ƏDƏBİYYAT ÜZRƏ 1993-CÜ İLİN NOBEL MÜKAFATÇISI:

TONİ MORRİSON (ABŞ)

 

Əsl adı Hloya Ardeliya Uoford olan Amerikalı yazıçı Toni Morrison 1931-ci ildə Ohayo ştatının Loteyn rayonunda dünyaya gəlib. Uşaq vaxtı mütaliə etməyi sevib, sevimli yazıçılarından Ceyn Ostinin, Lev Tolstoyun kitablarını həvəsələ oxuyub. Atası qaynaqçı olub, boş vaxtlarında uşaqlarını başına toplayaraq zəncilərin həyat hekayələrindən, onların Amerikadakı güzaranından danışmağı sevib bu söhbətlər gələcək yazıçının yaradıcılığına böyük təsir göstərib. 

Morrison Harvard universitetindəingilis dili ədəbiyyatıixtisası üzrə ali təhsil alıb elə universitet illərində özünə Toni təxəllüsü götürüb. 1955-ci ildə universiteti bakalavr dərəcəsi ilə bitirərək, Kornel universitetinə magistr təhsili almağa gedib. Magistr dissertasiyasını Uilyam Folknerlə Virciniya Vulvfun əsərlərindəki intihar motivlərinə həsr edib. Təhslini başa vurduqdan sonra Cənubi Texas Universitetində müəllimlik edib. 1957-ci ildə yenidən Hovarda qayıdıb.            

1958-ci ilə kurs yoldaşı, yamaykalı memar Harold Morrisonla ailə qurub bu evlilikdən Harold Skeyd adlı iki övladı dünyaya gəlib. 1964-cü ildə həyat yoldaşından ayrılıb. Daha sonra Sirkusa gedərək «Random House" şirkətində reklam mətnləri üzrə redaktor işləyib. Yazıçı sonrakı taleyini yenidən müəllimliklə bağlayıb 1984-cü ildən 2006-cı ilə qədər müxtəlif ali tədris ocaqlarında işləyib, professr elmi dərəcəsi alıb.   

Toni Morrisonun insan talelələrindən, bəşəri problemlərdən, sevgidən, hisslərdən, ümumiyyətlə insanlıqdan bəhs edən əsərləri ona dünya şöhrəti qazandırıb. Yazıçının müxtəlif illərdə qələmə aldığıEşq”, “Caz”, “Şəfqət”, “Cənnət”, “Aşiq qadın başqa romanları dünya xalqlarının dillərinə tərcümə edilərək yayılıb. Toni Morrison “arzularını poetik düşüncələrini romalarında əks etdirməklə amerika reallığına güzgü tuta bildiyi üçün” 1993-cü ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb.

Ədəbiyyat qəzetioxucularına yazçının əsərlərindən bəzi seçilmiş sitatları təqdim edirik.

 

***

 

  Eşq çox çətin söhbətdir.

Çətin söhbətdir? Eşq ya var, ya da yoxdur. O ki qaldı eşqin asan söhbət olamağına, ona ümumiyyətlə eşq demək olmaz.

 

***

 

Kimi isəəsasən, doğma övladlarınıçox sevmək təhlükəlidir. Təcrübə göstərir ki, bunu az-az, tədricən etmək lazımdır. Onsuz da gec-tez sənin sevgin alt-üst olur onu kəfənə bürüyüb bir dəliyə atırlar. Bax bu səbəbdən başqa bir sevgi üçün özündə güc saxlamalısan.

 

***

 

Kişisadəcə kişidir. Amma oğul, bax bu, doğrudan da başqa şeydir.

 

***

 

Elə təhnalıq var ki, üstündən sükutla keçmək olar. Qolları sinədə çarpazlayır, dizləri bükürsən yırğalan ki, yırğalan... Bu hərəkət gəmi yırğalanmağından fərlidir, adamın ruhunu sakitləşdirir. Bu hiss haradansa içdən gəlib səni bütünlüklə ağuşuna alır. Elə tənhalıq da var ki, o səni kənardan zəbt edir. Onu sakitləşdirmək olmur. O çox canlı azad olur, istədiyini edir. O yayılıb çoxalır, bütün ətrafını bürüyür, belədə sanki öz addım sıslərini kənardan eşidirsən.

 

***

 

Heç nəyi ağrısız sağaltmaq olmur.

 

***

 

Ədalətli olan hər şey həqiqətdir.

 

***

 

Həyatda geri qayıdan hər şey adamı ağrıdır.

 

***

 

Əgər azad gəzə, sərbəst yata bilirsənsə, demək, həyat davam edir bir sözlə bu, çox gözəl hissdir.

 

*** 

 

Əgər mənim fikrim sənin üçün maraqlıdırsa...

Yox, maraqlı deyil, – qadın cavab verdi, – mənim öz fikrim var.

 

***

 

Əgər keçilməz bir şeyiniz varsa, o zaman başqa hər şeydən keçmək olar.

 

***

 

Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Hətta savadlı adamlar, çox oxuyanlarqaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlərbelə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir öz irqləninin qayğısına qalmağa məcbur olublar bəzən bu yerdə ağıl da aciz qalıb.

adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. beləcə yayılıb, dərinləşib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblarelə olmaq istəməsələr , – bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər onların öz dişləriymiş...            

 

***

 

Uşaqlara var ki... onlar fil ayaqları altda qalan ot kimidir, dikəldinhəyat davam edir.

 

***

 

Əsas odur ki, hansı qapını döydüyünü biləsən.

 

***

 

Hər bir adama səbəb olmadan qara adamı öldürmək səlahiyyəti vermək azmış kimi, yeni qaydalara görə istənilən ağaya öz qulunu şil-küt etdiyi, ya da ölənə qədər döydüyü halda təzminat düşür... 

 

***

 

Bu həyatda qadın olmaq – qaysaq bağlamayan yara kimi bir şeydir. Üstü qurusa da altdan irinləyəcək.

 

***

 

Qadın – bu çox ciddi məsələdir və adamın bəxti gətirsə üçqat uduş qazanır: yaxşı yemək, yaxşı seks və yaxşı həmsöhbət. Təəssüf ki, kişilərin əksəriyyətini sadəcə bir şey qane edir.

 

***

 

Şüşə boşalıbsa, hər hansısa plan mənasızdır, – Ştamp fikirləşdi, amma bilmirdi ki, əyyaş qadına “içmə” deməyin xeyri yoxdur.

 

***

 

Hər halda onlara elə gəlir ki, istənilən xalaqın taleyinə edə biləcəyi qədər günah yazılıb.

 

Tərcümə etdi:

Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.32.