Mübariz
Bu bir nağıl olsa da, həqiqətdir...
Biri vardı,
biri yoxdu. Azərbaycan adlı
bir ölkədə Mubariz adında qoçaq bir oğlan vardı. O, vətənini çox sevirdi. Ona görə də
hərbi xidmətə
böyük həvəslə
yollandı. Mübariz elə
cəsur, elə şücaətli idi ki, hərbi xidmətini çavuş kimi başa vurdu. Aradan bir az keçdi... Mübariz dözmədi, yenə
də hərbi hissəyə üz tutdu. Bu dəfə
o, daha inadkarlıqla hərbi sirlərə yiyələnərək gizir
rütbəsini qazandı.
Gizir olmaq Mübarizin arzusu idi...
Amma onun ən böyük arzusu azərbaycanlıların
doğma ata-baba yurdu olan Qarabağın
ermənilərdən azad
olunması idi. Qarabağın
20 faizindən çox
hissəsi böyük
dövlətlərin himayəsi
ilə Ermənistan ordusu tərəfindən işğal olunmuşdu...
Dünyada tayı-bənzəri
olmayan dağ başında başı buludlara dəyən Şuşa şəhəri,
gözəllik abidəsi
Laçın, hər
daşı-qayası bir
möcüzə olan Kəlbəcər, yaraşıqlı
Ağdam, Zəngilan, Cəbrayıl və başqa obalarımız düşmən əsarətində
idi. Ermənistan silahlı qüvvələri
tərəfindən Rusiyanın
366-cı motoatıcı alayının
iştirakı ilə
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalıda misli görünməmiş
amansızlıqla həyata
keçirilən soyqırım
aktı Mübarizə
rahatlıq vermirdi. Xocalıda uşaqların
necə vəhşicəsinə
öldürülməsi illərdi
onun qəlbindəki qəzəbi böyüdür,
düşməndən intiqam
alacağına söz
verirdi...
Gizir Mübariz
İbrahimov bax belə bir arzu
ilə Qarabağa getməyə tələsirdi. Amma əvvəlcə
o, Biləsuvar rayonunda
yaşayan ata-anasının
xeyir-duasını almaq
istəyirdi. Çünki Mübariz də valideynləri kimi imanlı biri idi. "Vətəni
sevmək imandandır"
deyiminin təsdiqini o,
elə öz ailəsində anlamışdı...
Atası
Ağakərim kişi bilirdi ki, Mübariz haqq yolunun yolçusudu
və onu heç nə yolundan saxlaya bilməz. Odur ki, oğluna xeyir-dua verdi.
Beləcə Mübariz Qarabağa
yola düşdü.
O, Tərtər rayonunda
düşmənlə sərhəddə
bir komandir kimi Vətənin müdafiəsində dayandı...
Əsgərlər ondan
bilik, bacarıqla yanaşı, həm də igidlik, əsl Vətən sevgisinin nə demək olduğunu öyrəndilər...
Bir gün,
Mübariz düşmənlə
arada olan sərhədi təkbaşına
keçərək cəngavər
kimi onun üstünə atıldı. O, buna çoxdan hazır idi, lap çoxdan... Düşmən isə belə bir qəhrəmanın
gözlənilməz həmləsinə
heç hazır deyildi... Mübariz oda-alova dönmüşdü
sanki....İrəlilədikcə
düşmən əsgərləri
bir-birinə dəydi,
qorxudan tir-tir əsməyə başladılar.
Mübariz isə getdikcə onların başına od
yağdırır, onlarla
düşməni məhv
edirdi... Erməni əsgəri sanki üstünə bir ordu gəlirmiş kimi çıxılmaz bir vəziyyətə düşmüşdü... Xocalıda o günahsız
körpələrin qanı
yerdə qalardımı
heç? Bax bu da Şuşanın,
Laçının, Kəlbəcərin....
qisası....
Mübariz yaxşı bilirdi ki, bu yolun
sonu ölümdür. Amma
ŞƏHİD olmaq kimi
şərəfli bir ölüm... Saatlarla düşmənlə təkbaşına savaşan
gizir Mübariz İbrahimov sonda qəhrəmanlıqla şəhid
oldu. Onun ölümündən sonra belə düşmən əsgərinin
qorxusu hələ canından çıxmamışdı.
Yoxsa şəhid olmuş bir igidin əllərini kim bağlayardı ki?...
Çox keçmədi ki, ölkəmizin başçısı
cənab İlham Əliyev Mübariz İbrahimova Azərbaycanın
Milli Qəhrəmanı
adının verilməsi
ilə bağlı sərəncam imzaladı. Beləliklə,
Mübariz bir xalq qəhrəmanına çevrildi... Məktəb, küçə, gəmi, silah belə onun adını daşıdı.
Haqqında dastanlar yazıldı, filmlər çəkildi... Bütün
türk dünyasının
qəhrəmanı olan
Mübariz qardaş Türkiyədə də çox hormətlə yaddaşlara yazıldı...
Dünyanın bir çox ölkələrində
Mübariz adlı Azərbaycan qəhrəmanının
şərəfinə xatirə
lövhələri vuruldu,
üçrəngli bayrağımız
dalğalandı...
Uşaqlar, indi bildinizmi kimdir Mübariz İbrahmov?..
Bilirsinizmi
Kimdi qəhrəman?
Savaşda verməz
Düşmənə aman!
Özünü atar
Odun içinə.
Qırar
düşməni
Tək öz gücünə...
Tariximizdə
O, şanlı bir iz!
Adı Mübariz,
Özü Mübariz!
Mina Rəşid
Ədəbiyyat qəzeti.- 2019.-
9 fevral.- S.21.