Sitatlar
ƏDƏBİYYAT ÜZRƏ
1981-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Elias KANETTİ (Bolqarıstan, Böyük
Britaniya)
25 iyul
1905-ci ildə Bolqarıstanın
Ruse əyalətində yəhudi
əsilli ailədə
doğulub, ömrü
boyu Bolqarıstan vətəndaşlığını saxlayıb. Uşaqlıq və gənclik
illəri Bolqarıstanda,
Böyük Britaniyada,
İsveçrədə, Avstriya
və Almaniyada keçib. Atası Jak Kanetti iş
adamı olub. Anası
Matilda yəhudi əsilli
ispan qızıdır.
1912-ci ildə
atası dünyasını
dəyişib, anası
uşaqları ilə
birlikdə əvvəl
Lozannaya, sonra isə Vyanaya köçüb. Elias Kanetti
fransız və ingilis dillərini mükəmməl bilib.
Daha sonra ailəliklə Sürixə, oradan da Frankfurta köçüblər.
Elias Vyana Universitetinin
kimya fakültəsini
bitirib. Ali təhsil illərində fəlsəfə və ədəbiyyatla maraqlanıb.
Vyanadakı ədəbi birliyə
üzv yazılandan sonra özü də bədii yaradıcılıqla məşğul
olmağa başlayıb.
Solçuluq tərəfdarı olduğu üçün
1927-ci ildəki iyul üsyanında iştirak edib.
1928-ci ildə
"Toy" dramını, bir il sonra isə "Şöhrətpərəstlik komediyası"nı yazıb.
"Kütlə və hakimiyyət" əsəri üzərində
20 ilə qədər
işləyib. Onun fəlsəfi əsərləri
dünyanın müxtəlif
dillərinə tərcümə
edilib. Ömrünün son illərini Sürixdə
yaşayıb. Orada yaşadığı
dövrdə avtobioqrafik
"Xilas olunmuş dil" əsərini qələmə alıb.
Elias Kanetti 1981-ci ildə ədəbiyyat üzrə növbəti
Nobel mükafatına layiq
görülüb. Mükafat yazıçıya
"fantaziya ilə reallığı bir yerdə əks etdirən, həyatı, bütöv bir qitənin münaqişələrini
təsvir edən roman
və hekayələrinə
görə" verilib.
Nobelli yazıçı 1994-cü ilin
14 avqust tarixində Sürixdə vəfat edib. "Ədəbiyyat
qəzeti" oxucularına
yazıçının əsərlərindən
sitatları təqdim edirik.
Sitatlar
Kim xatirələrindən
ehtiyat edirsə, qorxaq, hətta çox qorxaq adamdır.
Ədalətli olmaq da bölüşdürmək
qədər köhnə
problemdir.
Heç bir qırğın növbəti qırğının
qarşısını ala bilmir.
Sən uğuru hədəfə aldıqca, uğur da səni hədəfə
alır.
Hər bir müharibə özündən əvvəlkinin
təkrarıdır.
Qorxmaqdansa, qoy nifrət etsinlər.
Kim ki əmr vermək yolunu seçir, bu daha çox
uşaqları incidir. Qəribədir, uşaqlar əmr əsarəti altında ümumiyyətlə sınmır
və öz tərbiyəçilərinin qəzəbi
altında yaşamağa
alışırlar.
İxtira alınmadısa, partlayışı
geri qaytarmaq lazımdır.
Gözlənilməz yüksəliş hər zaman xoş təəssürat yaradır.
Böyük sitat müəllifləri qəribə təəssürat
yaradırlar, sanki bir-birlərini yaxından tanıyırmışlar.
İnsan məsafə saxladıqca hədəfə yaxınlaşır.
Mimika oyununda insanın fasiləsiz çevirilmək
qabiliyyəti üzə
çıxır.
Bu gün
bir nəfəri tonqalda yandırmaq cəzasına məhkum etmək, dünya müharibəsinə başlamaqdan
çətindir.
Zaman qısalır. Hər növbəti saat
əvvəlkindən qısa
olur.
İnsan özü olmaq üçün özündə
güc tapmalıdır.
Kim Tanrıya
inanmırsa, bu dünyadakı bütün
günahları öz
üzərinə götürür.
Hər dilin özünəməxsus
sükutu var.
Dil də sistem kimi laldır.
İnsan - öldürdüyünü dərk
edən heyvandır.
Hər bir insan dünyanın
mərkəzidir, bəli,
məhz hər biri və dünya
bu mərkəzlərin
bolluğu ilə qiymətlidir.
Tərcümə etdi: Əyyub
QİYAS
Elias KANETTİ
Ədəbiyyat qəzeti. - 2019.- 27 iyul.-
S.32.