İşıqlı adam

 

Asif RÜSTƏMLİ - 65

 

Asif Rüstəmli ilə tanışlığım səksəninci illərdən başlanıb, "Azərbaycan" jurnalında onun ilk yazılarından birinin çapına kömək etmişəm. O yazı mollanəsrəddinçi şair Bayraməli Abbaszadədən idi. Sonralar da Asif "Azərbaycan" jurnalında tez-tez yazılarını çap etdirdi, həmişə bu yazıların ilk oxucusu mən oldum.

Asif bir tədqiqatçı kimi, çox işləkdir, mən bu mənada onu Qulam Məmmədlinin, Əliəjdər Səidzadənin ardıcılı hesab edirəm. O, Azərbaycan ədəbiyyatşünaslığında hal-hazırda 1 nömrəli cabbarlışünasdır. Cabbarlının tərcümeyi-halında, ömür yolunda elə səhifələr var ki, onları ilk dəfə Asif açıqlayıb. Asif 1918-1925-ci illərin ədəbi səhifələrinin qaranlıq qalan əksər nöqtələrini işıqlandırıb. Yeri gələndə müasir ədəbiyyatşünaslığın problemlərindən yazır. Asifə xas olan bir cəhəti vurğulamaq istəyirəm. O, çox səliqəli alimdir, yəni faktların əsirinə çevrilməyərək yalnız o faktların bu gün üçün dərəcədə əhəmiyyətli olduğuna çalışır.

Dostluqda da sədaqətlidir. Fəxr edirəm ki, onunla eyni şəhərdə yaşayır, eyni ədəbi mühitdə çalışırıq. 65 yaş nədir ki? Neçə il əvvəl gördüyüm Asif Rüstəmli heç dəyişməyib. Qoy elə-belə qalsın, qocalmasın!

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.25.