Professor Vaqif
Sultanlı Hindistanda
beynəlxalq seminarda iştirak edib
Bakı Dövlət Universitetinin
(BDU) Azərbaycan ədəbiyyatı
tarixi kafedrasının
professoru, yazıçı-ədəbiyyatşünas
Vaqif Sultanlı 2019-ci
ilin fevral ayının 11-dən 13-dək Hindistanda keçirilən
“Hindistan, İran və Orta Asiyanın
mədəniyyətlərarası mirası” (A Cross Cultural Heritage of India, Iran
& Central Asia) adlanan beynəlxalq
seminarda iştirak edib. Hindistanın Assam bölgəsində yerləşən Guvahati Universitetinin düzənlədiyi
seminarda tarix, ədəbiyyatşünaslıq, dilçilik, folklor, mifologiya, fəlsəfə,
kulturologiya, psixologiya elmləri üzrə bir sıra maraqlı
məruzələr dinlənilib.
Almaniya,
Böyük Britaniya, Norveç, Macarıstan, Rusiya, Koreya, Özbəkistan, Banqladeş,
İran, Şri-Lanka və başqa ölkələrdən 50-dək görkəmli elm xadiminin qatıldığı seminarda
ölkəmizi təmsil
edən professor Vaqif Sultanlı “Azərbaycan-Hindistan
ədəbi-mədəni əlaqələri”
mövzusunda məruzə
ilə çıxış
edib.
Professor Vaqif Sultanlı
həmçinin Guvahati
Universitetinin İran departamenti yanında yeni yaradılmış Türkologiya bölümünün
müəllim və tələbə heyəti
ilə görüşüb,
Azərbaycan tarixi və ədəbiyyatı
ilə bağlı bir sıra kitabları
universitetin kitabxanasına
bağışlayıb.
Ədəbiyyat qəzeti.- 2019.-
23 fevral.- S.29.