Seyid Əzim ədəbiyyatın
gələcəyi naminə
həm də ədəbi aləmdə hökm
sürən
həcv kultunu sındıran şairlərdəndir
Daha "bir nəzər"... - Səhv
nəzərləri sərf-nəzər etmə vaxtı
Əvvəli ötən saylarımızda : http://edebiyyatqazeti.az/news/edebi-tenqid/2806-xudaya-bu-cenablarin-agzindan-ne-qeder-nalayiq-sozler-cixib
(Hafiz Lənglə
bir badə şərab içdim, Ümid edirdim ki, bununla kifayətlənər. Saqi, bizə daha iki badə
şərab gətir. Neyləməli, bu təkə birinə
qail olmadı).
XVIII əsrdə
Osmanlı "rəisi-şairan"ı Osmanzadə Taib
dövrün şairləri haqqında yazdığı şeirdə zəmanəsinin ən
böyük sənətkarı sayılan Nədimdən bir kəlmə
də bəhs etməmiş, Nədim bundan qəzəblənmiş,
demişdi:
Zahirde
egerçi cümleden ednayız
Erbabı-nazar yanında leyk alayız.
Saymazsa
hesaba nola ahbab bizi,
Biz zümrei-şairanda müstesnayız.
XIX əsrdə
isə Rza Tevfiq əsərlərindən birinə lağ eləyən
Süleyman Nazifə həcv ruhlu belə bir şeirlə cavab
vermişdi:
Ben
çetin bir kayayım bu vahşetgehte
Bana çarpan poyraz yeli kırılır.
Dizime
çıkmadan dağılır gider
Çirkablı zilletin seli kırılır.
Beni
dişliyemez yılanlar bile
Sürtünür, kaşınır, geçer hergele.
Yumruk, şamar vuran küstahın hele
Demirden
olsa da eli kırılır.
Fikrimi
sarsmadı şimdiye degin
Arsızca
sözleri bilmem ne beyin
Bana cifte
atan şaşkın eşegin
Kendi ciftesile beli kırılır.
Bendedir
şivesi aşık ağzının
Ona sesi uymaz yaban kazının.
Öyle
hödüklerin bozuk sazının
Namım anıldıkca teli kırılır.
Hər biri
yüz il fasilə ilə baş vermiş
3 müxtəlif hadisə və bunları əks etdirən həcv
ruhlu üç şeir. Aşkar
görünür ki, Suni-Hafizi-Ləng, Nədim-Osmanzadə və
Rza Tevfiq-Süleyman Nazif qarşıdurmalarının hər
biri özünütəsdiq istəyindən irəli gəlir
və bu mənada deyişmə xarakterli həcvlərdə kəskin
mahiyyət fərqi axtarmağın mənası yoxdur.
İstisna
hal kimi yenə "Zəfərnamə"ni
xatırlaya bilərik. Nədir bu istisnalıq?
Qeyd etdiyimiz kimi, əsərin qəsidə hissəsi
İzmit mütəsərrifi Fazil paşanın dilindən
verilmişdir. Fazil paşa həm də şairdir. Əsərdə
onun şairliyi ilə bağlı deyilir:
Olaraq
müstenidi şimei affü safhın
Natini
Fazıl eder, Hayrı kulun da şerhin.
Genc iken
söylemişti yine zemmü kadhın
Fazılı-pire
ateh gelse de söyler medhin
Soy köpek, kalmasa da dişleri, durmaz battal.
Yesü
hırman ile benzim sararıp solmuş idi
Ehli matlub saçımla çille dahi dolmuş idi.
Mutasarrıflığa
bir kıta sebeb olmuş idi
Bu kasidem beni valilige eyler isal.
