Sitatlar
ƏDƏBİYYAT ÜZRƏ
1953-CÜ İLİN NOBEL MÜKAFATÇISI: Uinston
ÇÖRÇİLL (Böyük Britaniya)
Ser Uinston
Leonard Spenser-Çörçill, Britaniya dövlət və siyasi xadimi, 1940-1945 və
1951-1955-ci illərdə Böyük
Britaniyanın baş naziri, polkovnik, yazıçı, jurnalist,
Britaniya Akademiyasının
fəxri üzvü.
Britaniya tarixinin və
XX əsr hərb dövrünün ən görkəmli şəxsiyyətlərindən
biri. Çörçill Böyük Britaniyadan
olan və ədəbiyyat üzrə
Nobel mükafatına layiq
görülən ilk baş
nazirdir.
U.Çörçill xarici görünüşü, yaxşı
fiziki görkəmi və sağlamlığı
ilə heç vaxt diqqət çəkməsə də,
90 illik yubileyini "Siqarı mənə qadağan etsəniz, hamınıza müharibə
elan edərəm!",
"Əgər qəzetlər
siqaret çəkməyi
tərgidin kimi sözlər yazmağa başlasalar, mən qəzet oxumağı tərgidərəm", "Uzunömürlülüyümə
görə idmana borcluyam, çünki heç vaxt onunla məşğul olmamışam" və
s. sözlərlə qarşılayıb.
Yuxarıda qeyd etdiyimiz
kimi, ser Uinston Çörçill 1953-cü ildə
"tarixi və bioqrafik yazılarındakı
yüksək ustalığına,
eyni zamanda yüksək insani dəyərlərin qorunmağı
uğrundakı böyük
natiqlik qabiliyyətinə
görə" ədəbiyyat
üzrə Nobel mükafatına
layiq görülüb.
Maraqlı həyatı, diplomatik
və siyasi qabiliyyəti ilə XX əsr siyasətçiləri
arasında ən uğurlu fiqurlardan biri olmuş U.Çörçill 1965-ci ildə
Londonda vəfat edib.
"Ədəbiyyat
qəzeti" oxucularına
bu maraqlı şəxsiyyətdən müəyyən
sitatları təqdim edirik.
Sitatlar
Əgər cəhənnəmin içindən
keçirsinizsə, dayanmayın,
yolunuza davam edin.
Düşmənlərin var? Yaxşı. Demək nə vaxtsa həyatında nəsə
etmisən.
İstənilən krizis - yeni imkanlar deməkdir.
Ağıllı adam
təkcə özü
səhv etmir, başqalarına da səhv etmək imkanı yaradır.
Demokratiyaya qarşı ən yaxşı vasitə - orta səviyyəli seçici ilə beşdəqiqəlik söhbətdir.
Uğur - ruh yüksəkliyini itirmədən bir uğursuzluqdan digərinə
doğru getməkdir.
Şahin külək istiqamətinə
uçarkən yox, küləyə qarşı
uçarkən daha yüksəyə qalxır.
Heç vaxt fikrini dəyişməyən
insan axmaqdır.
Kapitalizmin təməl qüsuru - xoşbəxtliyin qeyri-bərabər
bölgüsü, sosializmin
təməl qüsuru
- səfalətin bərabər
bölgüsüdür.
Qartallar susanda, tutuquşular çərənləməyə başlayır.
Hakimiyyət - tiryəkdir. Ondan bir dəfə
daddınsa daha qurtula bilmirsən.
İstənilən adamın həyatında öz "böyük şansı" ilə toqquşduğu məqam olur, amma bədbəxtlikdən
çoxu sadəcə
qalxır, üst-başını
çırpır və
sanki heç nə olmamış kimi yoluna davam
edir.
Sağlamlıq və var-dövlət arzusunda olmayın, bəxt arzulayın, axı "Titanik"dəkilər
də varlı və sağlam idilər, amma yalnız bir neçəsinin bəxti gətirdi.
Həqiqət şalvarını geyənə
qədər yalan dünyanın yarısını
dolaşır.
Siyasət də müharibə kimi cəzbedici və təhlükəlidir. Müharibədə sizi cəmi bir dəfə öldürürlər, siyasətdə
isə bu, dəfələrlə baş
verə bilər.
Çox sadə zövqüm var, yaxşı şeylərdən asanlıqla
ləzzət ala bilirəm.
Mübahisə zəminində
son sözü demək
istəyirsinizsə, opponentinizə
"Məncə, siz doğru deyirsiniz", - söyləyin.
Erkən səhv edənlər böyük üstünlük
qazanırlar, çünki
öyrənməyə vaxtları
çox olur.
İnsan bilmədiyi sirri yaxşı saxlayır.
Donuzlara hörmətim var. İtlər
bizə aşağıdan
yuxarı, pişiklər
isə yuxarıdan aşağı baxır. Bircə donuzdur
bizə eyni səviyyədən baxan.
Müharibədə özgə maraqları uğrunda tamamilə günahsız adamlar həlak olur.
Həyatda ən böyük dərs odur ki, bəzən axmaqlar da doğru
söyləyir.
İnsanı satın almaq, onu öldürməkdən
min dəfə yaxşıdır,
üstəlik, ölməkdənsə,
satılmaq məsləhətdir.
Biz böyük
hadisələr və
balaca adamlar dövründə yaşayırıq.
Səbrlə böyük hörmət qazanmaq mümkündür.
Rus dilindən
tərcümə etdi: Əyyub QİYAS
Uinston
Çörçil
Ədəbiyyat
qəzeti.- 2019.- 6 iyul.- S.32.