Alim ömürlüyü

 

Asif RÜSTƏMLİ - 65

 

Filologiya elmləri doktoru, professor Asif Rüstəmli  çağdaş Azərbaycan ədəbiyyatşünaslığının ağırlığını çiyinlərində daşıyan alimlərimizdəndir. Onun yaradıcılığında ədəbiyyatşünaslıq iki istiqamətdə - nəzəri praktik cəhətdən inkişaf edib. Bu mənada Asif Rüstəmlini mən F.Köçərlidən başlayan A.Sur, Ə.Abid, İ.Hikmət, B.Çobanzadə, F.Qasımzadə, H.Araslı, M.Rəfili ilə davam edən klassik tədqiqatçılar sırasına daxil edirəm. Son dərəcə səbr mətanətlə ədəbiyyatımızın işlənilməyən, işlənilməsi vacib problemlərini aşkara çıxarmaq, ədəbiyyatımızdakı yerini, mövqeyini təyin etmək missiyası çox zaman onun üzərinə düşür. Böyük dramaturqumuz Cəfər Cabbarlının yaradıcılığı iki ədəbiyyatşünasın - görkəmli ədəbiyyatşünaslar Məmməd Arif Asif Rüstəmlinin araşdırmaları ilə tamamlanır. Cabbarlışünas tədqiqatçı alim M.Arifdən sonra onun bir neçə pyesini, hekayələrini, şeirlərini üzə çıxarmış yaradıcılığını ölkə hüdudlarından kənarda belə tanıtmışdır. Otuz ildən çoxdur ki, C.Cabbarlı yaradıcılığı A.Rüstəmli tədqiqatlarında təhlil tədqiq olunur, bədii irsi bütövləşdirilir, əsərləri nəşrə hazırlanır.

Asif Rüstəmli həm Bayraməli Abbaszadə (Hammal) yaradıcılığının araşdırıcısı kimi tanınır. XX əsr Azərbaycan satirik şeirinin bu görkəmli nümayəndəsi haqqında monoqrafiya yazmışdır. Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi Mirzəbala Məmmədzadənin həyat yaradıcılığı haqqında məqalələri, monoqrafiyaları bu sahədə atılan ilk addımlardandır. Ədəbi ictimaiyyət onu həm mətbuat araşdırıcısı kimi tanıyır. Azərbaycan mətbuatının XX əsr mərhələsinin inkişaf yolu problemləri  onun araşdırmalarında öz əksini tapıb.

Professor Asif Rüstəmlinin fəaliyyətinin başqa bir istiqaməti heç tədqiqatçılığından geri qalmayan müəllimliyi, auditoriyalarda tələbələrlə ünsiyyət qurması, onları gələcəyə hazırlamasıdır. Elmi rəhbər kimi bir çox gənc tədqiqatçılar yetirmişdir. A.Rüstəmlinin monoqrafiyaları ilə tanış olduqda məhsuldarlığın elmi axtarışların bir ömrə necə sığışdığının cavabını axtarmalı olur təəccüblənməyə bilmirsən. Bu, mənalı alim ömürlüyünün bir yoludur; bu yolda dostum Asif Rüstəmliyə uğurlar diləyirəm!

 

Bədirxan Əhmədli

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.25.