Məni gözlərindən
uzağa qoyma...
Ömrün dumanında aza bilərəm,
Verdiyim vədəni poza bilərəm.
Bir vida məktubu yaza bilərəm,
Məni gözlərindən uzağa
qoyma...
Yuxuda olmuşam - ağır yuxuda,
İllərim
ötüşüb qəm uda-uda.
Əbədi ayrılıq durub
pusquda,
Məni gözlərindən uzağa
qoyma...
Susduğun bəs edər, indi dinən
ol,
Köklən bu duyğuya, bu
qəlbinən ol.
Barı indən belə qədirbilən
ol,
Məni gözlərindən uzağa
qoyma...
Uzaqlar uzaqlıq gətirər bizə,
Uzaqlıq bir yadlıq gətirər
bizə.
"Ölçüsüz"
azadlıq gətirər bizə,
Məni gözlərindən
uzağa qoyma.
Ayrılıq əlinə saz
almasın qoy,
Sevgin yetim-yetim sozalmasın qoy,
Vətən bir adamlıq azalmasın
qoy,
Məni gözlərindən
uzağa qoyma.
Uzaqlıq yolları itirə bilər,
Ögey ünvanlara ötürə
bilər,
Gözlərim nurunu itirə bilər,
Məni gözlərindən
uzağa qoyma.
Dünyanın ən doğma bölgəsindəyəm,
Nə xoş ki, mən Odlar
ölkəsindəyəm.
Sənin kirpiyinin kölgəsindəyəm,
Məni gözlərindən
uzağa qoyma.
Sevginə köklənib ürəyim,
canım,
Nə qədər ömrüm var
eşqinlə yanım,
Sənə qurban olum, Azərbaycanım,
Məni gözlərindən uzağa
qoyma!!!
Avtoportret
Mən bu ömrü taleyin umuduna
buraxdım,
Şahmatvari yollarda bir
gedişim olmadı.
Gözəlliklər önündə
heyranlığım boy verdi,
Eləcə
duyğulandım, ayrı işim olmadı.
Vaxtlı-vaxtsız, biqərar
daldım
düşüncələrə,
Gecəm döndü səhərə,
günüm
də axşam oldu.
Mələklər qanadında
misralarım yol gəldi,
Güvəncim Tanrı
payı, hədiyyəm ilham oldu.
Nə ad-san arzuladım, nə də
şöhrət istədim,
Bir sevgi soraqladım - olsun
ömrün əyarı.
Mən o sevgi uğrunda
döyüşməyi uduzdum,
Bir də gördüm vaxt
ötüb,
ömür
yarı, gün yarı...
Yarımaq kəlməsinin bir məqamı
varıydı,
Yarınmadım heç kəsə,
qələmi qul etmədim.
Bu ad-san bazarında yer tutmadım
özümə,
İşbaz qələmdaşların
yolu ilə getmədim.
Öyrənmədim heç zaman
gözə
girmək dərsini,
Əksinə, fürsət
tapıb elə gözdən yayındım.
Bu sadə, saya ömrü təmtəraqsız
yaşadım,
Sayğılılar
yanında dəyərləndim, sayıldım.
Dostlarımın bir çoxu yan
ötdülər yanımdan,
Aralıqda nə qədər
aravuranlar oldu.
Açığını bilsəniz
Tanrı qorudu məni,
Neçə dəfə
yolumda tələ quranlar oldu.
Mən bu ömrü taleyin umuduna
buraxdım,
Yersizdir giley-güzar, bu taleyə
şükranam.
Yenə qəlbim ovcumda
gələrdim
bu dünyaya
Məni ikinci dəfə əgər
doğsaydı anam!
Həyat verəndə
Qələm dostum
Yasif Nəsirliyə
Sözün qanadında uçmaq
olurmuş,
Bütöv kainatı qucmaq
olurmuş.
Göyləri kitabtək açmaq
olurmuş
Qiyməti, dəyəri ustad
verəndə.
Uzaq ulduzlara yol açır şeir,
Mələklər yanında
dolaşır şeir.
Şoran düzənlərdə
gül açır şeir
Tanrı istək
qıyıb, murad verəndə.
Bir can yanğısıdır yazmaq
duyğusu
Pozulur dincliyi, qaçır
uyğusu.
