Nizami Gəncəvi adına Ədəbiyyat İnstutunundan

 

Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala" ikicildliyi 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” adlı iki cildlik kollektiv monoqrafiya nəşr edilib.

Kitabın hər iki cildi akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə işıq üzü görüb.

Monoqrafiyanın 2018-ci ildə çap olunmuş birinci cildi akademik İsa Həbibbəylinin “Ədəbiyyatın yüksək amalı və böyük borcu”, “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” adlı yazıları ilə açılır. Akademik İsa Həbibbəylinin giriş məqaləsində qeyd etdiyi kimi, “İlk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” adlı kitabda ümumiyyətlə ədəbiyyatda, xüsusən də yazıçı və şairlərin yaradıcılığında görkəmli dövlət xadimiböyük xilaskarın obrazının canlandırılması məsələlərindən bəhs edilir”.

Birinci kitabda yer alan digər yazılar filologiya elmləri doktoru Elnarə Akimovanın “Poeziyada Heydər Əliyev idealı”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı”, filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovanın “Dahiyə layiq bədii-sənədli epopeya”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Uşaq ədəbiyyatında Heydər Əliyev mövzusu” və filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Heydər Əliyevin ədəbi-filoloji portreti” araşdırmalarıdır.

İnstitutun Elmi Şurasının 12 aprel 2018-ci il tarixli qərarı ilə çap olunan monoqrafiyanın birinci hissəsinin rəyçiləri professorlar Məmməd Əliyev və Məhərrəm Qasımlı, məsul redaktoru isə Tehran Əlişanoğludur.

2019-cu ildə çap olunan “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala” kitabının ikinci cildi Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə başlamasının 50 illiyinə ithaf olunub.

Akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanan monoqrafiya institutun Elmi Şurasının 3 iyul 2019-cu il tarixli qərarı ilə çap olunub.

Monoqrafiyada akademik İsa Həbibbəyli “Heydər Əliyev epoxası: dahilik, zamanmüasirlik”, “İlham Əliyev erası”, “Azərbaycan HeydərƏliyevşünaslığı: nailliyyətlər və vəzifələr” adlı üç sanballı tədqiqatla Ümummilli liderin tarixi və bədii obrazını yaratmışdır. Bu böyük şəxsiyyətin genişmiqyaslı fəaliyyətini dəyərləndirən akademik İsa Həbibbəyli yazır: “Görkəmli dövlət xadimi Heydər Əliyev haqqında deyilənlər və yazılanlar dünyanın ayrı-ayrı qitələrini və xalqlarını əhatə etdiyi üçün HeydərƏliyevşünaslıq beynəlxalq miqyaslı elmi təlimdir”. Eyni zamanda HeydərƏliyevşünaslığın Vətəninin və əsas mərkəzinin Azərbaycan Respublikası olduğunu vurğulayan akademik İsa Həbibbəyli qeyd edir ki, “Azərbaycan HeydərƏliyevşünaslığında ən geniş yer tutan mövzu ölkəmizin inkişafının Heydər Əliyev epoxasına həsr olunmuş araşdırmalardan ibarətdir”. Xüsusilə diqqətə çatdırılır ki, “Heydər Əliyev epoxası anlayışı Ulu öndərin hakimiyyəti illəri ilə yanaşı, həm də müstəqil Azərbaycan dövlətinin müasir mərhələsini özündə əks etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlı olan bu yeni mərhələ ölkəmizin tarixinə İlham Əliyev erası kimi daxil olmuşdur”.

Ümumiyyətlə, kitabda Ümummilli liderin  obrazı ilə yanaşı, Prezident İlham Əliyevin də obrazı əksini tapıb. Elnarə Akimovanın “Ulu öndər yolunun davamı və sabahı – İlham Əliyev” tədqiqatında həmin məsələ araşdırılıb. Bunlardan əlavə ikinci kitabda Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru (xarici ölkələrin publisistikasında Heydər Əliyev obrazı)”, Aygün Bağırlının “Heydər Əliyevin bədii obrazı dramaturgiyateatrda”, Əlizadə Əsgərlinin “Elmi-ədəbi fikirdə Heydər Əliyev dühası” kimi əhatəli yazıları da yer almışdır.

İkinci kitabın rəyçisi AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, məsul redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğludur.

Birinci cildi 400, ikinci cildi 332 səhifədən ibarət olan monoqrafiyaElm və təhsil” nəşriyyatında işıq üzü görüb

 

Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.19.