Mustafa Qıpçaq
Mustafa uşaqlıqdan
rəsm çəkməyə
həvəsli olduğundan
onu elə orta məktəbdə oxuyan vaxtlardan dərs almaq üçün peşəkar
rəssam yanına göndərirdim. Sonralar o, Bakı Texnologiya
və İdarəetmə
Kollecində təhsil
alarkən rəssamlığını
daha da təkmilləşdirdi.
Mustafa həm də maraqlı şeirlər yazır.
Şeir deyəndə ki, hərdən öz hisslərini sapa düzməyə çalışır.
Bəzən yazdıqlarını utana-utana mənə göstərir, mən də həmişə ona şeirdən qaçmağı məsləhət
görürəm.
Mustafa hazırda
əsgərlikdədi. Bu ilin aprelində ongünlük məzuniyyətə
gəlmişdi. Mənə
əsgərlikdə yazdığı
bir neçə şeirini oxudu. Bu dəfə onun
yazdıqlarını çox
bəyəndim.
Həm də bu arada
yağlı karandaşlarla
iki tanınmış
şəxsin portretini
çəkdi, onlardan
biri xalq yazıçısı Anar
idi. Mustafa arzuladığı kimi, portreti Anar müəllimə şəxsən özü
təqdim elədi və sevdiyi yazıçı ilə tanış olmaq fürsəti qazandı.
Bütün bunlarla bərabər,
Mustafa həm də maraqlı karikaturalar müəllifidi. Onun şeirlərini, br neçə karikaturasını
və Anar müəllimlə şəklini
"Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.
Murad Köhnəqala
Ədəbiyyat qəzeti.- 2019.- 6 iyul.- S.30.