Hətta ölümdən də olmur
qorxusu
İlhamı yəhərli
Qırat verəndə.
Qəlbi genişlənir, imanı
artır,
Sevilmək, sevinmək
gümanı artır.
Çay kimi sellənir ilhamı
artır
Xoş sözlə ruhuna
qanad verəndə.
Xırda qayğıların
alınsa önü,
Böyük amallara
tuşlanar yönü.
Nolar, hərtərəfli gəl
düşün onu
Tanrım, sən şairə
həyat verəndə?
Neynirdin şairi yaradıb, Allah
Bağladın həyata min sirli
bağla,
Qəlbinə coş dedin,
gözünə ağla.
Bir belə ağrıyla, bir belə
dağla
Neynirdin şairi yaradıb,
Allah?!
O, dönə bilmirsə kor
ağacına,
Ya batan gəminin dor
ağacına.
Quş olub uçmursa dar
ağacına,
Neynirdin şairi yaradıb,
Allah?!
Aldanıb kimisə öyəcəkdisə,
Sonra dizlərinə döyəcəkdisə,
Kükrəyib "Həqq mənəm"
deyəcəkdisə
Neynirdin şairi yaradıb,
Allah?!
Ərzi hökmdara yetməyirdisə,
Dərdi, şikayəti bitməyirdisə.
Zindana könüllü getməyirdisə,
Neynirdin şairi yaradıb,
Allah?!
Qılınctək kəsməyən
şeirə nə deyim,
Şeirdən gələcək
xeyrə nə deyim?
Bu bitib-tükənməz sehrə nə
deyim,
Neynirdin şairi yaradıb,
Allah?!
Onu zaman-zaman oda salırsan,
Öldürüb sonra da yada
salırsan.
Səndəmi şeirlə nəfəs
alırsan,
Neynirdin şairi yaradıb,
Allah?!
Günəşə calanan
hörükmü gəzdin,
Zamana od vuran
körükmü gəzdin,
Yoxsa öz dərdinə şərikmi
gəzdin,
Neynirdin şairi yaradıb,
Allah?!
Yurdu dərd bürüdü, ələm
götürdü,
Ürəyi yananlar qələm
götürdü.
Yeri də, göyü də bu qəm
götürdü,
Neynirdin şairi yaradıb,
Allah?!
Sirrinə müvafiq elmin yoxdumu,
O elmə yönəlik filmin yoxdumu,
Bizə bundan artıq
zülmün yoxdumu?
Neynirdin şairi yaradıb,
Allah?!
Ömrümüz-günümüz
bir yuxu, röya,
İllər ötüb-keçdi... Yaşadıq guya?!
Şeirlə düzələn deyilsə
dünya,
Neynirdin şairi yaradıb,
Allah?!
Tanrıdan iltimas
Qəlbimdəsən, səni gendə
gəzmirəm,
Əllərimi ətəyindən
üzmürəm.
Bu zamanın tufanına dözmürəm,
Sığınmağa
etibarlı qala ver.
Ötən illər ağır
keçdi, zor oldu,
Öz içində
kömürləşdi, qor oldu.
İsinmədim, tüstüsünə
kor oldum,
Bu ocağı düz-əməlli
qala, ver.
Tək sevgini bol istədim mən səndən,
Ürəklərə yol istədim
mən səndən.
Bala dedim - bal istədim
mən səndən,
Demədim ki, bir
dözülməz bəla ver.
Bir saya sal sənə könül
qıyana,
Varlığını
cani-dildən duyana.
İndiyədək verdiklərin
miyana,
Bundan belə nəyi versən
əla ver.
Bir sevgilik xoşbəxtliksə
amacım,
Bu sənlikdir... Gedib
kimə əl açım?!
Yerdən-göydən üzülməsin
əlacım,
Əlindədir, sağdan kəsib
sola ver.
Uçuq evi kimə deyək bəzəsin,
Bir də çətin
qurulacaq təzəsi.
Seçdiyim gül ovqatıma bənzəsin,
Versən mənə
bağrıyanıq lalə ver.
Yandım, söndüm...
Külüm sənə çatmadı,
Bu çəkdiyim
zülüm sənə çatmadı.
