Nəsimi
Dram (Kiçik
ixtisarla)
Nəsimi
məhbəsdə əli-ayağı bağlı vəziyyətdədir.
Birdən məhbəsin küncündən nurani bər şəxs
(Şəms Təbrizi) peyda olur və Nəsimiyə
yaxınlaşır. Nəsimi onu görüncə ayağa
durmağa çalışır, amma bağlı olduğuna
görə dura bilmir.
Nurani
şəxs bu sözləri oxuyaraq Nəsimiyə
yaxınlaşır:
- Həqq
taala yazdı üç xətt dünyada,
Okean oldu əqlü,
eşq isə ada.
Oxudu ilk xətti
həm özü və xəlq,
Eylədi
rəhbər onu, özünə xəlq.
Gördü
hər kəs öz gözüylə mütləqi,
Gördü
özün, görmədi, amma həqqi.
Digərin
özü oxudu, xəlq yox,
Çaşdı
bundan həqq yolunu xəlq çox.
Hamı
sevdi Allahı, amma onu,
Eylədi
dünyavü mafiha donu.
Halbuki,
Allah deyildir laməkan,
O məkan
etmiş ürəkdə bigüman.
Gər
olursa Allaha məkan ürək,
Allahın
da məkanı vardır demək.
Su kimi
qaliblərə salar özün,
Eyləyər
o qəlblərdə var özün.
Yazdı
həqq həm də üçüncü xəttini,
Aşiqin
qaldırdı ərşə qəddini.
Hansı
ki, nə özü bildi, nə də xəlq,
Onu idrak
eyləməzi dərvişü-dəlq...
Nəsimi
deyir:
- Kimsən,
ey can, nurdu, sanki surətin,
Məni
görməkdən nə idi niyyətin?
Şəmsi
Təbrizi deyir:
- Şəmsi
canam, əhli Təbrizəm, Nəsim,
Bilginən
ki, sənlə birdir niyyətim.
Nəsimi:
- Xoş
gəlibsən, Şəmsi canım, mərhəba!
Səcdəgahım,
astanım, mərhəba!
Ey mənə
can, xəlqə ruzi, həqqə nur,
Ey ki, sənlə
dünya mafiha olur.
Ey ki,
yoxdur bir məzarın dünyada,
Səni
görmək xoşdur, hətta röyada.
Şəmsi
Təbrizi deyir:
- Yox,
deyil röya, mənə röya demə,
Daxilindən
danışıram mən sənə!
Aşiq
olsan gözlərin həqqə dolar,
Arif olsan
hər nə görsən həqq olar..
Duy
damarında axan qanında sən,
Aç
gözünü, gör məni canında sən.
Mən sənəm
ki, Şəmsi Təbrizi kimi,
Söyləyirəm
Nəsimiyə dərdimi.
Öz
içində rücət etsən həqqə gər,
Həqq səni
ayineyi həqq eyləyər.
Et
zühur sən öz içində özünə,
Allahın
tək aşikar ol gözünə.
Gər
sevərsən özünü Məcnun kimi,
Güzgüyə
baxsan görərsən Leylini.
Nəsimi:
- Ey mənə
ayinə, mənə sən günəş,
Olmuşam
mən özümə hər dəm ətəş...
Olmuşam
od, həm də İbrahim özüm,
Olmuşam
öz bağıma qaim özüm.
Rücət
etdim öz içimə, amma kim,
Yoxdu
"mən"dən başqa məndə, ey həkim!
Həm
damarımda axan qanımdı Şəms,
Həm səmadan
həqq saçan canımdı Şəms.
Həqqə
çatsan, güzgü olsan həqqə gər,
Sən
susarsan, həqq səni dinləndirər.
Şəmsi
Təbrizi:
- Ey Nəsimi,
sözüm üstə söz demə,
Mən sənəm
çün, sən də məndən incimə.
Səndəki
həqq, Nəsiminin həqqidir,
Necə
ki, xəlq padşahın xəlqidir.
Hər kəsin
öz Allahı, öz yarı var,
Hər kəs
öz zənnilə Allaha çatar.
Allah olmaq
ya elə, ya da belə,
Eyni
şeydir, xəlqi salar müşkülə.
Aqil olmaq
arifin ehsanıdır.
Şəmsi
Təbriz hər kəsin vicdanıdır.
Həqq
dedinsə at "mən"i, çevril "biz"ə,
Hələb
heç vaxt bənzər olmaz Təbrizə.
Nəsimi:
- Şəmsi
canım, laməkanım, dinlə kim,
Səni
inkar etməyə gəlmir dilim.
Danə əkdim
mən həqq ilə xəlqdə,
Ta
ucalsın ol həqq ilə xəlq də.
İnkar
etmir ki, "ənəlhəqq" "biz"ləri,
Var edir
yağmur kimi ilbizləri.
