Sona Vəliyevanın şeirlər

kitabı Londonda nəşr edilib

 

AZADİNFORM. Azərbaycan şairəsi Sona Vəliyevanın "Qar ətri" (The Smell of Snow) şeirlər kitabı ingilis dilində çap edilib. Şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Kitabın redaktoru Henri Braundur. Kitab "Goodge & Wyse” nəşriyyatında çapa hazırlanıb və "Biddles Booksçap evində nəşr edilib. Adı çəkilən poliqrafiya birliyi İngiltərədə geniş satış şəbəkəsinə malikdir. Kitabın həm də onlayn satışı həyata keçirilir. 

Azadinform bildirir ki, topluya şairənin 63 şeiri daxil edilib. Kitab dörd bölmədən ibarətdirGiriş, Ev, Sevgi Təbiət. Kitaba "Ön sözyazan tərcüməçi deyir: "Qar ətrikitabı müasir Azərbaycan poeziyasının (XXI əsr) istedadlı nümayəndələrindən biri olan Sona Vəliyevanı ingilisdilli oxucularla tanış etmək məqsədi daşıyır. Kitab, həmçinin ingilis dilində müasir Azərbaycan şeiri ilə maraqlanan insanlar üçün faydalı olacaq. Bu iki kateqoriyadan olan oxucuları nəzərə alaraq, mən şairənin ən yaxşı şeirlərini seçdim onları şərhlər izahlarla birlikdə kitaba daxil etdim, çalışdım ki, şərhlərdəki informasiya yükü bir qədər çox olsun”.

Kitaba şairənin müxtəlif illərdə yazdığı əsasən sərbəst şeirləri daxil edilib. Əsas mövzular sevgi, təbiət sosial məsələlərlə bağlıdır. Onun şeirləri beynəlxalq dəyərlərə söykənir. Onlarda sözün böyük mənasında, sevgi varVətənə, evə, ailəyə, Allaha, təbiətə, dosta, azadlıq tolerantlıq prinsiplərinə... Dünyada sevgi sayılan dəyərlərin taleyi şairəni narahat edir.

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.5.