Fazil paşa daim sədrəzəmə
yarındığını, bunu vərdiş halına gətirdiyini,
taqətdən düşüb ölənəcən onu mədh
edəcəyini söyləyir. Qocalıb dişləri
tökülsə də it soyundan olduğunu vurğulamaqla
Əli paşanın nəzər-diqqətinə
çatdırır ki, hələ hürməyə
yararlıdır. Mütəsərrüf vəzifəsinə
gətirilməsinə görə gəncliyində
yazdığı bir qitəyə (mədhə) minnətdar
olduğunu etiraf edir, gizlətmir ki, indi də bu qəsidəni
yazmaqla valiliyə ümid bəsləyir. Burada
vəzifə, nüfuz, sərvət hesabına şairləri
satın alaraq, yeniliklərin qarşısını kəsmək,
bu yolla varlığını qoruyub saxlamaq istəyən
köhnə siyasi sistemin çürüklüyü də,
yaltaq və dişsiz şairlərin yaramazlığı da
eyni tərzdə həcv edilir. Amma Ziya
paşa bununla da dayanmır, Fazil paşanın dilindən
verdiyi qəsidəyə təxmis yazmağı da
"şairi-köhnə əda" Hayri əfəndiyə
"həvalə edir". Yəni "Zəfərnamə"nin təxmis hissəsi də guya köhnə
şairlərdən biri tərəfindən yazılıb. İlk baxışda elə görünə bilər
ki, həcvin bir ucu da əski ədəbiyyata, onun
daşıyıcılarına gedib çıxır. Doğrudan da, Hayri əfəndini "köhnə ədalı
şair" adlandırmaqla Ziya paşa nəyi qəsd edir?
Tədqiqlərdə bu məsələnin də
üzərinə işıq salınır.
Məlumdur
ki, Ziya paşa publisistikasında Avropa dövlətlərinin
iqtisadi və sosial yüksəlişi ilə müqayisədə,
Osmanlının geriləməsini, birincilərin təzyiqləri
qarşısında onun aciz bir duruma düşməsini,
ictimai əxlaqsızlığın, korrupsiya, rüşvətxorluq
və proteksionizmin dövlət idarəçiliyi
üçün real təhdidə çevrilməsini, elitar təbəqənin
intellektual və mənəvi-əxlaqi aşınmasını, beləliklə
Babi-alinin (hökumətin) ölkə daxilində və xaricdə
etibardan düşməsini və bu kimi digər ictimai bəlaları
araşdırır, təhlil və tənqid edirdi. O da digər
tənzimatçı ziyalılar (Şinasi "Təsviri-əfkar",
Suavi "Bəsirət", Kamal "İbrət"... qəzetlərində)
kimi, qəzet səhifələrində diskussiyalar açaraq,
əfkari-ümumini sosial-siyasi, iqtisadi və mədəni
problemlər üzərində
düşünməyə yönləndirirdi.
Əhalinin savadlanması, siyasi proseslərin mahiyyətinə
varması, cəmiyyət hadisələrinə meyil göstərməsi naminə aparılan işlər
Əli paşa və onun Fazil, Hayri kimi buyruq qulları
üçün həyati təhlükə mənbəyidir,
lakin onlar əllərindəki bütün vasitələri səfərbər
edib, tənzimatçılarla ölüm-dirim savaşına
girmişsələr də, cahillikləri üzündən
zamanın nəbzini tuta bilmir, köhnə mübarizə
üsullarını əldən qoymurlar. Dövrün,
zəmanənin çağırışlarına qulaq
tıxayan bu qafillər hələ də kütlə üzərində
təsirini çoxdan itirmiş ədalar arxasında gizlənərək
əslində, öz rəqiblərini ortadan
qaldırmağın yalnız bir yolunu - inzibati təzyiqlər,
həbslər, məhrumiyyətlər yolunu bilir və bu yolla
da gedirlər. Məhz bu nöqtədə
köhnə şairlərin fərdi maraqları yeni
dövrün diktə etdiyi ictimai maraqlarla ciddi şəkildə
toqquşur. Ziddiyyət də buradan
doğur. Fazil və Hayri kimiləri yaltaq mədhiyyəçilik,
yalançı mübarizlik yolu ilə yeni mənsəblərə
çatmaq istəyir, şəxsi mənfəətləri
üçün dövlətin və millətin zəruri
ehtiyac və diləklərini ayaqlar altına sərir, hər
şeyin köhnə qaydada davam etməsi üçün
çalışırlar. Təhlil və tədqiqlər göstərir ki, Ziya
paşanın bu mühafizəkar şairlərə
qarşı amansızlığının kökündə
onların Kamal və Suavi əleyhinə qızğın təbliğat
və təxribat işi aparmaları dururdu. O, Fazil və Hayri
kimi istedadsız şairlərə əski ədəbiyyatı
və ya ənənəvi bədii-estetik cərəyanları təmsil
etdiklərinə görə yox, köhnə dünyanın, təməlləri
laxlayan siyasi sistemin ömrünü uzatmaq istədiklərinə
görə "şairi köhnə əda" adı verir. Bu radikal əkslik və qarşıdurmanı da, zənnimizcə,
ədəbi yox, ictimai-siyasi vektor üzərində
araşdırmaq və qiymətləndirmək lazımdır.
