Mixi mətnlərin gerçək anlamı...

 

Tariyel Azərtürkün iki kitabda cəmlənmiş "Türk türk dilinin mənşəyi" (mixi yazılar əsasında)" (Sankt-Peterburq, Superİzdatelstvo", 2019) monoqrafiyası barədə bir neçə kəlmə

 

Tariyel Azərtürkün əvvəlcə ABŞ-da ingilis dilində, daha sonra isə Bişkek, Sankt-Peterburq Bakıda rus dilində nəşr olunmuş unikal, bu sahədə pioner, yəni ilkin sayılacaq monoqrafiyası olduqca aktual müasir dövrümüzün elmi həyatında böyük simptomatik baxımdan çox əlamətdar bir hadisədir. Müəllif bu kitabları ortaya qoymaqla, Ön Asiyadakı (əslində, əsasən Babilan Zaqafqaziyada) mixi yazıların şifrələrinin açılması ilə bağlı yeni, obyektiv elmi istiqamət yaratmışdır. Bu yanaşma, müəllifə türk dünyasının - öz ilkin ata-baba yurdunun erkən etnik etno-mədəni tarixi haqda olduqca obyektiv konsepsiya yaratmağa imkan verir. Bu konsepsiya isə öz növbəsində, avrosentrizm hind-İran puç nəzəriyyələrinin qatı tərəfdarları tərəfindən, əslində, şablon doqmalar əsasında qoyulmuş türklərin türk dilinin guya Altay mənşəli olması barədəki psevdo (yalançı) - bədnam iddalarını tamamilə qətiyyətlə təkzib edir.

Yaxın Şərqdə ulu əcdadlarımız tərəfindən yaradılmış mixi mətnlərin yeni yolla tərcüməsi interpretasiyası (izahı), Tariyel Azərtürkün gərgin əməyinin məhsulu olan fundamental monoqrafiyada öz geniş əksini tapır. Bir sıra mürəkkəb cəhətləri özündə əks etdirən vahid kompleksin işlənib hazırlanması sayəsində müəllif, etnogenetik etnotarixi planda qədim türk dilinin qrammatik qaydalarına əsasən mixi mətnlərin rekonstruksiyasına, eləcə erkən türklərin yayıldığı areala, onların dini, ideoloji mədəni dəyərlərinin aşkara çıxarılmasında çox mühüm rol oynayır.

Qədim əcdadlarımızın həyatının ən müxtəlif məişət ictimai aspektləri həmçinin onların məşğuliyyət sahələrini, tayfa-nəsil ənənlərini dini inanclarını, etiqadlarını özündə əks etdirən mixi yazılı sətirlərin keçmiş müasir tərüməçilər tərəfindən deformasiyaya uğraması nəticəsində heçliyə çevirtdirilmiş mətnlərin tədqiqatı yenidən bərpası sahəsində müəllifin gördüyü işlər özünün azman masştabı ilə adamı heyran qoymaya bilmir.

"İncil"də türkizmlər Enlil İsmə Dağan adlı şair alimin əsərləri kimi təqdim edilmiş poetik nümunələrdən, riyazi, fəlsəfi astronomik traktatlardan başlamış tarix, təsərrüfat, baytarlıq, mineralogiya, vulkanologiya, əmtəə mübadiləsi (alış-veriş), siyasi-ictimai, cəmiyyətdəki çaxnaşma, ölkələrarası münasibətlərə qədərki mövzuları əks etdirən tərcümə olunmuş mətnlərin sayı yüzdən çoxdur.

Türk dilini bilmədiklərindən onlara məlum olmayan kəlmələri yalançı allah səviyyəsinə qaldıran, çox vaxt isə onlardan cin-şəyatin düzəldən Hind-Avropa "mənşəli" tədqiqatçıların tərcümələrindən fərqli olaraq, Tariyel Vəli oğlu tərcümə zamanı bir-birinə qarışdırılmış, intervalsız hala gətirilmiş, yaxud bir-birinə yapışdırılmış kəlmələri türk dilinin morfologiyası əsasında təzədən tanskripsiyaya uğradaraq onları yenidən modelləşdirir.

məhz bu cür təzə işlənib hazırlanmış metodik açarın əsl nüfuzedici tədqiqatçı zehninin köməkliyi ilə Azərbaycan türkoloqu Şumer mixi yazılarının - bizim ən ilkin əcdadlarımızın şanlı yazılı tarixinin aşkar edilməsində inqilabi çevrilişə nail olur.

Bu da, öz növbəsində, müəllifi bütövlükdə ulularımızın etnik tarixinin ən dərin qatlarına nüfuz edə bilməsinə zəmin yaradır.

