Çarmıxa çəkilmiş yol
ayrıcıyam,
Bir iz yox,
cığır yox məndən o yana...
Bundan belə
Ayrılıqdan çəkib
şirə,
Yol gedirik hələ pirə.
Bu eşq xatirə-xatirə, -
Başından tökülsün sənin.
Yaşanmış günlərim
kövşən,
Ah rəsmidir bu bənövşən.
Mənim kimi eşqə düşən,
-
Sevənlərin ölsün sənin.
Eşq yoludur bu can belə,
Yaxanı çəkmə yan, belə.
Çox demirəm,
bundan belə, -
Hər gün üzün gülsün sənin.
Dəyirmanda dən oynadı
Bu sevgi toy tutdu mənə,
Hərə bir cür şən
oynadı.
Qərib ahından
diksinib, -
Bu zalım
Vətən oynadı.
Qələmini batır
tərə,
Gəlim çiçək dərə-dərə.
Könül verdiyim xəbərə, -
Bu ruhsuz bədən oynadı.
Təbiətə tacdı
sünbül,
Nə gözəl nur saçdı sünbül.
Yaxasını açdı
sünbül, -
Dəyirmanda dən oynadı.
Kəndimiz
Gələni yox, gedəni yox bu kəndin,
Gözü yolda qalıb duman, dağ belə.
Görüşünə yubandığım
zirvələr, -
Görməmişdi saçlarımı
ağ belə.
Lalələrin bağrında
qan qalmışdı,
Hər sevgidən bir şöhrət, şan qalmışdı.
O kənddə bir yetim oğlan
qalmışdı,
Görən varmı o uşağı
sağ belə?
Belə qoyub getmişdikmi kəndi biz?
Niyə kəsdik bu bərəni, bəndi biz?
Kövrəlmişəm qoy görməsin kəndimiz,
Gözlərini sıx,
ay bulud, yağ
belə!
Belə hara tələsirdi bu payız
Dağ döşündən
şəklimizi çəkir
qar,
Dodağımda qəmli nəğmə payım var.
Qol götürüb
yenə çılpaq
budaqlar,
Qırx tilsimli bir qəsrdi
bu payız.
Zirvələrin yaşmağıdır
çən-duman,
Durna köçü
başım üstə
qanadlan!
Gözəlliyə, gözələ
bax, ay aman!
Möcüzədi, belə sirrdi bu payız.
...Fatma nənə buludları sağırdı,
Göy qurşağı oğrun-oğrun
baxırdı.
Bu ayrılıq məni hardan çağırdı, -
Belə hara tələsirdi bu payız?
Sünbül
Bir ocaq üstünə sac qoymuşdular,
Yuvasız quşları ac qoymuşdular.
Günəşi başına
tac qoymuşdular,
Torpaq havasında oxudu sünbül.
Nə qədər
sınağa çəksə
də səni, -
Uca tut, süfrəndə çörək
kəsəni.
Biçilib sovruldu xırmanda dəni,
Ha gəzdim, yerində yox idi sünbül.
...Fəsillər
dəyişib ta, qarlı qışdı,
Əllərim yer eşən kotandı, xışdı.
Bir vaxtlar torpağa bel bağlamışdı,
Ayağı yerdəydi, şux idi sünbül.
Xatirə dadı
Qoxladığım çiçəyi
sonam, əyil sən də dər,
Niyə uzansın axı, aramızda bu çəpər?
Gözlərimi üstündə
çətir tutan bəxtəvər,
Belə hara çəkirsən məni yağış yerinə?
Lalələrin bağrında əcəb
çiçəkləyib qan.
Köz götürüb yanıram
hələ qərib ahından.
Divanə ruh yoludur sevib gəzdirdiyim
can,
Tut yaşanmış
günlərdən, qayıt
yığış yerinə.
Damağıma illərin
xatirə dadı çıxıb,
Şair sevən qızların yalandan adı çıxıb.
Qollarımın yerində bir quş qanadı çıxıb.
Mələklər salsın lələk qoy bu ağuş
yerinə.
Ata
Atasızlıq sinəmə
çəkilən tale dağı,
Göz yaşıyla suvardım bu bostanı, bu bağı.
Anamdan öyrənmişəm
necə ata olmağı,
Odur könül məlhəmim,
odur dərmanım, ata.
Atadan söz düşəndə,
mən susdum, danışmadım,
Yalandan çırpınırdı bu
lələksiz qanadım.
Atalılar yanında
çağrılmadı heç
adım,
Ruhun əlimdən tutub, hardasan, canım, ata?
Könlümdəki bu nisgil min qıfıla açardı,
Anamın duaları yoluma nur saçardı.
Tay-tuşum ata deyib qabağına qaçardı,
Mənimsə, qaynamazdı heç kimə qanım, ata.
İndi bircə
balamın söhbəti-sözü
mənəm,
Hamı elə bilir ki, atamın özü mənəm.
O ocağın qaralan kül altda közü mənəm,
Bir həzin mehə bəndəm, alışıb
yanım, ata.
Çarmıxa çəkilmiş
yol ayrıcıyam
Çarmıxa çəkilmiş
yol ayrıcıyam,
Bir iz yox, cığır yox məndən o yana.
