Zaim
Khenchelaoui L`anthropologue des religions:"Nassimi, une grande figure de
la pensee islamique..."
"İslam dini, fəlsəfəsi və ədəbiyyatı sahəsində tanınmış professor Zaim Xanşlavi bu sahənin digər mütəxəssislərindən fərqli olaraq Azərbaycanın mədəniyyəti və ədəbiyyatının bilicisidir. O, islam aləminin mütəfəkkiri İmadəddin Nəsimi haqqında oxuculara məlumat verir.
Müxbir: - Nə üçün Beynəlxalq Astronomiya İttifaqı (BAİ) 1995-ci ildə Klet Rəsədxanasında çex alimlərinin kəşf etdiyi bir planeti Azərbaycan şairi və mütəfəkkiri İmaddədin Nəsiminin adı ilə adlandırıb?
Professor cavab verir: - Nəsimi tarixin qaranlıqları içərisində doğan bir ulduzdur. O, böyük dəyər verdiyi ideyalarını yaymaq üçün canını fəda edən şəxs olmuşdur. İslami dinini sevgi, işıq və elmin simvolu kimi təqdim edən filosof islamın sədaqətli ardıcılı olmasına baxmayaraq edam olundu. Elə buna görə də BAİ kəşf olunmuş planetə ülviliyin, fədakarlığın nümunəsi olan Nəsiminin adını verməyi qərara almışdır. Nəsimi tibbi, astronomiyanı, məntiqi, Şərq xalqlarının ədəbiyyatını, təsəvvüfü, antik fəlsəfəni yaxşı öyrənmişdi. Onun dühası olduğu məkanların işıqlı adamlarının nuru ilə zənginləşib, müxtəlif mədrəsə şeir və musiqi məclislərində, şəxsi və ümumi kitabxanalarda, Daruş-səfa kimi özünəməxsus, tibbi akademiyada, saysız sufi zaviyələri və müqəddəs yerlərdə iştirakı bu zənginliyi daha da artırıb.
Müxbir: - Azərbaycanda Nəsimiyə çoxlu tədbirlər həsr olunmuş və olunmaqdadır. Bilindiyi kimi, bu il ölkədə "Nəsimi ili" elan edilmişdir. Sizcə, onun yubileyi başqa müsəlman ölkələrində də keçirilməlidirmi?
Professor: - Xatırladım ki, Nəsiminin təmsil etdiyi hürufilik ərəb əlifbasına əsaslanır. Bu qardaşlıq fikri ordeni XIV əsrdə Cənubi Qafqazda böyük ustad Mənsur Həllac, İbn Sina, Qəzali, İbn Ərəbi və Ruminin təlimlərini öyrənmiş Fəzlullah Nəiminin qüdrəti sayəsində yaranmışdır. Hərəkatın böyük təmsilçisi Nəsimi dinlərdən və millətçilikdən üstün olan ideyalar təbliğ etmişdir. Təəssüf ki, bu böyük mütəfəkkir bir çox islam ölkəsində tanınmır. Diqqətinizə çatdırmaq istəyirəm ki, mən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Fəlsəfə İnstitutunun alimləri ilə əməkdaşlıq edirəm. Hazırda Nəsiminin seçilmiş şeirlərini fransız və ərəb dillərinə çevirməklə məşğulam. Bu birgə əməyimiz özünəməxsus yaradıcılığı olan Nəsimini dünyada tanınmağa xidmət edəcək.
Sufizmin
tam öyrənilməmiş əbcəd üsulunun elmi-məntiqi və riyazi
biliklərini açmaq üçün
biz Nəsimi
yaradıcılığına və onun
dəyərli irsinə müraciət etməliyik".
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S.13.