Təsəvvürəgəlməz
ağrı xatirəsi
Azərbaycanlı şair Məmməd
İsmayıl alban ədəbiyyatına Boqdani nəşriyyatının
"Unutma, keşikçi" adlı kitabında nəşr
olunan şeirləri ilə gəlir. Kitaba, daxil olunan şeirlər
alban dilinə türk və Azərbaycan dilindəki
orijinalından tərcümə olunmuşdur.
Kitabı nəşrə
hazırlayanlar Məmməd İsmayılın elə əsərlərini
seçmişlər ki, bu əsərlər şairi alban
oxucularına sevdirmək gücünə malikdir. Bundan
başqa, kitabda ünli şair və professor olan Məmməd
İsmayılın geniş həyat hekayəsinə də yer
verilmişdir ki, bu da oxuculara bənzərsiz şeirlər
müəllifinin keçdiyi ömür yolunu izləmək
baxımından vacibdir.
Məmməd İsmayıl elə
bir şairdir ki, hətta alban dilinə tərcümədə
belə, dünya standartları ilə yarışır,
çünki şair ədəbiyyata fərdi kültürəl-mədəni
kimliyi və yazı keyfiyyətilə gəlir, o, yalnız
teorik bir yaxlaşımın peşində deyil, eyni zamanda ədəbiyyata
uzun və yazılı bir motivasiyaya sahib olan yaddaşlara həkk
olunacaq bir yazı tipologiyasını da gətirir. Bu isə
yaddaşı reallığın olduğu yerdən
qorunmasıdır.
Şairin ölkəsi - vətəni
dünya kontekstində hardasa onun bütün şeirlərinin
başlıca leytmotividir Bu, bəlkə də, şair
üçün fərdi və kollektivi hərəkətə
gətirmək üçün bir vasitədir. Hardasa
bütün şeirlərində bu motivlərlə
qarşılaşa bilərsiniz. Hətta metaforalardan istifadə
və sevgidən bəhs edərkən də eyni mənzərəni
görmək mümkündür.
Coğrafi təsvirlər, vətən
gözəlliyinə xeyir-dua, şair bu personajların, elementlərin
köməyi ilə əsərlərini qurur, müqayisə
nömrələrinə işarə edir, onları yad, ya da səmavi
simvollarla qarşılaşdırıb müqayisələr
aparır, düyünlər düyür. O, insan istəklərinin
yerinə yetirilməsi üçün Yaradandan ruhsal təmənnada
bulunur və bəzi əlaqələri gözdən
çıxarmaqla fədakarlıqla birliyin
davamlılığının qorunub saxlanmasını istəyir.
Bu mənəvi hesabat şairin bütün
yaradıcılığı boyu izlənməkdədir.
Əsrimizin ən böyük bəlası
olan miqrasiya şairin ən böyük acısıdır,
iddialara qarşı münaqişələr və sistemlərin
gərginliyi, tez-tez yaradıcılıq zəncirlərindən
çıxan bir eqo gücünü yaradır. Bu poetik durum
onun şeirlərində sıx-sıx qarşımıza
çıxır. Bu şeirlərdə ağrı, acı
var və bu əzici tonu gizlətmək və ya idarə etmək
elə də asan deyil. İtirilmiş şəhərdə
qrotesk bir adamın bayğınlığı var.
İtirdiyini zənn etdiyi küçələrdə tərkedilmişliyin
qoruyucusu kimi istəsən də səsini qaldıra bilməzsən.
Sevginin - ümumi xarakteri ətraf
mühitlə vətən, valideyn sevgi modelinin üz-üzə
gəlməsindən asılıdır. Şeirlərində
gündəmə gətirdiyi motivlərdən də
göründüyü kimi, həyat iksiri kimi, şair sevgiyə
xüsusi dəyər verir, insanlığı sevgiyə
çağırır və onun ürəyində sevgi
xüsusi yer tutur. Yaradıcılığının
böyük bir hissəsi uzlaşmaqdan uzaq olsa da, ətrafı
çevrələyən gözəlliyi də unutmuş
deyil.
Onun bütün şeirlərində
gözəgörünməz gizli daxili bir əlaqə, bir
mesaj, sosial protest də var. Sosial kodların qaranlıq tərəfi
çəkilməsi gərəkməyən sevgi
ölçüləridir. Yazdığı əsərlərdə
şairin düşündüyü yalnız sevginin bir
ölçüsüdür və vətənindən
uzaqlarda yaşayan həddindən artıq qürurlu insanlar elə
bilirlər ki, onların gizli sənəti onların üzlərini
də gizləyə biləcəkdir.
Angel
İ.Berişa şair, Kosova Milli Kitabxanasının
direktoru -
Gyakovo
Ədəbiyyat
qəzeti.- 2019.- 20 iyul.- S.13.