Büküb baxışına
bir pay ah göndər,
Diksinib bəlkə bu bəndən oyana?!
Bu tüstü canımda tütün sevgisi,
Bir sözsüz nəğmədir
bütün sevgisi.
Təndiri götürüb
kütün sevgisi,-
Nə gözəl
dartınır kündən
o yana.
Məni yaman yerdə yordu yoxuşlar,
Gör nəfəs dərməyə
harda koğuş var?
Urranmış xırmana
daraşıb quşlar,
Tülkü gözün
döyür hindən
o yana.
Çiçəkləri solmuş
bağı çəpərlə
Göz dağıdır
bu gecikmiş köç mənə,
Bundan belə bir ayrılıq
seç mənə.
Bu doğmalıq
düşmədi ki, heç mənə,
Dilə tutub səni bir yad apardı.
Son nəğməylə
heykəl yondu Qu eşqdən,
Yana-yana hamı oxudu eşqdən.
Ürəklərdə nəfəs
olan bu eşqdən,
-
Damağında ayrılıq dad apardı.
Çiçəkləri solmuş
bağı çəpərlə,
Oyatsınlar bağbanı bu xəbərlə.
Lələk salıb,
süfrə açdım
qan-tərlə,
Zalım məni qanad-qanad apardı.
Ayağı torpaqda olan ağaclar
Arzuya qol-qanad,
eşqə kamsınız,
Ahdan köz götürüb yanan şamsınız.
Mən elə bilirdim siz adamsınız,
Mehrini könlümə salan ağaclar.
Xırmanda yiyəsiz
qalardı dən də,
Qaçıb oynayardıq hər gün kölgəndə.
Məhəbbət payısan
sən bizim kəndə,
Ağlımı başımdan
alan ağaclar.
Sərinlik sevdası,
yaşıllıq dini,
Basıb qol-budağı döngəni,
tini.
Göylərə danışır
Yerin sirrini, -
Ayağı torpaqda olan ağaclar.
Tələbə
Arzular böyükdür,
dünya dardı, dar,
Kasıb süfrənizdə
hər şey bal dadar.
Uçmağa nə gözəl qanadların var,
Hardandır bu sevda səndə,
tələbə?
Şəhərdə böyüyən
kəndçi balası,
Hər kitab gözündə bir eşq qalası.
Dağların dumanı,
çölün lalası,
-
Səni də saldımı bəndə, tələbə?
Gəl özgə
yerişlə, ayrı
duruşla,
Bir nəğmə oxuyaq bu qərib quşla.
Gününü keçirib
qəpik-quruşla, -
Qəmli də tələbə, şən də tələbə.
...Xəyalım
o uzaq illərdə qalıb,
Kimi xəbər verib, muştuluq alıb.
Anam qollarını boynuma salıb, -
Deyərdi, xoş
gəlib kəndə tələbə!
Müəllim ömrü
Dirilik suyudur alnında tər də,
Söküldü dan üzü, açıldı pərdə.
Bir parlaq Günəşdir müəllimlər
də,
Pirdir, müqəddəsdir müəllim
ömrü.
Müəllim ömrünü
taladı, çapdı,
Vətən səadəti elmdə tapdı.
Şirin xatirədi,
canlı kitabdı,
Hər canda nəfəsdir müəllim ömrü.
Hər şagird
bir məktəb xəritəsidir,
Ay uşaq, gör orda kimin
dərsidir?
Hər ahı çalınan son zəng
səsidir,
Məktəbsiz qəfəsdir müəllim
ömrü.
Hər şagird
bir naxış, müəllim hana,
Gərək Azərbaycan
nura boyana!
Qoy hamı bilsin ki, bundan
o yana, -
Hər şeyə əvəzdir müəllim ömrü.
Fəhlə əlləri
Kərpic ustasısan,
daş fəhləsisən,
Nə gözəl bağlayıb
qabar əllərin.
Elə sevgini də, səadəti də, -
Bir gün bu qabarda
tapar əllərin.
Zəhmət çiçəyidir
alnında tər də,
Bağbansız bu gülü sən özün dər də.
Başına döndüyün
xatirələrdə, -
Büdrəyib yıxılsan, tutar əllərin.
Boyunu oxşayan
bir pərin olsa,
Tələsmə keçməyə arx dərin olsa.
Namərd süfrəsində
gözlərin olsa,
Bax onda eləyər qübar, əllərin.
Murovu səslə
Bir tələ qurmuşam şair ahından,
Sərhəddən o yana dur, ovu səslə.
Kəlbəcər hıçqıra-hıçqıra
qalıb,
Nəfəsin çatınca Murovu səslə.
Tarix şər görməyib belə şər kimi,
Silahlan, döyüşə atıl
ər kimi.
Yarası göynəyən
qazilər kimi,
Əsiri harayla, girovu səslə.
Qaçqının, köçkünün
yuxusu soyuq,
Açılan güllərin qoxusu soyuq.
Yayın ortasında nədir bu soyuq?!
Saçlarım bağlayan qırovu səslə.
Əlirza HƏSRƏT
Ədəbiyyat
qəzeti. - 2019.-20 iyul.- S.26.