Tələbəlik dünyamızdan yaşıl bir yarpaq

 

Haqqında söz açacağım Fazil Nəsirbəyli ilə 50 il bundan qabaq Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialında birgə tələbəlik həyatı yaşamışıq. Özünün davamlı maarifçi ənənələrinə görə Naxçıvan filialı Qori Müəllimlər Seminariyasına bənzəyirdi. Burada sözün həqiqi mənasında mükəmməl bir elmi-ədəbi mühit var idi. Ölkəmizin ən görkəmli alimləri Naxçıvan filialında tədris işinə cəlb olunmuşdular. Təsəvvür edin, Moskva Dövlət Universitetindən professor Əziz Şərif, Azərbaycan Dövlət Universitetindən Abbas Zamanov Yusif Seyidov, Azərbaycan Pedaqoji İnstitutundan Cəfər Cəfərov, Əlisa Şükürov, Abbasqulu Məhərrəmov, Qaşdan Bağırov, Nizami adına Ədəbiyyat İnstitutundan Məhəmmədhüseyn Təhmasib başqaları Naxçıvan filialında mühazirələr oxuyurdular. Bu gün bütün varlığı ilə böyük məsuliyyətlə bizlərə dərs demiş unudulmaz müəllimlərimizi yada salmağı özümə borc bilirəm. Əli Əliyev, Yavuz Axundlu, İzzət Maqsudov, İbrahim Hüseynov, Qasım Qasımov, Mahmud Mahmudov, Əbülfəz Muxtaroğlu, Firuzə Məmmədli başqaları da əsl müəllimlik nümunəsi göstərirdilər.

Naxçıvan filialında tələbələrlə hərarətli, yaddaqalan görüşləri keçirilmiş xalq yazıçısı Süleyman Rəhimov, xalq şairləri Məmməd Rahim, Məmməd Araz, şairlərdən İslam Səfərli, elm xadimlərindən akademiklər Məmməd Cəfər Cəfərov, Firidun Köçərli başqalarının çıxışları, söhbətləri bizim nəslin inkişafında böyük rol oynamışdır.

Naxçıvan filialında Tələbə Elmi Cəmiyyəti "Gənc qələmlər" ədəbi birliyinin yeni nəsil yaradıcı gəncliyin inkişafında böyük rolu olmuşdur. İlk elmi bədii yazılarını Naxçıvan filialında Tələbə Elmi Cəmiyyətində müzakirəyə çıxaranlardan filologiya elmləri doktoru Akif İmanlı, pedaqoji elmlər doktoru, professorlar İsmayıl Əliyev, Vəzifə Qasımova, tarix elmləri doktoru Ədalət Qasımov, tarix elmləri doktoru Eynulla Mədətli onlarla elmlər namizədləri bu gün ölkəmizin elm təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlərini uğurla davam etdirirlər. "Gənc qələmlər" dərnəyindəki şeir hekayələrini oxuyan istedadlı gəncliyin içərisindən Azərbaycan Yazıçılar Birliyinin üzvləri, istedadlı şair yazıçılar yetişib meydana çıxdılar. Vaqif Məmmədov, Fərəc Fərəcov, Xanəli Kərimli, Tağı Fərəcov, Elbəyi Maqsudov, bir az sonra Asim Yadigar, Telman Ağrıdağ, Kəmaləddin Qədim, İbrahim Yusifoğlu, Məmməd Tahir, Nazilə başqaları ölkə miqyasında ədəbi mühitdə tanınan imzalara çevrilmişlər.

Bu gün oxuculara təqdim etdiyim Fazil Nəsirbəyli həmin illərin qaynar gəncliyinin sıralarında idi. O, ilk "Gənc qələmçilər"lə bir yerdə müzakirələrdə daha çox iştirak edir, arabir şeirlərini diqqətə çatdırardı. Fazil Nəsirbəyli Ordubadda tanınmış şair pedaqoq Məhəmməd Tağı Sidqinin rəhbərlik etdiyi məşhur "Əncümənü şüəra" ədəbi məclisinin fəal üzvlərindən olmuş Aslanxan Gövhərin nəslindəndir. Onun gen yaddaşında da ədəbiyyat amilinin özünəməxsus yeri vardır. Fazil Nəsirbəyli tarix ixtisası üzrə təhsil alsa da, mütaliəsi, zəhməti maraqları etibarilə ona ədəbiyyatçı dostlarının sıralarında özünəməxsus yer qazandırmışdır. Ali məktəbi bitirdikdən sonra Fazil Nəsirbəyli daha çox maarifçilik fəaliyyəti ilə məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının maarifçi ziyalılarından məktəb təşkilatçılarından biri kimi tanınmışdır. Lakin şeir yazmaq odu onun mənəvi aləmində heç vaxt sönməmişdir. Onun şeirləri respublika mətbuatında ədəbi almanaxlarda özünə yer almışdır. Fazil Nəsirbəyli şeir kitabı ilə oxucular qarşısında hesabat vermişdir.

Fazil Nəsirbəylinin şeirləri vəsf etdiyi aləmi mümkün olduqca zəngin poetik cazibədarlığı ilə təqdim etməsilə seçilir. Onun şeirlərində ilham düşüncə qoşa qanad kimi iştirak edir. Bundan başqa, Fazil Nəsirbəylinin şeirləri özünün xarakterinə uyğun olaraq vətənpərvərlik mərdanəlik duyğuları üzərində köklənmişdir. Eyni zamanda, Fazil Nəsirbəyli ürəkdən bağlandığı poeziya ilə yaşayır. İnanıram ki, tələbəlik dünyamızın yaşıl bir yarpağı kimi ədəbi mühitimizdə səmimiyyətlə öz sözünü deməkdə olan Fazil Nəsirbəylinin şeirləri oxucuların da marağına səbəb olacaqdır. Qədim tələbə dostuma istedadlı şairə daha böyük yaradıcılıq uğurları arzulayıram.

 

İsa HƏBİBBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.9.