Elazığ.Xəzər
Gölü
Qazaxıstan Yazıçılar Birliyinin
sədri, dəyərli
dostumuz, şair Uluqbek Yesdauletin Azərbaycan dilində şeirlər kitabı nəşr olunub. Şeirləri dilimizə şair Akif Əhmədgil çevirib və bunu çox böyük ustalıqla edib. Bu da
bizi sevindirməyə
bilməz, çünki
kitab Uluqbek bəyin Azərbaycanda nəşr olunan ilk kitabıdır. Uluqbek Yesdalet
çağdaş qazaxdilli
ədəbiyyatın aparıcı
şairlərindən biridir,
əsərləri müxtəlif
dünya dillərinə
tərcümə olunub,
ancaq mənim üçün ən əsası odur ki, o əsl türk kişisidir. Akif və mən artıq uzun illərdir ki, onunla dostluq edirik və Azərbaycan xalqına necə böyük ehtiram bəslədiyini yaxşı bilirik. Hər iki dostumu,
Uluqbeki də, Akifi də kitabın
çıxması münasibətilə
təbrik edir və böyük məmnunluq hissi ilə kitabdakı şeirlərin bir qismini "Ədəbiyyat
qəzeti"nin oxucularına təqdim edirəm.
Elxan Zal Qaraxanlı
Elazığ. Xəzər
gölü
Ey...
Əsən bir külək kimi
əyilmədən girdim içəri...
Əskilərdəki kimi
Əgər
Ər gəlirsə,
Əbədi torpağında
yer verdin,
Əl mənim,
Ətək sənin...
Döz-çörəklə qarşıladın,
Taybatay açdın
Üzümə qapılarını,
Elazığ -
Qonaqlı-qaralı qədim
diyar...
Ərlərin ərənidi
Azərbaycan şairi
Almas İldırım..
Elin nazlı şairinə
Qucaq açdın,
Elazığ...
Qədəm basdı
bu diyara,
Çiynində bir ağır yük.
Bu diyarda hüzn var,
Başını dik tut, dik...
Sinəni qabardan
Çəkdiyin "ah"mı?
Xalq üçün
haqq sözü
Söyləmək günahmı?..
"Gül" desən, gülərik,
"Ağla"
desən, ağlayarıq,
Boşalar ürəyimiz..
İndi şeir
bayramına -
Xəzər şeir
Axşamlarına
Dəstə-dəstə gəlir
Dünyanın
Dörd bir yanından şairlər...
Əski türklərin
At belində çıxdığı
Bir məkandı Elazığ...
Şah misradı,
məsəldi,
Dilimizdə dastandı
Elazığ...
Unuda bilməz
Kimin bu yurda
düşdüsə yolu..
Ey...
Elazığ...
Xəzər gölü...
Naz-qəmzə
Güləndə o qızın
Batır yanağı...
İtib batıram
mən də...
Saldı məni tilsimə.
ərşə çəkdi
yuxumu,
Naz-qəmzə dediyin bumu?
Düşdüm onun sehrinə...
Nazın bələdçi
oldu
Bu sevgi şeirimə.
Gözlərin saf bulaqdı,
Suyunda hüzn varmı?
İçsəm, söndürərmi
Könlümdəki atəşi?
Unutmaq çətin
işdir
Üzündəki gülüşü...
Nə suçu naz-qəmzənin?
Qalım sənin
könlündə...
Necə dözəsən dərdə?
Bəri başdan
tapçırım,
Qoy məni dəfn etsinlər
Yanağın batan yerdə...
Salavat
İsitməyən soyuğa,
Əriməyən buzlara,
Üzü qara torpağa,
Tükənməyən yollara,
Taqətdən düşən
ayağa -
Salavat.
Salınsa da zindana,
Hər əzaba qatlandı.
İnadından dönmədi,
Atdan düşüb
atlandı,
Başqa yola sapmadı,
Bir yönə çapan atlı
Heç pozmadı
andını...
Salavat.
Qığılcımdım - atəş
olduq,
Kömür idik - köz olduq,
Dəmir idik - mərmi olduq.
Azadlıq nəğməsini
Pıçıltıyla söyləsək
də,
Sonda cümlə - söz olduq,
Gördük bu eşq ilə
Ədaləti,
Ədavəti...
Salavat...
