Bətnimdə gəzdirdiyim körpə və ya məhrəm sevgi...
hekayə
Elə bilirsiniz sayıqlayıram? Tapmacalar deyirəm?
Yox! Əslinə qalsa, siz məni
düzgün anlayacaqsınız,
nə demək istədiyimi çox gözəl başa düşəcəksiniz, çünki
mənim rahatlığımı
əlimdən alan bu qarışıq
duyğuları sözlə
ifadə etmək bəlkə də mənim üçün müşkül məsələdir.
Onunla özümü
çox xoşbəxt
hiss edirəm desəm,
yanılmaram. Qadının gücü özünü
görüb tanıya
bilməsindədir. Mən özümü
tanıyanda həmişə
onu qarşımda görürəm. Üşüyəndə hənirtisinə sığınıram,
istilənəndə kölgəsinə
çəkilirəm. Bax onda sevincimin həddi-hüdudu olmur.
Məncə, bütün analar belədir. Mən belə düşünürəm!
Bəlkə yanılıram? Bircə onu bilirəm ki, anaların ən böyük arzusu, istəyi igid, ərən bir oğul böyüdüb
boya-başa çatdırmaqdır.
Onda özüm hələ körpə idim. Dünyanı ağlım o qədər
də yaxşı dərk eləmirdi. Qız uşağını elə
o vaxtdan sevmirdim.
Bir oğlan uşağı kuklam var idi.
Heç
kəsin ona əl vurmasına imkan verməzdim. Elə bilirdim kimsə körpəmə əl vursa incidəcək.
Həmişə bir gözüm öz körpəsinə qulluq göstərən anaların əlində olardı. Çalışırdım ki, onları
yamsılayam. Uşaq olsam
da, özümü əkə-bükə ana hesab edərdim. Hər gün onun nazıyla
oynamaqdan həzz alardım. Öz aləmimdə; - altını
təmizləyib bələyərdim,
yedizdirib-içizdirərdim, sonra da layla
deyib yatızdırardım.
İnsanlarda istəklər bir-birinə
oxşasa da, tam fərqli olur. Sonralar bunu
özümdə kəşf
etdim. Gərək öz istəyinlə
baş-başa qalıb
onu yaşaya biləsən.
Düzdür, deyəcəksiniz ki, elə bütün analar belədir. Hansı ana
öz körpəsinə
ögeylik göstərə
bilər? Onda mən də deyəcəm ki, - "hə, bu da
düzdür, amma baxır kimin kimə olan istəyinə, münasibətinə...".
***
Yenə də eləyəm, öz körpəmlə oynamaqdan doymuram ki, doymuram. Eh, doymuram
nədi, hətta böyük zövq alıram desəm, yanılmaram. Elə bir gün olmur ki, mən
onu əzizləyib oxşamayım. Bəlkə də
elə başa düşəcəksiz bu
bir vərdişdir?!
Yox! Bu, bir
adi vərdiş deyil, bu, bir
ananın öz körpəsinə olan məhəbbətindən, istəyindən
irəli gəlir.
O istəkdən, o arzudan
bir an da
olsa belə uzaq düşə bilmirəm.
Sığallayıram, əzizləyirəm və
sonra da nənniyə qoyub yelləyirəm, bir də görürəm ki, özü üçün şirin yuxuya gedib mışıl-mışıl
yatır. Sonra da başımı
yastığa qoyub yatmaq istəyirəm.
Yastıqdan da onun ətri, qoxusunu alıram. O ətri,
o qoxunu çiyərimə
çəkə-çəkə bir də görürəm
ki, tam başqa bir dünyadayam. O biri dünyanı səyahət edib, sonra da arğın,
yorğun daş kimi yerimə düşürəm. Sabah ayılıram ki, indi də tam başqa bir aləmdəyəm.
Elə olur saatlarla mışıl-mışıl yatır, mən də diqqətlə onun yatışına tamaşa etməkdən doymuram ki, doymuram. O anda nəfəs almaq da belə istəmirəm,
qorxuram ki, uşaq diksinib qəflətən oyana bilər. Hər gün onunla
oynamaq, onunla vaxtımı, vədəmi
keçirmək bilirsən
mənim üçün
necə xoşdu?!
Bir şeyi də deyim ki, məni
incitmir, məndən heç nə istəmir. Mənim ondan istəyim
böyükdür, o da
o istəyi heç vaxt məndən əsirgəmir.
***
Bir dəfə də beləcə öz aləmimdə idim (öz aləmimdəydim deyəndə elə günüm, güzarım
belə keçmirmi?). Bu zırramadan törəmiş
zırrama balası ona günüşüyünü
çəkir, paxıllıq
edir. Həmişə belə edib,
elə bilirəm qəsdimə durub, elə ki, mən
onunla əylənirəm,
bir həngamə qoparır ki, gəl görəsən.
Elə onu düz deyirdilər: "Uşaq uşağın günşüyünü çəkir".
İnanmırdım. İndi öz gözlərimlə
gördüm.
Heç onu da qınamıram,
mən ona analıq istəyimi, məhəbbətimi verə
bilməmişəm. Bəlkə
də davranışımdan
hiss edib, məni ona qısqanır? O məni körpəmə qısqandığı kimi,
mən də analıq hissimi ondan əsirgəyirəm.
