ƏDƏBİYYAT ÜZRƏ
1992-Cİ İLİN NOBEL MÜKAFATÇISI:Derek Elton UOLKOTT
Şair və dramaturq Derek Uolkott 23 yanvar 1930-cu ildə
Sent-Lüsiyada, Kastri şəhərində, müəllim ailəsində
anadan olub. Santa-Mari kollecində
oxuyub, daha sonra Kinqstondakı Vest-İndia Universitetində ali təhsil
alıb. Rokfeller fondunun təsis etdiyi təqaüdə düşəndən sonra
bir müddət Nyu-Yorkda və İngiltərədə təcrübə
keçib, Boston Universitetinin
professoru elmi dərəcəsi alaraq, həmin təhsil ocağında ədəbiyyat
və ədəbi yaradıcılıqdan dərs
deyib. Daha çox romantik
və tarixi əks etdirən şeirləri ilə diqqət çəkən
şair "parlaq poetik yaradıcılığı,
tarixə olan sədaqəti və mədəniyyətə fərqli
yanaşmasına görə"
1992-ci ildə ədəbiyyat
üzrə növbəti
Nobel mükafatına layiq
görülüb. Derek
Uolkott 2017-ci ildə
87 yaşında dünyasını
dəyişib. "Ədəbiyyat
qəzeti"nin oxucularına şairin bir neçə şeirini təqdim edirik.
Nəsrin
bu üslubu məni də şizofreniya
xəstəsi etdi. Görünür, layiqəm
bu dəliliyə. Və bu dəli
Ayın
oraq kimi qum üstə
saldığı kölgəsi
altda
gör neçə mil
yol gəlib,
sevgisini okean sularına qərq etsin deyə.
Dilini dəyişmək
yenidən doğulmaqdır.
Əski gerçəklərə haqq
qazandırmaq olmaz.
Üfüqü batıran dalğalar,
geri boylanmır heç vaxt,
qağayı səsinə
çatmaq üçün
tələsirlər bir
az -
Şarlotsvildə iylənmiş cəsədlərə
piroq görüb cuman kimi cumurlar.
O vaxt elə bilirdim
təmənnasız sevirəm
xalqımı!
İndi fikrimi dəyişmək çox gecdir daha.
Görürəm, bir-birinin uğurunu
it kimi əlindən qapanların sayı çoxalıb.
Yaşadım bu ömrün tən yarısını,
kömür kimi əllərimin
dərisi soğan
qabığı kimi soyuldu.
Ürəyim bomboş, sonu düşünmək qorxusu
yox.
Ölüləri yaxından tanımışam
deyəsən.
Hər şeyləri bizə oxşayır -
hətta ölümləri
də. Və artıq
atəş qorxutmur
canı, -
nə çalınan surun səsi,
nə torpaqda açılan oyuq.
Nə də Ayın buluddan-buluda süzən kabusu.
Sahil ağ vərəq
kimi açılır
qarşımda yenə.
Biganəlik - qəzəbin başlanğıcı.
Və hər şeydə bir susqunluq.
Dəniz üzümü
İşığa boylanan yelkənlər,
Qəraib dənizində
adaların başına dolanmaqdan yorulub.
Bəlkə, Odissey
İtakı axtarır yenə.
Bu - ata ilə ər
qağayı səslərinə qarışıq
bircə "Navoıka" - "Alışan gəmilər" kəlməsi
eşitimişdi kələ-kötür, turş
üzüm tənəkləri arasından.
Ehtiras, ya da borc
-
bu qədim müharibənin
sonu yoxdur artıq,
və o, yenə elə
sahildə sərgərdan
gəzəndə
və bir də bu anlarda
evinə
getməyə hazırlaşan,
yalın ayağına
geydiyi səndəllər
qızmar qumda alışanda
və Troya son dəfə yanıb kül olduğu gün
kor olmuş təpəgözün qəzəbdən
atdığı daş
divarları dağıdanda,
yəni hər şey alt-üst olanda
bircə klassika təsəlliyə yaradı.
Amma bu da bəs olmadı.
Son
Əşyalar dağılımır -
çiyinlər şəfəqləri
dəf edən,
qum köpüyü
udan kimi
quruyub solur.
Hətta
şimşəyin çaxmaq
həvəsi belə
çaxmaqla bitmir
və çiçəklərin
susqunluğu
süngər daşı
kimi soyur dərini.
Nə qədər ki,
qulaqları tutulan Bethoven kimi
eşidə bilməyəcəyik
sükutun səsini
təbiətdə hər şey təkrar edəcək bir-birini.
Susqunluq
Susqunluq
göy gurultusundan betərdi
sanki sevgisini bəyan edə bilməyən heyvan kimi
dəhşətdən dilimiz tutulur bəzən,
bizsə sevginin
dərkolunmazlığından dəm vururuq elə,
ondan danışmaq istəyirik ancaq
və göz yaşlarına boğula-boğula
ruhumuzu əsir edirik sözlərə
adına sevgi deyirik bunun,
ölülərin susqunluğu
ilə
sevdanın susqunluğunu
dəfn edirik ürəyimizin dərinliyində
-
bu isə eyni cür susqunluqdur,
eşqi eyni cür susmaqla bəyan etmək,
ovlada susmaq, qadına, dosta susmaq eyni şeydir
və buna səadət deyirlər
xoşbxtlik deyirlər
buna
sənin olanı
itirmək qorxusu ilə bir yerdə.
Şeirlər Qiyas Abasovun ingilis dilindən
sətri tərcüməsi
əsasında işlənib.
Derek Elton UOLKOTT
Tərcümə etdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2019.-
16 fevral.- S.7.