Xalq Cümhuriyyətinin 100 illiyi
medalı təqdim olundu
Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təsis edilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalına bir qrup media nümayəndələri və ictimai xadimlər layiq görülüblər.
Bununla bağlı medalların təqdim olunma mərasimi keçirilib.
Medalla təltif
olunanlar arasında “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan da var.
Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi (1918-2018)” yubiley
medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin
varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan
Respublikasının dövlət
müstəqilliyinin qorunub
saxlanılmasında və
inkişafında, ölkənin
ictimai-siyasi həyatında
xüsusi xidmətlərinə
görə Azərbaycan
Respublikasının vətəndaşları,
əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Ədəbiyyat qəzeti.- 2019.- 13 iyul.- S.22.