Aniara
Poemadan parça
ƏDƏBİYYAT
ÜZRƏ 1974(2)-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Harri MARTİNSON - İsveç
Harri Edmund Martinson - İsveç
yazıçısı və
şairi. 1904-cü ildə Blekinqdə dünyaya gəlib. Beşuşaqlı ailənin yeganə
oğlan övladı
olub. Altı yaşı olanda
atası vəfat edib. Bir il sonra
övladlarını İsveçdə
saxlayan anası Amerikaya mühacirət edib. Harri Martinson erkən yaşlarından
işləmək məcburiyyətində
qalıb. 1920-ci ildə matros və müxtəlif işlər görən fəhlə kimi işə başlayan
Martinson Hindistana və
Braziliyaya uzun səfər edib. Höteborqda və Stokholmda modernist rəssamlar
və "fəhlə
yazarlar" cərəyanı
üzvləri ilə tanış olub. Bu ona
1929-cu ildə nəşr
olunmuş "Beş
gənc" antologiyasında
çap olunmaq imkanı verib.
1929-cu ildə
yazıçı Mye
Martinsonla ailə qurub və bu
evlilik 1941-ci ilə qədər davam edib. 1942-ci ildə Harri Martinson İnqrid Lindkrantzla evlənib.
1934-cü ildə Moskvada Sovet yazıçılarının birinci qurultayında iştirak edib. 1939-1940-cı illərdə könüllü olaraq sovet-fin müharibəsində
SSRİ-yə qarşı
döyüşüb. 1949-cu ildə İsveç
Akademiyasına üzv
seçilib. 1956-cı
ildə işıq üzü görən
"Aniara" poeması
ona böyük şöhrət gətirib.
1974-cü ildə "yaradıcılığında şeh damlasından tutmuş kosmosa qədər hər şeyi mükəmməl
təsir edə bildiyi üçün"
İsveç yazıçısı
Eyvind Yunsonla birlikdə ədəbiyyat
üzrə Nobel mükafatına
layiq görülüb.
Harri Martinson 1978-ci il 11 fevralda xəstəxana bıçağı
ilə intihar edərək həyatına
son qoyub.
"Ədəbiyyat
qəzeti" oxucularına
şairin "Aniara"
poemasından bir parçanı təqdim edirik.
Aniara
Poemadan parça
55
Planet bomboş. İnsanlar
gedib
kosmik surətlərə
baxmağa həvəssiz,
şəffaf şüşə
arxasından Veronikanın
saçlarına
baxmaq yersiz:
göy üzündə
fövqəlyeni ulduz alışdı,
işığı buralara qədər düşdü.
Və alçaldılmış
münəccim rəml
açır,
göy üzü
kimi soyuq zərləri sıxır
ovcuna,
bu oyunda fövqəlsoyuq ulduzlar
Onun çörək
ağacıdır,
nankor fotonofaq
qəlbinin
sonuncu həqarətini
xəsisliklə çırpır
onun üzünə.
Bu narazılıqdan
parçalanmamaq mümkünsüz,
bu alov əbəs yerəmi
onu yandıracaq gecə-gündüz?
Hansısa kosmik yaramazın
səsi snobistik
tonda çıxır,
dinləyir, nifrətlə
ötür yanından,
baxır, yorğun,
təəssüf dolu
pıçıltıyla,
lüğətində olan sözlərdən
bir neçəsini
seçib deyir -
cəhənnəm olsun kosmos da, siz
də.
Və münəccim
kosmik dənizlərdəki
möcüzələr haqqında
köhnəlmiş hekayəsinə
görə
üzr istəyib,
tələsik bitirir sözünü.
80
Eşq ulduzuna hansısa
fövqəlqüvvə yardım
edir:
qasırğa yaradan bəbəklərin,
içi işıq
saçır.
Ulduz yerə boylanır göydən -
torpaq cana gəlir, qızdırır
dünyanı.
Çəmənlər çiçəkləyir,
dirçəlir,
yayın xoşbəxtliyi
xoşbəxt edir hər yanı.
Çiçəklər torpaqdan
boy verir
qalibiyyət bayraqları
kimi qalxır yerdən,
sarı yaylıqlı
kəpənəklər
dəvətikanı çiçəkləri
üstə rəqs edir.
Eşşəkarıları yaşıl
otlara tökür hirsini,
sancır lalənin
kövrək ləçəyini
-
külək tələsik
verir onların dərsini.
Ötəri həvəs
- təsadüflərin açarı,
dəlisov səadət
düşəcək qismətinə.
Çəmənliklər üstə
sevişən yay
kindən, ehtirasdan
uzaqdır,
eşq ulduzu
sirli gecələrdə
bərq vuran eşq dəlisi.
Başqa kim bu qədər
xoşbəxt edə bilər səni, göy üzü?
1956
Şeirlər İsveç dilindən Ülkər Babayevanın sətri tərcüməsi üzərində
işlənib.
Tərcümə etdi: Əyyub
QİYAS
Harri Martinson
Ədəbiyyat qəzeti.-
2019.-20 iyul.- S.32.