Kamran Əliyevin 10 cildlik əsərlərinin

IV və V cildləri çap edildi

 

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Əliyevin 10 cildlik əsərlərinin IV və V cildləri işıq üzü gördü. "Klassiklər, müasirlər” adlanan IV cildin elmi redaktoru və ön sözün müəllifi akademik Möhsün Nağısoylu, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru Gülsümxanım Hasilovadır.

 Kitabda müəllifin XIX, XX və XXI əsrlərdə yaşayıb yarat­mış Azər­­­baycan ədəbiyyatı tarixinin tanınmış nüma­yən­dələ­ri­nin həyat və yaradıcılığına aid məqalələri toplanmışdır. M.F.Axundzadə, A.Bakıxanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, M.Hadi, M.S.Ordubadi, C.Cabbarlı, R.Rza, S.Vurğun və başqa sənətkarların şəxsiyyəti, ədəbiyyata baxışı və bədii yaradıcılıqları  müxtəlif aspektdən araşdırılmışdır.

  Professor Kamran Əliyevin 10 cildlik əsərlərinin "Ədəbiyyatşünaslıq, ədəbi tənqid” adlanan V cildinin elmi redaktoruön sözün müəllifi akademik Kamal Abdulla, tərtib edənləri filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva və böyük laborant Nigar İmaməliyevadır. 556 səhifəlik bu cilddə müəllifin ədəbiyyatşünaslıq və ədəbi tənqid haqqında mə­qa­lələri toplanmışdır. "Ədəbiyyatşünaslıq” bölməsində "Nəzəriyyə məsələləri”, "Ədəbi şəxsiyyət”, "Ədəbi yaddaş”, "Ədəbi dil”, "Müasirlik mövqeyi”, "Elegiya” ümumbaşlıqları altında bir çox məsələlərə aydınlıq gətirilmişdir. Kitabın bu bölməsində "Abbas Zamanov olmasaydı” adlı monoqrafiya da yer almışdır.

  Kitabın "Ədəbi tənqid” bölməsində isə "Mustafa Quliyevin ədəbi-tənqidi görüşləri” adlı monoqrafiya və ədəbi tənqidin bir çox məsələlərinin təhlil olunduğu məqalələr öz əksini tapmışdır.

 

Ədəbiyyat qəzeti.- 2019.- 9 fevral.- S.32.