Başqa sözlə, zahirən "Zəfərnamə"də
şairlər arasında gedən lokal mübarizənin
görüntüləri olsa da, Fazil və Hayri
obrazlarının burada artıq daxilən fərdilikdən
çıxaraq, ümumiləşməyə doğru yol
alması diqqətdən qaçmır. Bu məqamda Ziya
paşa öz həmyaşı
(aralarında 6 il fərq var) Seyid Əzimin "Gətirmək
tazə üsluba gərəkdir köhnə dünyanı"
ideyasını bölüşür və dünyanı dəyişmək
istəyənlərlə onun gərdişini geri fırlatmaq
istəyənlər arasında əbədi və
barışmaz mübarizənin ön sıralarında yer
tutur. "Zəfərnamə"nin yeniliyi də, bədii dəyəri,
sosial siqləti də bundadır ki, uzun əsrlər boyunca
öz "yağında bişən", özünü
gerçək həyatdan təcrid edən, belə demək
mümkünsə, özü ilə məşğul olan və
"özü üçün şey"ə çevrilən
ədəbiyyatın sərhədlərindən uzaqlaşaraq,
şairlər arası mübahisə və çəkişmələr
fövqünə qalxmış, sırf siyasi mübarizələri
türk-İslam şeirinin, ələlxüsus həcviyyatın
malı edə bilmişdir.
Ədəbi məclislərin tanınmış tədqiqatçısı
Nəsrəddin Qarayevin kitabında XIX əsrdə Gəncə,
Şamaxı, Qarabağ şairləri arasında həcvləşmənin
bir növ, ədəbi adətə, vərdişə
çevrilməsi haqqında məlumatlar alırıq. Alim yazır: "Məclislər
dövründə və məclis şairləri arasında nəzirəçiliklə
yanaşı, həcv də geniş yayılmışdı. Lakin onların məzmunundakı tənqid və
satira ünsürləri həcvlərin özləri kimi,
subyektiv münasibətlərdən doğurdu. Seyid Əzimin bir neçə həcvi nəzərə
alınmazsa, şairlər daha çox bir-birini həcv edirdilər.
Bu həcvlərin əksəriyyətində
etika gözlənilmirdi". Kitabda şairlər
arasında həcvləşmələrin səbəb və
qaydaları, yayılma coğrafiyası, bəzən ədəbi
çərçivələrdən çıxıb, sərt
ictimai polemikalar doğurması, ümumiyyətlə, ədəbi
mühitdə əsas
müzakirə mövzuları və s. haqqında konkret
faktlar, təzkirə və əlyazmalardan misallar gətirilir.
Seyid Əzimə gəlincə, N.Qarayevin də məntiqincə, onun həcvlərini,
əlahiddə fenomen kimi öyrənmək lazım gəlir;
zira bu şeirlər Azərbaycan ictimai-siyasi həyatının
müxtəlif aspektləri ilə yanaşı,
bütövlükdə türk-İslam mədəniyyətinin
inkişaf qanunauyğunluqları ilə bağlı bir
neçə vacib məsələnin
aydınlaşdırılması baxımından müstəsna
əhəmiyyətə malikdir. Seyid Əzim həcv ruhlu
şeirlərində, sanki bu tipli şeirin nəzəri
prinsiplərini işləmiş, normativ standartlarını
göstərmiş, bunları öz dövrünə
uyğunlaşdırmış, çağının ədəbi
etiketini
qaydalaşdırmışdır.
