İlahi, sən məni özümə
qaytar,
Özümünkü elə
ayaqlarımı.
Nə deyim...
Deyəsən, ruhumda bədən
də qalmır,
Ruhum, tələs görüm, ürəyim, tələs!
Evdə
tək adamım gözləyir məni...
Bir də alovlandır çıraqlarımı,
İlahi,
sən məni özümə qaytar,
Özümünkü elə ayaqlarımı.
Ayağım, dayağım yubanma,
görüm;
Durub artırmada boynu bükülü,
Ocağım sönsə də, yandırır külü.
Külü yandırırsa, özü
hardadır?
Əgər söz veribsə,
özü hardadır?..
Əli sahmandadı,
gözü keşikdə.
Gözünün xumarı gözləyir
məni,
Əlinin tumarı gözləyir məni.
Mən isə həmişə pintinin biri,
Yəqin,
paltarımı salır
sahmana,
Keçim yan otağa, görüm ordadır?..
Yoxdur...
yoxdur... burda da yoxdur...
Məni
gecikməyim qoyubdur naçar-
Dayan... dayan...
Qapısı açıqdır, üstündə
açar-
Qoy girim içəri...
Bəs sən hardasan, a zalım qızı?..
- Bay... sən gəlmisən?
Deyəsən, sənin də
gözlərin qızıb,
Məni görmürsənmi arxın
suyunda?
- Hə doğrudan... Sən Allah, bağışla
məni.
- Tut məni, tut məni axıb gedirəm,
Bir anlıq
dünyaya baxıb gedirəm.
Qaldır
körpüyə, yapış
əlimdən,
Xoş sözlər
eşidim sənin dilindən.
Bəs hanı əllərin?.. bərk
yapış görüm!
Bu sənin əllərin tanış deyildir.
Bu çinar yarpağı, bu cökə yarpağı,
Bu tut yarpağıdır, tut deyirəm,
tut!
- O əllər, o gözlər
hardadır Allah?..
Hər yeri axtardım tapa bilmədim,
Bəlkə də, darıxıb qonşuya keçib.
- Heç vaxtı varmı ki, qonşuya keçsin.
... Əsmər xala, ay Əsmər xala,
- Nədi? Ay bala!
- Sən Allah, onu görməmisənmi?..
- Bu gün kim
isə dəydi gözümə.
Deyəsən, o idi nə deyim vallah...
Bir zərr asılmışdı
incə telindən,
Saçı xumar idi, səba
yelindən.
Amma kədərliydi yaman dərindən -
Almışdı üzünü qara
buludlar,
Dəryanın suları gözündə
idi.
Dünyanın kədəri üzündə
idi... -
Dedi: Mən gedirəm gedər-gəlməzə.
Ondan muğayat
ol, qurbanın olum.
Belə
bitir ömür yolum..
Necə? Necə,
yəni ki, bir də dönmərəm?..
- Əsmər xala! Səmtini de,
mən gedirəm.
- Ey... Ay bala heç
o yolun səmti yoxdur.
Əvvəli yox, axırı
yox...
Milyon-milyon cığırı var.
Bəlkə, min-min yolları var.
Bu yollardan qolları
var.
Sən bu yolun əvvəlinə
dönsən əgər,
Orda təksən ocaqların sönüb getmiş,
Adamların dönüb getmiş.
Mən də söz yükümün altında
qaldım,
Tapmadım şeirin möhürbəndini.
Mənim
əvəzimə, mənim
şeirimə,
Muniri möhürbənd
yazıb yerimə.
"Gələn birdir,
gedən bir birdir, qalan bir.
Gedən gəlməz, gələn
qalmaz, əcəb sirr.
Bir əvvəl
var, bir axır var deyiblər.
Yalan sözdü,
nə əvvəl var, nə axır".
Hanı?..
Dünya,
məndən nə istərsən,
Veriləsi borcum hanı?
Yerdə
yerim, göydə havam,
Ulduzlarda bürcüm hanı?
Ömrü başa yetirmişəm,
Yaxşı günü itirmişəm,
Şələ verdin götürmüşəm
Aparmağa gücüm hanı?
Mən dünyanı eşq bilmişəm,
Yaşamağı məşq bilmişəm,
Bir oxuyub beş
bilmişəm,
Sana üçüm, beşim hanı?
Tanrım
uzat ətəyini,
Bir az azalt
kötəyini,
Daha bundan betərini,
Gözüm görən ölçüm
hanı?
Dayan
Sultan, dayan başqan,
Dərd
görmüşəm gözüm
yaş, qan,
İçim başqa, çölüm
başqa,
Sözdə ölçü-biçim hanı?
Ocaq yerim, körük yerim,
Otlanıbdı örüş yerim,
Nə almışam, nə də verim,
Bu alverdə ölçüm
hanı?
Burax məni çıxım gedim,
Qoy Tanrıma yaxın gedim,
Alışmışam yanıb gedim,
Köç etməyə köçüm
hanı?
Musa Yaqub
Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.6.