daha bundan o yana.
- Yaxşı ki, onun adı
Keçibdir, lap axıra.
Bizim təpəl danamız,
Çoxdan gedib nahıra.
Anasının yanında,
Atılıb-düşür indi.
Dünən dərsdən gələndə,
Məni görüb sevindi.
Mən sənə qurban olum,
Nənə, nənə, ay nənə.
Heç
nəyi qurban etmə,
Bundan sonra sən mənə.
Gəl əlindən yapışım,
Gedək gəzək çəməndə.
Sağ-salamat yaşayaq,
Dünyada sən də, mən də.
Keçilər də yaşasın,
Danalar da yaşasın,
Körpələr də yaşasın,
Analar da yaşasın.
Torpağın məhəbbəti
Qışın ağ saçından utandı dağlar,
Üzünə dumandan bir örpək
çəkdi.
Yayın
həsrətinə dözmədi
bağlar,
Söyüd yarpaq-yarpaq göz yaşı tökdü.
Qar yağdı, hər ağac qurdu bir dəyə,
Meşələr bənzədi, bir
ağ obaya.
Uşaqlar doyunca sevinsin deyə,
Qayalar çevrildi
Şaxta babaya.
Yollar da, çöllər də geydi ağappaq.
Dünya ağcaqayın meşəsi
oldu.
Sübhəcən yem gəzib bərkdən ulamaq,
Yenə yalquzağın peşəsi
oldu.
Qış qalib gəlsə
də köhlən atında,
Canında bir qorxu atəşi
görür.
Yer rahat yatsa da
qarın altında,
Hər gecə
yuxuda günəşi
görür.
Görür, yoxa çıxıb
ağcaqayınlar,
Qış da uşaq kimi
çöldə bürüşüb.
Quşlar
da çıxarır
min cür oyunlar,
Dünya öz əvvəlki şəklinə düşüb.
Görür ki, baharın yaşıl saçından,
Çöllərə gül-çiçək yağışı
yağır.
Yapışıb günəşin qızıl
saçından,
Çiçəklər çəməndə incilər
yığır.
Hər il bu nağılı deyir təbiət,
Hər il bu yalanlar faş olub gedir.
Bu soyuq nağılın sonunda əlbət,
Qış yazın önündə quş olub gedir.
Nə qədər qar, boran olsa da
fəqət,
Torpağı qızdırır, öz məhəbbəti.
Üç ay qış paltarı
geyir təbiət,
Qəlbində yaşadır, yaz məhəbbəti.
Qış gedir, bahar gəlir...
Damlalar yumrulanıb
Buludlara düzülür.
Şimşək çaxır, onların
Əli göydən
üzülür.
Onlar mavi səmada,
Uçur kəpənək kimi.
Dağlarda, dərələrdə,
Bitirlər çiçək kimi.
Nə çox çiçək
göndərir,
Buludlar yer üzünə.
Belə
getsə bu dünya
Dönər gül dənizinə.
Çiçəklə yola salır,
Təbiət qoca qışı.
Küləklər at belində
Salamlayır yağışı.
Mən babamın dostuyam
Babam ürəkdən gülür,
Körpə uşaqlar kimi.
Qəzəbi də kövrəkdir.
Təzə yağan qar kimi.
Gülüşləri elə bil,
İlk bahar nəfəsidir.
Danışanda deyirsən,
Səsi bulaq səsidir.
O güləndə göylərdən,
Qara bulud çəkilir.
Sənə salam verəndə
Üzündən nur tökülür.
Səhər məni yuxudan,
Oyandırır birtəhər.
İkimiz
də gedirik,
Birinciyə hər səhər.
Babamın bir dostu var.
Onun adı Gülbaba.
Böyüyəndə olacam,
Onun kimi bir baba.
Məni
elə öpür ki,
Üzümdə yeri qalır.
Sanki çiçək üstündə
Kəpənək zəri qalır.
Amma mən incimirəm,
Çünki onun dostuyam.
Həm babamın dostuyam,
Həm dostunun dostuyam.
Kirpilər və körpələr
Körpünün altında,
Kirpinin damına
Kim vurub kilidi?
Dinmədi körpələr
Qorxudan kiridi.
Kar kirpi, kor kirpi,
Qabağa
yeridi:
- Kirpinin damına
Körpələr vurmayıb kilidi.
Dovşan və paxlava
Dovşan
gördü paxlavanı
Dedi ki, bu, şirniyyatdı.
Yedi, burdu bığlarını,
Səhərəcən şirin yatdı.
Ağcaqanad
Ağcaqanad, ağcaqanad,
Üz gözümü
azca qanad.
Sən olasan əziz canın,
Yavaşca çal kamançanı.
Qoy ilin bu may ayında,
Bu ən gözəl
yay ayında.
Bir doyunca rahat yataq,
Yuxumuza sevgi qataq!
Sən sancırsan, mən vururam
Elə bil çalınır çəpik.
Səhərəcən döyüşürük,
Sillənin biri bir qəpik.
Cızıltın tutub otağı,
Yatammıram gör haçaqdı?!
Hey sancırsan, dişləyirsən.
Yanağım papaq-papaqdı.
Qaranlıqda qanadların,
Ayın dümağ şöləsidir.
Şirin
dillə öpmə məni,
Sevgin düşmən
sevgisidir.
Ağcaqanad, ağcaqanad,
Üz gözümü
azca qanad.
Yağış və duman
Yağış yağır yer
üzünü
Cənnətə döndərmək üçün
Duman qalxır, sevgimizi,
Allaha göndərmək
üçün.
Göyqurşağı yaranır ki,
Huriləri, mələkləri,
Torpağa endirmək üçün.
Yaz günəşi şairdir
Üfüqdə gülümsənən
Yaz günəşi
şairdir.
Torpağa şeir yazır,
Yarpağa şeir yazır.
Qələminin ucundan,
Çiçək yağır çöllərə.
Qartal qalxır göylərə,
Ördək qonur göllərə.
Sözündən ilhamlanıb,
Meşə nəğmə oxuyur.
Açır bütün çiçəklər,
Dünya ətir qoxuyur.
Hər misrası bahardır,
Qaranquşlar ötüşür,
Bülbüllər cəh-cəh vurur,
Torağaylar öpüşür.
Sözləri çox şirindir,
Gülüş doğur üzlərə,
Ürəklər pərvazlanır,
Sevinc dolur gözlərə
Qələmindən tökülür
Yer üzünə
çalçağır.
Onun şeirlərindən
Dünyaya sevinc yağır.
Meşə nəğmə oxuyur
Yarpaq titrədi xışşşş
xışşş...
Budaq dilləndi xoşşş
xoşş...
Xışşş xoşşşş...
xışşş xoşşşş...
Bu meşədir, oxuyur.
Çəmən şehə bələndi,
Çiçəklər cilvələndi,
Bir cənnət ətri gəldi,
Bənövşədir qoxuyur.
Zahid Xəlil
Ədəbiyyat qəzeti.- 2019.-
9 fevral.- S.15.