Hələbdəki Azərbaycan...
Sührəverdinin məzarını ziyarət edəndə Sührəverdi yaşında idim, il 2006 idi.
Vüqar Muradov, Fərhad və mən.
Hələbdə Hüllük
məhləsində
"Öldürülmüş
filosof" yazılıb
məzarının üstündə.Məzar
məsciddin içində
bir küncdədir, namaz vaxtı idi.
Məsciddin imamı
"bura ziyarətə
İranda gələnlər
olur" - dedi,
Kim bu adam? Deyə
soruşdum, nə marağında, nə də yaddında cidd bir tanıması
yox idi,
Bir filosof, öldürülüb,
bu da bir
uşaq qəbrini xatırladan məzarıdır.
Kimdir ki, Sührəverdi?
Fəlsəfə tarixində
işrakı bir düşüncənın qurucusudur,
Nədir işrakilik?
Bir nəzəri yoldur.
"İşık
heykəlləri" kiçicik
bir kitabça idi, 1988-ci ildimi, sonra idi, tam xatırlamıram, çap
olundu...
Zakir Məmmədov tərcümə
etmışdı, bir
də "Filosofların
görüşləri" kitabçası var idi, hər iki
kitabça müəllifi
Şihabəddi Sühreverdi,
tərcümə və
tədqiqat Zakir Məmmədova aid idi.
Fəlsəfə marağım
bu kitabçaları həmən oxumağa can atdı, amma anlaya bilmədim, oxuya bilmədim.
Bu gündə
o kitabçalar kitabxanamdadır,
hər dəfə qayıdıb, oxumağ, anlamağ istəmişəm,
olmayıb.
Hələbdə Sührəverdini
ziyarət edən bəlkə də tək Azərbaycanlı idik,
Vüqar Muradov, Fərhad və mən.
Fəlsəfə ağlın
yaratdığı bir
anlayışlar toplusudur,
Ağıl aldadıcı
ola bilir,
bilinəndən bilinməyənə
can atır,
Sührəverdi isə bu üsulu
qəbul etmir, görünəndən görünməyənə
yol açmaq istəyir.
Əşyanın özü
ilə həqiqəti
arasında qərar verici tərəf səhv edə bilər, bu aldadıcıdır,
Öz hər zaman həqiqəti göstərə bilmir, açıqlaya bilmir,
İşıq olmadığca qaranlıqı
aydınlatmaq mümkün
deyil.
İşıq isə Nura çevrildiyi
zaman adını qoya bilmədiyin, anlayışlar içində
tanımadığın bir
hiss səni aydınlada
bilir, dəyişə
bilir.
Sührəverdi 37 il yaşadı, Səlahəddin Eyyubinin oğlu Məlik şahı Hələbdə
bu düşüncəsi
ilə şagirdinə
çevirmişdi. Səlahəddin Eyyubi dini şafeyi
əşari bir ənənə ilə tanımışdı, Sührəverdi
isə tam fərqli bir baxışla fərqlilik gətirmişdi
onların dünyalarına.
Bu Hələb düşüncəsinin əksi
olan bir təfəkkür idi.
Hələb Şamın təsirindən
çıxa bilərdi,
ən təhlükəli
olanda budur.
Hələb Qüdsün qapısıdır,
bu qapı hansı məktəbin, hansı yolun seçilməsini siyasi hakimiyyətin verdiyi qərarla yönəldirilər.
Azərbaycan üçün ən ciddi qapı da Hələbdir. Azərbaycan
coğrafiyasını özünün
etmək istəyən
siyasi güc Hələbdə mücadilə
vermədən Güc
ola bilmə
fürsətini itirmiş
olur.
Hələbi düşüncə olaraq
mənimsəmək prosesi
uzun bir yüzilliklər biyu bu səbəbdən davam etdi.
Sührəverdi ilə Nəsimi Azərbaycan hövzəsinin
elm mücadiləsi üçün
verdiyi bir savaşdır. Bu savaşın
siyasi tərəfləri
vacib bir detal deyil, bu
bağlantılar coğrafi
olaraq şəkillənən
Azərbaycanın miras
olaraq davam etdirdiyi mədəniyyət
dilidir.
Səlahəddin Əyyubi
Bəhri Məmlüklərinin
davamıdır, Sührəverdi
onun zamanında öldürüldü,
Müəyyəd isə Bürcü Məmlüklərinin davamıdır,
Nəsimi onun zamanında qətl edildi.
Hər iki Məmlüklər Azərbaycan bağı daşıyırlar, türk
kimliyinin qoruyucu daşıyıcılarıdırlar. Misiri qoruyanla
Dərbəndi qoruyan eyni kimlikdir, eyni gücdür. Bunu bilmədən nə coğrafi, nə siyasi, nə də mədəniyyət
tarixi yazılmaz.
İslamın dilrilişi
ilə Yəmənlə
bağlanan siyasi, ticari, elmi paylaşımlar
Azərbaycanın təməlləşməsinə
yol açdı,
Hələbdə Heydəriyyə
məhləsində Əhməd
İspərlə söhbətimizdə
Yəmən dərdini
danışırdıq, Gölən
təpələrinin bir
adının da Əzərbaycan olduğunu
söylədi, kim bu Yəmənlilər,
əzərbaycanlılar, türkmənlər
dedi.
Sizin Nəsimi olaraq tanıdığınız Hələbi
biz inşa etdik, türkmənlər. Nəsiminin bədən parçalarının
kimə göndərildiyini
bilirsinizmi?
Zülqədirli tayfasına, Qarayörüklərin
başçısına.
Orda Vüqar Muradov idi, Fərhad idi və mən.
Bu Hələb haqqında Vuqar Muradovla bərabər hazırladığımız kitabdan
bir seçmədir,
Vuqar Muradovun o zamankı yaddaşı foto idi, Hələbi
onun gözü ilə artıq bir yaddaşdır,
Mənim isə yazı xatirələrim qaldı,
Fərhadın kamerası
isə gizlənən
bir göz kimi kadrları miras buraxdı,
Vuqar Muradovun Hələbindən bir Nəsimi dünyası rəsmlərə döndü,
O Nəsmimini tanıdacaq sərgimi olacaq, kitabmı olacaq, hələ düşünürük,
Bu yazıdır,
o zaman yaşadıq,
İndi isə yazmağı düşünürük,
Vuqar fırçası
ilə, mən qələmimlə,
Bu qədər.
İdris HEYDƏRLİ
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S.29.