Həm az oduq, həm çox olduq,
Həm aç
olduq, həm tox olduq,
Həm var olduq, həm yox olduq -
Yenə vara min şükür...
Söylənmədi nəğməmiz,
Kəsmədi ki, ağlımız,
Hey üşüdü
canımız,
Tükənmədi qanımız
-
Sonunda qaldıqmı
Salamat?..
Buna da bir Salavat...
Əyilməyən başımız,
Taxılmayan tacımız,
Boş qaldımı taxtımız?
Kimə nəsib olacaq?
Ya qismət…
Tək Allaha əmanət…
Diş sıxmaq
Dişimi sıxıram...
Bilirəm
qışın gələcəyini,
Dünyanı əzabından
Qurtarmaq gəlməz
əlindən,
Versən də əl-ələ...
Bir əlac tapmadım
Vaxtsız əcələ.
Dişimi sıxıram...
Bilirəm, gücün
gerçəkliyini,
Kainat böyükdür,
Dünya böyükdür,
Mən isə kiçik...
Fəqət mən böyük röyalar gördüm,
Dişimi sıxaraq,
Əl uzatdım
ulduzlara,
Gördüm ki, onlardan biriyəm
Düşmüşəm yerə.
Yuvasını tapmırsa,
Dönəndə köçəri
quş,
Əriməyə üz tutsa da qış,
Böyümədi keçən
sənə
əkdiyin ağac
-
Dişini sıxmaqdan
başqa
Varmı bir əlac?
Dişini sıxarsan
qəzəbindən,
Bir şey gəlməz əlindən,
Qurtara bilməzsən
Dünyanın əzabından.
Bu zamana çarə yox,
Çarəsiz halda
Vurulmaq istəməsən
də,
Düşərsən üzüqoylu...
Ürəyin doludur,
Gözlərin dolu -
Dişini sıxarsan...
Çoxdan üzüb
getmiş
Minməli olduğun
gəmi,
Nə yapışmısan
dalğaların yedəyindən,
Yarımçıq buraxma mübarizəni,
Kənara at qüssəni, qəmi.
Budur,
Bahara təslim
oldu qarlı qış,
İnsan yaranmışıq,
Deyilik vəhşi.
Bəlkə son nəfəsdə
Sıxmaq üçün
Verilib insana
Otuz iki dişi...
Sadəcə...
Sadəcə,
Sənmisən, qardaşım,
eşq əlindən
divanə,
qəm yükünü
daşıyan,
hicrandan şəfa
uman?
Sadəcə sənmisən
Gündə yüz kərə ölüb dirilən,
Sevgiyə qul olan,
Özündən keçən,
Yanıb kül olan?
Sadəcə sənmisən
Eşq şərbətindən
İçib sərxoş
olan,
Divanələrə
yar-yoldaş olan?
Dinlə,
Mən deyim bir söz də
-
Şirazidən çıxmışıq
biz də…
Türküstan marşı
Türk milləti,
qalx ayağa, dimdik dur...
Diz çökənin nə əvvəli, nə sonu.
Əlbir olmaq samanır türklərin,
Birlik olsa, möhnət olmaz, bil bunu.
Ata yurdun - Altayım var arxada,
Bir yürüş var, addım-addım, əl-ələ.
Türk milləti,
birləşin
Ümid ilə,
inam ilə sabaha...
Belə fürsət
ələ düşməz
bir daha...
An gələr -
Qanad çırpıb
silkiər,
Gün doğdumu,
söküləck göy
üzü,
Nə vaxtacan töküləcək göz
yaşı?..
Birləşin... Türk
milləti, birləşin..
Başı üstə
xaqanların qalxanı,
Göy Türklərik
-
Biz almışıq
duamızı Tanrıdan.
Yer üzündə
qalmamaqçün sıradan
Söküləndə dan yeri
Açıq olsun süfrəmiz...
Bir atadan, bir anadan yarandıq
Səpələndik yer üzünə
Altaydakı beşikdən.
Can qardaşım,
dilimiz bir, dinimiz bir.
Soykökümüz Gültəkinmi?..
Ata yurdum Altayda
Bir araya gələ bilmək çətinmi?
Tərcümə edəni: Akif
Əhmədgil
Uluqbek
Yesdaulet
Ədəbiyyat
qəzeti.- 2019.- 27 iyul.- S.24.