İşin ən dəyərli vacib sayılacaq cəhəti ondan ibarətdir ki, alimin türkün Ön Asiyada doğulduğu barədəki konsepsiyası, ondan asılı olmayaraq bizim "Prototürklər: ən ilkin vətən, ilk tayfalar dil, tarix etnokultura" (Kazan, 2018, 46 s.) adlı monoqrafiyamızda irəli sürdüyümüz digər xarakterli  materiallarımızda təsdiqini tapmış analoji konsepsiya ilə üst-üstə düşür. Bu konsepsiyaya görə, türk dili öz başlanğıcını Yaxın Ön Asiya şərqindən alaraq, oralarda fomalaşmağa başlamış aqqlyutinativ (yapışan) quruluşlu dil dialektlərin uzun zaman ərzində bir ərazi mühitində birgə yaşamaları inteqrasiyaları sayəsində qohum dil massivinə çevrilmişdir. Bütün bunlar, hər şeydən əvvəl, qədim Ön Asiyanın yaşarı ölü dillərindəki paralel kəlmələrin korpus sözlüklərindəki leksikasındakı heyranedici təkrarları eynilikləri ilə mütləq təsdiq olunur.

Bizim tədqiqatlarda türk dilinin ön dövrlərinin Yaxın Şərqdə yaranması ideyası onun tarixinə maddi qeyri-maddi mədəni irsinə, həmçinin antropologiya genetikaya aid çox tutarlı arqument faktlarla tam təsdiqlənir. Bu elmi işlər burada aparıcı mütəxəssislərin hərtərəfli dəstəyini yüksək qiymətini almışdır. 

Biz hesab edirik ki, aralarında prinsipial xarakter daşımayan ayrılıqlar olsa da, bu iki konsepsiya, yəni Tariyel Əliyevin geneoloji nəzəriyyəsi ilə bizim nəzəriyyəmiz işdə bir-birini tamamlayır hətta bir-birini gücləndirir . Əgər dəqiq reallıqlarla təsdiq olunan T.Əliyevin mixi yazılı mətnlərin dilinin türkcə olması, dəfələrlə müəllifin etiraf etdiyi kimi, tərkibində sami dillərində mövcud olan ümumi kəlmələr saxlayan türk dilinin Azərbaycan dialektinə əsaslanırsa (alim onların hamısını doğma türk kəlmələri hesab edir), bizim nəzəriyyəmizə görə, prototürkün leksik-semantik lüğət fondu deməli, türk etnosunun özü, Ön Asiyanın dil ittifaqı tərkibində formalaşmış, sonradan bəzi qüvvələrin təsiri altında (əhalinin artımı, sonu olmayan müharibələr) türk tayfaları ilk vahiddən qoparaq dalğavarı şəkildə Orta Mərkəzi Asiyaya ucsuz-bucaqsız Sibir çöllərinə miqrasiya etmişlər. Bu tayfa birliklərində xalqlarda qədim xatt, hurrit, dravid, quti, elam, midia sami-hamit mənşəli xalqlarda rast gəlinən paralel kəlmələrin varlığı məhz bununla sübut olunur.

Tariyel Əliyevin ilkin ana paleotürk dil səviyyəsinə qaldırdığı Şumer dilinə gəldikdə isə, zənnimizcə, o, faktiki olaraq şumer - hurrit dövrlərinə enən həm "Şumer" dilinin həm prototürk dilinin onun dialektlərinin söz fondlarının meydana gəlməsində zənginləşməsində substrat bəlkə aparıcı rol oynayan aqqlyutinativ xarakterli avtoxton subar dilindən parçalanmışdır.

Tədqiqatçı Əliyevin süni yaradılmış kimi təqdim etdiyi  "şumer" etnonimi belə həmin regiondan sayılan ilkin etnonim hesab edilən daha qədim "subar" etnonim səviyyəsinə qaldırıla bilər. Zənnimizcə, şumer sözü subar etnonimindəki "b" səsinin "m" ilə ənənəvi əvəzlənməsi nəticəsində (b//m) subarusumeruşumer yaranmış termindir. Məhz bu variantda da (sumer) Ön Asiyanın bir sıra annallarında rast gəlirik.

Dr. T.Əliyevin ən fenomenal kəşflərindən biri -Vavilon Ön Asiya gil yazılarındakı mətnlərin türk dilinin qrammatik qanunlarına söykənən semantik deşifrə, onun öz təbirincə desək, semantik fonetik modelləşdirməyə məruz qoymasıdır. Bu, türklərin Babildə Ön Asiyada yaranmalarına ən güclü tamamilə yeni arqumentdir. Tədqiqatçının nail olduğu bu ya digər nailiyyətlər məhz bunun sayəsində mümkün olub.

Təşbehlə desək, bu, Türkün türk dilinin etnogenezi barədə özlərinin uydurduqları nimdaş, doqmatik nəzəriyyələrindən ürpəşmiş halda dördəlli yapışan avrosentristlərin başında partlayacaq ağır bombadır.

 

27.06.2019 - Kazan şəhəri

 

M.X.BAKİROV

 

Ədəbiyyat qəzeti.- 2019.- 27 iyul.- S.21.