Cəlil Məmmədquluzadənin
əsərləri özbək dilində
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli dünyanın müxtəlif ölkələrində böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin əsərlərini xarici dillərdə kitab halında nəşr etmək missiyasını həyata keçirir. İndiyədək akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ön sözü ilə Cəlil Məmmədquluzadənin əsərləri Rusiyada, Misir Ərəb Respublikasında, Pakistanda, Litvada, Gürcüstanda, Macarıstanda çap olunub.
Trend-in məlumatına görə, bu günlərdə akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu “Cəlil Məmmədquluzadənin əsərləri xarici dillərdə” layihəsi üzrə görkəmli yazıçının növbəti kitabı Özbəkistanda çapdan çıxıb. Daşkənd şəhərindəki “Mümtaz söz” nəşriyyatında “Poçt qutusu” adı ilə nəşr edilmiş kitabda akademik İsa Həbibbəylinin müqəddimə kimi verilmiş “Azərbaycan ədəbiyyatı və Cəlil Məmmədquluzadə haqqında bir neçə söz” adlı ön sözdə Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi, görkəmli yaradıcıları və böyük ənənələrinə dair zəruri elmi məlumatlar özbək oxucularına çatdırılıb.
Müqəddimədə Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas məqamları, ədibin Azərbaycan ədəbiyyatına gətirdiyi mühüm yeniliklər və onun adı ilə bağlı olan sənət ənənələri geniş əhatə olunub.
“Poçt qutusu” kitabında Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti və “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy”, “Pirverdinin xoruzu”, “Kişmiş oyunu”, “Saqqallı uşaq” da daxil olmaqla cəmi 26 hekayəsi özbək dilində təqdim edilib.
Qeyd edk ki, bu vaxtadək Özbəkistanda Cəlil Məmmədquluzadənin cəmi 2 hekayəsi çap olunub.
Cəlil Məmmədquluzadənin povest və hekayələrini özbək dilinə
Özbəkistanın görkəmli yazıçısı Usmon Koçkor tərcümə edib. Kitabda, eyni zamanda Usman
Koçkorun “Cəlil
Məmmədquluzadə” adlı
yazısı da özünə yer alıb.
Kitabda həmçinin tanınmış
özbək alimi, filologiya elmləri doktoru, professor Həmidulla Boltaboyevin “Cəlil Məmmədquluzadə
və özbək ədəbiyyatı” adlı
son sözü də verilmişdir.
“Poçt qutusu” kitabını nəşrin
məsul redaktoru, professor Həmidulla Boltaboyev çapa hazırlamışdır. Kitabın redaktoru
isə tanınmış
publisist Qulu Kəngərlidir.
Cəlil Məmmədquluzadənin “Poçt
qutusu” kitabının
özbək dilində
nəşr edilməsi
Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin
yeni səhifələri
kimi mühüm əhəmiyyətə malikdir.
“Poçt qutusu”
kitabının Özbəkistanda
nəşr edilməsi
Cəlil Məmmədquluzadənin
anadan olmasının
150 illik yubileyinə qiymətli hədiyyədir.
Ədəbiyyat qəzeti.- 2019.-
16 fevral.- S.21.