Vəsiyyət

 

Vurma əl türbətimə, türbəti-Adəm də mənəm,

Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.

 

Neyləyim, pey aparan olmadı bu varlığıma,

Eyşi-işrət də mənəm, möhnəti-matəm də mənəm,

 

Arama qəbrimi, axtarma mənim baş daşımı

Rəsmdə Həzrəti Nuh, ismdə Xatəm də mənəm.

 

Məhəmməd Biriya       

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.10.