Dostoyevskinin, Çexovun,
Tolstoyun nəvələri..
Babamdan sonra nə yaza bilərəm
ki?!
Fyodor Mixayloviç
Dostoyevskinin nəvəsi
Aleksey Dostoyevski Peterburqda
yaşayır. Universitet məzunu olmasına
baxmayaraq, tramvay sürücüsü işləyir.
Eyni zamanda yaratdığı rok qrupunda gitarada
ifa edir. Dostoyevski kimi böyük bir yazıçının
nəvəsi, görəsən,
niyə əlinə qələm alıb nəsə yazmır?
Aleksey bu suala belə cavab verib: "Yazıçı
olmaq üçün
istedad və həvəs lazımdır.
Bu isə məndə
yoxdur. Olsa belə, babam Fyodor Dostoyevskidən sonra nə yazmaq olar ki?!".
Televiziya ulduzu
Tolstoy
Lev Nikolayeviç
Tolstoyun nəvəsi,
1971-ci ildə doğulan
Fekla Tolstoya Rusiyada çox tanınmış bir adamdır. O, televiziya ulduzudur. Filologiya ixtisasının məzunu olan Fekla 4 dil bilir.
Bundan əlavə, rejissorluq təhsili də alıb. Universitet illərində ofisiant,
aktyor, qəzetçi
kimi bir-birindən fərqli işlərdə
özünü sınayıb.
Müxtəlif mədəniyyət verilişlərinin kamera arxasında işlədikdən
sonra Fekla öz TV verilişinin aparıcısı olub.
Tolstoyların bir qismi nəvə Feklanın seçdiyi sənəti dəstəkləyir, amma bəziləri onun akademik karyerasından uzaqlaşıb şou dünyasının parçasına
çevrilməsinin onların
nəslinə utanc gətirdiyini düşünür.
O isə bütün bunlara belə cavab verib: "Bu qədər böyük bir dünyada tanınmış bir ailənin parçası olmaq çox gözəldir, amma adamın çiyinlərinə
çox ağır məsuliyyətlər yükləyir.
Bəzən də seçimlərinin
qarşısında maneəyə
çevrilir. Nə edim?
Bu da mənim
seçimimdir".
Puşkin ilə Qoqol qohum oldu
XIX yüzildə
dünya ədəbiyyatının
iki nəhəngi - Puşkini "Yüzbaşının
qızı", Qoqolu
isə "Bir dəlinin xatirə dəftəri" romanları
ilə xatırlayarıq. Yaxşı,
bəs, bu iki nəhəng heç düşünərdimi
ki, 200 il
sonra nəvələri
evlənəcək və
iki nəsil qohum olacaq? Qoqolun bacısı
Yelizavetanın oğlu
ilə Puşkinin nəvəsi evləndi və iki yazıçı
qohum oldu.
Basketbol müəllimi
Qorki
1868-1936-cı illər arasında yaşayan məşhur yazar Maksim Qorkinin
"Ana" romanını, yəqin ki, oxumayan yoxdur. Qorkinin bu gün Moskvada
yaşayan nəvəsi
babasının adını
daşıyır: Aleksey Peşkov.
Peşkov, uşaqları və gəncləri narkotikdən
qorumaq üçün
bir kitab hazırladı. Ancaq yazar olmağı
yox, basketbol müəllimi olmağı
seçdi.
Bulqakovun vəfalı
ögey nəvəsi
1891-1940-cı illər
arasında yaşayan,
rus ədəbiyyatının
dünyaya qazandırdığı
qara mizahçı Mixail Afanasyeviç Bulqakovu "Master ilə Marqarita", " Molyer"
kimi əsərləri
ilə tanıyırıq.
Bulqakovun
iki həyat yoldaşından heç birindən uşağı
olmadı. İkinci həyat
yoldaşının oğlu
Sergey Şilovkini öz
doğma oğlu kimi sevirdi. Bütün mirasını oğluna vəsiyyət elədi.
O da öz uşaqlarına. İndi də yaşayan
ögey nəvəsinin
adı Sergey Şilovskidir.
Şilovski Peterburqda babasının adına
yaradılan muzeyin başçısıdır. Bulqakovun kitablarının
çapı və
film çəkilməsi ilə
bağlı layihələrlə
də özü maraqlanır.
Çexovun saxta nəvəsi
Rus
televiziyasında Anton Çexovun
soyadını istifadə edən seks ulduzunun əsl adı Saşa
Korçunovadır. O, haqqında yaydığı "Çexovun nəvəsi" şayiələri
ilə məşhur oldu. Rus
kanallarının birində "Anfisa Çexova ilə seks"
adlı verilişini Anton
Çexov görsəydi, buna
gülərdimi, ağlayardımı, bilmirəm. Amma bir həqiqət var. Ki, Anton
Çexov rus ədəbiyyatının
ulduzu, saxta nəvəsi
Saşa Çexova isə
rus televiziyasının ən cazibədar ulduzudur.
Eminquey
Ədəbiyyat qəzeti.- 2019.- 20 iyul.- S.4.