Məlumdur
ki, o dövrdə həcv tərkibli deyişmələr əksərən
ayrı-ayrı şairlərin emosional ovqatının məhsulu
olub, xırda məsələlərdən doğur, əhəmiyyətsiz
fikir ayrılıqlarını əks etdirirdi. N.Qarayev "Divani-Hikmət" şairlərindən
danışarkən Mirzə Mehdi Nacinin qeydlərinə istinadən
bildirir ki, bəzən Gəncə şairləri bir-birlərinin
evlərinə toplaşaraq müşairələr
keçirir, məclislərini şam yeməyi ilə sona
çatdırırmışlar. Növbə
Hacı Seyid adlı şairə çatanda o, nədənsə,
qonaqlıq verməkdən boyun qaçırır. Məclis üzvləri Hacı Seyidin bu hərəkətindən
xoşlanmır və Naciyə onu həcv etməyi
tapşırırlar. Naci isə yazdığı
şeirdə həcv yerinə Hacı Seyidi məzəmmət edir, onu səxavətli,
əliaçıq olmağa çağırır:
Qaçasan
gər bu ziyafətdən əzizim, hacı,
Gülər əhvalına vallahi sənin külli-cəhan.
Verəsən,
vermiyəsən, sən bilisən, mən nə deyim,
Nacinin borcu idi, ta elədi şərhü bəyan.
Şairlər arasında həcvguluğun əleyhinə olan, bu xüsusda qətiyyət göstərən, mövqeyini mücərrəd sözlərlə yox, özünün həcv ruhlu şeirləri ilə açıq-aşkar bəyan edən Seyid Əzim xüsusilə belə cəfəng səbəblər ucbatından yaranan ədəbi narazılıqların fövqündə dayanırdı. Onun nəzərincə, "məxdumları", dost-aşnanı həcv etmək şeytana qulluq eləməkdir: "Haşəlillah ki, o məxdumları həcv qılam Yoxdu zatımda mənim şiveyi-şeytan, Qasir". Seyid Əzim şeirə müqəddəs baxan, nəyin bahasına olur-olsun şairliyin şərəfini qoruyan sənətkarlardandır. O, sənətin təəssübünü çəkir, şeiri qiymətdən salanlara qarşı çıxır, əksər hallarda həmkarlarının poeziyadan "bixəbərliyini" bağışlamır, onlara nəsihət verir ki, klassik şeirin qayda və prinsiplərini yaxşı öyrənsinlər. Seyid Əzim tanınmış şairlərin, hətta böyük hörmət bəslədiyi Qumrinin də səhvlərindən keçmir: "Gərəkdir şer lafın eyləyən, ey bixəbər Qumri, Rümuzi-nəzmü nəsrə agəh olsun, huşyar olsun". Əgər bu yolda öz qələm yoldaşlarını tənqid etməkdən belə çəkinmirsə, aydındır ki, başqalarına qarşı daha sərt müqavimət göstərir. N.Qarayev belə faktlardan biri haqqında yazır: "Vaxtilə "Əkinçi" qəzetinin fəal əməkdaşlarından Əhsənül-Qəvaid həmin qəzetdə (1876, N 7) şairlərə toxunan, xüsusən şeirin İslam dininə yad olmasını iddia edən bir məqalə ilə çıxış etmişdir. Bu məqalə Şuşa və Şamaxının bir çox şairlərinə toxunmuş və hər kəs qabiliyyətinə görə Əhsənül-Qəvaidə cavab yazıb onu tənqid atəşinə tutmuşdur. O cümlədən Seyid Əzim də belə bir həcv yazmış, lakin nədənsə, H.Zərdabi onu öz qəzetində dərc etməyi məqsədəmüvafiq bilməmişdi. Bundan sonra Əhsənül-Qəvaidin məqaləsinə etiraz olaraq "şüərayi-ərbəeyi-Şirvan" (dörd Şirvan şairi-Seyid Əzim, Qafil, Zövi və Bixud) adından cavab məktubu hazırlanmışdı. Həmin məktubda, məlumdur ki, Şirvan şairləri Əhsənül-Qəvaidi, ümumiyyətlə, şeirin məzmununu dərk etməməkdə, sağlam zövqü və təbi olmamaqda təqsirləndirirlər. İbn Sina, Sədi, Hafiz, Şeyx Bəhai və Əli ibn Əbu-Talibdən, hətta "Quran"dan gözəllərin tərifinə dair misallar gətirərək, onun məzəmmətinin yersiz olmasını sübut edirdilər".
Davamı gələn
sayımızda
Nizaməddin
MUSTAFA
Ədəbiyyat qəzeti.- 2019.- 9 fevral.- S.31.