Dillər Universitetində Milli Mətbuat günü münasibətilə tədbir keçirilib

 

İyulun 19-da Azərbaycan Dillər Universitetində (ADU) media nümayəndələri mükafatlandırılıb. ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə 22 iyulMilli mətbuat günü münasibətilə KİV nümayəndələrinə tələbələrə verdiyi dəyərə və tələbəlik həyatını mətbuatda obyektivxüsusi şəkildə işıqlandırdığına görə təşəkkürnamə elan edilib.

Universitetdən SalamNews-a verilən məlumata görə, ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ADU ilə əməkdaşlıq edən bütün jurnalistlərə təşəkkürünü bildirib: “Universitetimizə obyektiv, xoş münasibət göstərən jurnalistlərə təşəkkürümü bildirirəm. Obyektiv jurnalist baxışını həmişə yanımızda hiss etmişik. Azərbaycan Dillər Universitetinin qapıları medianın üzünə hər zaman açıq olub, əlbəttə, bundan sonra da belə olacaq”.

            Ədəbiyyat qəzeti”nə təqdim olunan Təşəkkürnamə qəzetimizin əməkdaşı, yazar Samirə Əşrəfə təqdim olunub.

 

Ədəbiyyat qəzeti.- 2019.- 20 iyul.- S.12.