Dözüm
Dmitriy Nikolayeviç Radionçik
Qrodnoda doğulub, Yanka Kupala adına Qrodno Dövlət Universitetini bitirib, ixtisasca filoloq-ədəbiyyatşünasdır. "Texnikanın zəfəri",
"Odsuz tüstü",
"Sahilsiz çay"
şeirlər kitablarının
müəllifidir. Dmitriy Belarus Yazıçılar
İttifaqının üzvüdür.
Onun şeirləri və məqalələri
"Neman", "Belaya veja" və s. ədəbi jurnallarda, habelə Varşavada çıxan
"Bügünkü poeziya"
ədəbi jurnalında
çap olunur. Əsərləri polyak və rus dillərində beynəlxalq
antologiyalarda yer alıb.
Dözüm
Mən öz yoxluğuma səcdə edirəm!
Boz kütlə içində
öz yoxluğuma,
Səcdələr edirəm, hayıl-mayılam!
Haqqı
dimdikləyən, haqqı
gəmirən
Qara quzğunların yanında
yoxam,
Mən öz yoxluğumu alqışlayıram!
Burda mən yoxam, orda da yoxam-
Gözlənti yerlərim tamam tutulub.
Lafçılıq bayrağı qalxan yerlərdə
Mənim
dodaqlarım möhkəm
tikilib,
Mən öz qulluğumu alqışlayıram!
Mənim
dodaqlarım - istehkamlarım,
Haqqa toxunmağa
icazə verin.
Bəlkə susduğuyçün minor notlarım
Kimsəsiz qalıbdı öz sahillərim.
Öz susqunluğumu alqışlayıram!
Bəs sonra nolacaq, çox maraqlıdır,
Görəsən, bu "sonra" olacaq həmdəm?
Mətnin
çölündəyəm, çöl də haqlıdır,
Amma yalan, lovğa qulu deyiləm.
Taleyim səbrimi əzizlər, bəslər,
Mənim də taledən budur xahişim.
Dözümü nəşəylə ələ verərlər,
Yaşasın dözümüm, yaşasın
səbrim!
Mən yenə güzgüdə
əksimi görürəm
Yenə
güzgülərdə əksimi
görürəm mən,
Yenə kandardan məni dan yeri salamlayır.
Qanadlanıb uçuram şehli
çəmən üstündən
Sevgidən kor oluram, Allah da gülümsəyir.
Göylər qucaq açıbdı,
ulduzlar qoşalaşıb,
Dolanbac yollar
heç vaxt belə hamarlanmayıb.
Sübhün sərin yelindən
ruhu qorumaq olmur,
Gecənin bürküsündən qaçmaq,
qorunmaq olmur...
Müqəddəs günbəzlərə
yatan kölgə
düşəntək,
Yay səması saf suya mavi sığal
çəkəntək,
Möcüzə yüksəklərdən üzüqoylu düşərək
Sənin
güzgülərində əksimi
görürəm mən...
Adsız şeir
Sərsəri həyatın dibinə
düşdüm
Tək-tənha qalmışdım, inan
qəfildən
Sənə çatmaq üçün
uçdum. Və gördüm -
Göylərin qapısı ağzındayam
mən...
Dmitriy RodionÇik
(Belarus)
Ədəbiyyat qəzeti.- 2019.- 27 iyul.-
S.27.