Ona görə də ona doğmalıq göstərə bilmirəm.
Axı,
o istək, məhəbbət
içimdən gəlmirsə,
mən necə verə bilmirəm ona?! Mən də ki, istəksiz,
ürəksiz heç
yana, heç
kimə bir addım da ata
bilmərəm.
...Həə, onu deyirdim, qəflətən
bir qışqırıq,
bir bağırtı qopardı ki, gəl görəsən. Nəinki o məsum körpənin, az
qala mənim zəhmim yarılacaqdı.
Başına bir qapaz çırpdım, elə vurdum ki, elə bildim
ürəyimdən tikan
çıxdı...
Bir də onu deyim
ki, məndə də qəribə bir xasiyyət yaranıb. Ona qarşı çox
haqsızlıq edirəm.
Kiməsə əsəbiləşəndə,
açıqlananda hirsimi
ondan çıxıram.
Elə bilirəm hər şeyin bayiskarı odur. Elə bilirəm o olmasaydı
bəlkə də belə şeylər başıma gəlməzdi.
Sonra da düşünürəm,
- "axı o mənim
balamdı, niyə ona qarşı bu qədər haqsızlıq edirəm?
Axı mən onun anasıyam!?".
Sonra da başqa xəyala
düşürəm, onun
da anası olduğumu qəbul etmək istəmirəm. Qəlbimdəki qısqanclıq mənə
imkan vermir. Hər şeyi inkar etmək istəyirəm! Reallıqdan
uzaq olmağa çalışıram!
...Amma heç vaxt əlim gəlməz onu vurmağa... Vurmaq nədi, bir anda təbəssümü
belə ondan əskik edə bilmərəm. Onu hamıdan
qoruduğum kimi, ona da hamıdan
çox arxalanıram.
Açığını deyim, ona arxalandığım kimi indiyə qədər heç kəsə arxalanmıram. Mənim böyütdüyüm
oğul heç bir oğula bənzəmir, - fikirləşirəm.
Dar günümün yarağı onu sanıram. Həmişə o mənə dayaq
olub. Ən çətin anımda
belə əlimdən
tutub qaldırıb.
Elə ki, çətinliyə düşürəm, çətinlikdən
çıxmaq üçün
yollar axtarıram.
Fikirdən ayılıram, görürəm,
yolumun üstündə
dayanıb üzümə
gülümsəyir. Bax, onda
bilirsən necə sevinirəm? Sevincimin həddi-hüdudu
olmur. İnanmıram
bundan artıq xoşbəxtliyə nail olam.
***
Bir dəfə də beləcə uşağımı
oynadırdım, yenicə
mürgüləyib yatmaq
istəyirdi ki, yenə o zırrama balası bir hay-küy qopardı ki, gəl görəsən. Üstünə elə çəmkirdim.
- "Ə, it balası, görmürsən uşaq
yatır?" - dedim.
- Gördüm ərim
deyilən tərs-tərs
üzümə baxır,
-"Arvad, deyəsən,
çox şeydən
xəbərimiz yox! - dedi.
Əvvəlcə udqundum, bilmədim nə deyəm. Dillənmədim.
Ərim ölmüş
bir az
da məni məsxərəyə qoydu.
- Ay arvad, deyəsən, təzə
uşaq doğmusan xəbərimiz yoxdu, - dedi.
- Bəs nə deyəydim, başqa cür qandırmaq olmur, belə
deyirəm ki, bəlkə qana - dedim.
Ərim də başını bulayıb, - "bəlkə
başına hava gəlir"? - dedi.
Heç nə demədim, bircə onu fikirləşdim ki, "elə başa düşsən yaxşıdı!".
***
Onda mən öz istəyimin yoluna çıxmışdım. Xəyalların
yel qanadlarında arzularıma tərəf yan alıb uçurdum...
Arada eşitdim ki, filankəsə veriblər
məni... onda xəyallarımın tüğyan
edən vaxtı idi, cilovunu dartıb
birtəhər dözdüm. Nə edə
bilərdim? Heç nə
demədim.
Toyumuz oldu, başqa heç nə... Nə olası idi
ki? Daha sonra da bu uşaq törəyib
dünyaya gəldi.
Uşağmız (hələ də
qəbul edə bilmirəm, elə bilirəm kiminsə yerini zəbt edib) sevgidən yaranmamışdı, elə
adi evlilikdən törəmişdi.
Mən isə bətnimdə öz oğlumu böyüdürəm. O günlər
ən xoşbəxt gün kimi yaddaşıma
həkk olub. Ürəyimin sevgi ilə
aşıb-daşan vaxtında
o, bətnimə düşmüşdü.
Onda dodağımdakı gülüş
gözlərimdəki sevinclə
əkiz yaranmışdı.
Qəlbim anlaşılmaz, bakirə hisslərlə döyünürdü. Çılğın bir eşqin, məstedici bir istəyin qarşısında
aciz qalmışdım.
İndi bu istəyin tək mənə aidiyyəti olduğuna görə çalışıram elə
öz körpəmi tək-tənha böyüdəm...
Körpəmi hamıya qısqanıram,
sanki hamıdan gizlətməyə çalışıram.
O uşaq təkcə
mənim uşağımdır.
Qalib Şəfahət
Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.31.