Dil-dil ötən dilim sənə
çatmadı,
Daha gücü, cəsarəti
qola ver.
Butalıyam, badə içdim
röyada,
Həqiqəti axır
tapdım xülyada.
Gizli-aşkar gözləntim var
dünyada,
Tanrım, məni beş-on il də yola ver!!!
Əbədi sevgi
Gözündə ilk dəfə
çiçəkləyəndə
Təmizdi, ülvidi, sadədi
sevgi.
Zəhəri, şərbəti
özün seçirsən,
Tanrı bəxş etdiyi badədi
sevgi.
Nələr yaşamırsan
ömür bitincə,
Bu şirin arzular başa
yetincə.
Əvvəl övlad, sonra nəvə,
nəticə
Olur bir-birinin mabədi sevgi.
Çaşmaq, büdrəmək var
hər pilləsində,
Tanrı hifz eləsin son şilləsindən...
Dünyanın cinayət məcəlləsində
Ən suçlu, ən
ağır maddədi sevgi.
Gözə kəmənd atır, cana susayır,
Di gəl yalanını düzündən
ayır...
Sinəyə gah sığır, gah
da sığmayır,
Hər kəsin ürəyi
boydadır sevgi.
Atını dörd nala
çapmayanlara,
Halal qismətinə çatmayanlara,
Yerdə öz yerini tapmayanlara
Günəşdə,
ulduzda, Aydadı sevgi.
Onun hökmündədir oyanan, yatan,
Can verən, canını canlara qatan.
Təmiz ürəklərin
Tanrıya çatan
Əlçatmaz, ünyetməz
məbədi sevgi.
Çox vardın fərqinə
qaranın, ağın,
Çətin əriyəcək
sənin dərd dağın.
Ruhun göylərindi, cismin
torpağın,
Ay Musa, bax budur əbədi sevgi,
Bütün sevgilərin məbədi
sevgi!
Gedəcəm
Gördüyüm yuxular
qat-qarışıqdı,
Hər şeyi xeyrimə
yozub gedəcəm.
Alnıma yazılan ağlıma
batmır,
Onu birdəfəlik pozub gedəcəm.
Dəryaya yol tapmır kükrəyən
selim,
Gözümün
yaşında boğulur ölüm.
Onsuz da başıma bəladır
dilim
Özüm öz qəbrimi
qazıb gedəcəm.
Çəkilməz dərdləri
çəkəcəyəm mən,
Qəlbimin odunu tökəcəyəm
mən
Ya bu qaranlığı sökəcəyəm
mən,
Ya da bu zülmətdə
azıb gedəcəm.
Gərək haqq deyəndə
coşub, kükrəyim,
Köksümdə
qaydasız vursun ürəyim.
Bir qəlbdə batsa da bulaq istəyim,
Neçə ürəklərə
sızıb gedəcəm.
Dünya necə udum
qeylü-qalını,
Savaşda əl vermir
sözün yalını.
Zaman hazır tutsun üz dəsmalını,
Bu günün şeirini
yazıb gedəcəm.
Sevgini qoruyun
Nəfsə qul olmasın şirin
uyğusu
Əsin siz, ürəyin
üstündə əsin.
Lənətlik olurmuş sevgi
duyğusu
Özü öz qəlbini
zorlayan kəsin.
Sevgiyə xəyanət, qəlbə
xəyanət
İnsanı içindən
talayır, sökür.
Yerdə qorunmursa bu pak əmanət
Göydə mələklər
də gözyaşı tökür.
Neçə Məcnunların
keçib dərsindən
Demə şairlərin
nağlıdı sevgi.
Güc alıb Tanrının
"Ol" kəlməsindən
Allahın adıyla
bağlıdı sevgi.
Sevgini qoruyun göz bəbəyitək,
İstəklə
alışan ocaq sönməsin.
Ömür yollarında
sınmasın ürək,
İnsanın həyatdan
üzü dönməsin.
Amandır, batmasın bir könül
yasa,
Sevgidən yaralı bir qəlbin
ahı
Qara bir buluda dönüb hardasa
Tapar şairləri, bir də
Allahı!
Musa
ƏLƏKBƏRLİ
Ədəbiyyat qəzeti.- 2019.- 20 iyul.- S.3.