Komissiya yaradıldı, Gənclər
Şurasına yeni sədr seçildi
Azərbaycan Yazıçılar Birliyinin
Katibliyinin növbəti
toplantısı keçirilib.
Öncə toplantının gündəliyi müzakirə
edilib. İdarə Heyətinin, Ağsaqqallar
Şurasının, Gənclər
Şurasının tərkibinə
əlavə və dəyişikliyin edilməsi,
Etika Komissiyasının
yaradılması məsələləri
gündəliyə salınıb.
Qərara alınıb
ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 may
2019-cu il "Azərbaycan Respublikasının
mədəniyyət xadimlərinə
fəxri adların verilməsi haqqında"
Sərəncamına əsasən
Xalq yazıçısı,
Xalq şairləri fəxri adlarına layiq görülmüş
şəxslər Azərbaycan
Yazıçılar Birliyinin
Nizamnaməsinə uyğun
olaraq İdarə Heyəti üzvlüyündən
Ağsaqqallar Şurasının
üzvlüyünə keçirilirlər.
İdarə Heyətində açılmış
yerlərə Yazıçıların
XIII Qurultayınadək yeni
namizədlər təklif
olunub. Yeni namizədlər səs
verməylə İdarə
Heyətinin üzvlüyünə
təsdiq olunublar.
Bundan başqa Gənclər Şurasının tərkibi
də müzakirə edilib. Yaşı
35-i ötmüş yazıçı
və şairləri gənc üzvlər əvəz edib. Gənclər Şurasının sədri şair Fərid Hüseyn və sədr müavini vəzifəsinə
yazıçı Cavid
Zeynallı seçilib.
Toplantıda son zamanlar
ayrı-ayrı şəxslərin
Azərbaycan Yazıçılar
Birliyinə, klassik yazıçılara qarşı
təhqiramiz ifadələr
işlətməsi, irəli
sürülən əsassız
ittihamların araşdırılması,
Birliyin Nizamnaməsindən
irəli gələn qaydalara riayət etməyən üzvlərin
müəyyən olunması
məqsədilə Etika
Komissiyasının yaradılması
təklif edilib. Qərara
alınıb ki, Komissiya
yuxarıda qeyd edilmiş
məsələlərlə bağlı Yazıçılar
Birliyinin Katibliyinə və Ağsaqqallar Şurasına öz
təkliflərini verir və təkliflər
bu heyətin qərarıyla icra olunur. Etika
Komissiyasının sədirliyinə Xalq
yazıçısı Mövlud
Süleymanlının namizədliyi təklif olunub.
Təklif yekdilliklə qəbul edilib. Sədrin
müavini isə tənqitçi, professor Rahid Ulusel seçilib.
Ədəbiyyat qəzeti.-
2019.- 13 iyul.- S.32.