Uşaqlara yeni hədiyyə
Azərbaycan Yazıçılar birliyinin üzvü şair İnqilabn İsaqın yenicə işıq üzü görən “Nərgizin Nərgizləri” kitabı oxuculara təqdim olunub. Yaşadığı Göygölün Üçtəpə kəndində təşkil olunan təqdimat mərasmində şairin bu günədək 15-ə yaxın kitabının işıq üzü gördüyü, onlardan “Obaları gəzə-gəzə”, “Deməyə sözüm var”, “Ümüdə borclu dünya”, “Canım sənə desin”, “İndi elə təkəm ki” kitablarının oxucular tərəfindən sevildiyi diqqətə çatdırılıb. Bundan başqa yazarın ingilis və rus dillində də bir neçə kitabı çap olunub. Şairin Türkiyədə çapa hazırlanan “Səngərdə ev” adlı kitabı yaxın vaxtlarda ictimayyətə təqdim olunacaq. “Nərgizin Nərgizləri” kitabının mahiyyətinə toxunan qələm əhli nəşrdə uşaq ədəbiyyatına daha çox yer verildiyini önə çəkiblər. İnqilab İsaqa rayon icra hakimiyyəti tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
İnqilab İsaq
Azərbaycan Yazıçılkar Birliyinin
üzvü, şair: Bu kitabda əsasən bizim doğma vətəinimiz gözəllikləri
uşaqların həyatı onların qəribəlikləri müasir uşaq
düşüncələrinə daha çox yer verilib. Çalışmışam ki indiki uşaqlar
və onların yaşadıqğı dünaynın problemlərini
də uşaqların dili ilə
önə çəkim. Əlbəttə burada
ən yaxşı sözü oxucular deyəcək.
Ədəbiyyat qəzeti.- 2019.- 9
fevral.- S.32.