Can verir o
danəyə bir su kimi.
Zairi
meyxanəyə "hu-hu" kimi.
Ol şəməm
ki, zülmət içində yanır,
Eşq ilə
dünyavü mafihalanır.
Zülməti
məhv etməsə də bircə şəm,
Bircə
şəmlik eyləyir zülməti kəm.
Biz də
məndən başlayır, bilsək əgər,
"Mən"
həqq olsa "biz"i də həqq eyləyər.
Şəms:
- Şəmi-həqq
dinmək dilərsə, nurlanar.
Şəm
"ənəlhəqq" söyləməz, çün
nuru var.
Toxunarsa gər
ki, şəm pərvanəyə,
Çevirər
pərvanəni meyxanəyə.
Geri
dönməz ta ki, desin sirri şəm,
Külü
ilə söyləyər təfsiri-şəm.
Həqqi
görsən kor olarsan, "mən" deyil.
Lal
olarsan, kar olursan, bunu bil!
Söyləyərsən
gər "ənəlhəqq", yəni ki,
Sən
deyilsən ol şəmin bətnindəki.
Şəm
söylər "mən həqqəm", pərvanə yox.
Aqil iddia
edər, divanə yox.
Sirrə
agah gər olubsan əbsəm ol,
Birləşibsən
şəm ilə gər, get, şəm ol.
Susginan ta
ki, cahan gəlsin dilə,
Səndəki
sirri-nihan gəlsin dilə.
Dil
danışsa bağlanar həqqin yolu,
Həqq
danışsa dil susar, qanundu bu.
Badə
olmaz tərbiyə etsən də su,
Yaranıbdır
buğda-buğda, cov da cov.
Hər
ikisi çörək olar, can olar,
Biri arpa,
biri buğdadan olar.
.
Nəsimi:
- Ey
camalın can verən, insanlara,
Ey
kamalın nuri həqdir canlara!
Gər
ki, xəlq təqlid ilə cana dolur,
Çün
həqi təqlid etsə, can olur.
Həm həqü,
eşqü, kamalat ilə şövq,
Çevrilərsə
adətə biz udmuşuq.
Qoy
dağılsın mollaların bidəti,
Qoy dəyişsin
xəlqimizin adəti.
Qoy
düşünməkdən qaçan bu xalqlar,
Təqlid
ilə söyləsinlər: həqq var.
Dəyişərsək
xəlqimizin adətin,
Almış
olluq mollaların qudrətin.
Xəlqi
təlim etmə, adətin dəyiş,
Eylə xəlqi
aşiqü-məşüqə kiş.
Qoy Şamaxı
Kəbə bilsin Təbrizi,
Təqlid
etsin, təqlid etsin xəlq bizi.
Buğda
nan olur əgər təqlid ilə,
Qoy ki, xəlq
də buğda tək gəlsin dilə.
Xəlqi
covluqdan qutarmaqdır işim,
Buğdalıqdır,
buğdalıqdır vərdişim!
Şəms:
- Mövləvi
də, mən də öldükdən sora,
Bir təriqət
piri olduq dünyada.
Qalmadı
bizdən xəbər olduq təriq,
Okean olduq
millətə, millət qəriq.
Hər kəs
öz fəhmi qədər bildi bizi,
Məntiqi,
əqli qədər buldu bizi.
Eşqsə
sığımır məntiqü əqlə, qərəz,
Bu səbəbdən
çıxdı dünyada mərəz.
Gəldi
minlər, bəlkə milionlar nəbi,
Olmadı
islah bu xəlqin adəti.
Eyni xəlqdir,
eyni millət, bül-əcəb
Eyni qayda,
eyni adab, eyni dəb.
Hər kəsin
öz fəhmi onun nəfsidir,
Şəxsidir
eşq, şəxsidir eşq, şəxsidir.
Peyinə
gül olmağı təlim edən,
Ya ki, misdən
zərri nabı istəyən,
Öz
yükün yox, özgənin yükün çəkən,
Ya
şoranlıq yerdə ol buğda əkən,
Deyil arif
bil ki, ibnül-cəhldir.
Eşqə
də dünyada hakim, əqldir.
Nəsimi:
- Mən
dikəndə gül yaratmaq istədim,
Xar
içində gül oyatmaq istədim.
Bir
budağı paylaşırlarsa əgər,
Xar
güldür, gül də xardır, müxtəsər.
Xar yoxdur
bu cahanda, vardı gül,
Həqqi
dərk et, həqqi öyrən, həqqi bil.
Dərk
edərsə xar da öz "mən"in əgər,
Kainatı
ənbər əfşan eyləyər.
Xar
çəkir gülün yükün, gül də xarın,
Kimsə
çəkmir öz yükünün azarın.
Çəkirəm
mən xəlq yükün, xəlq də mənim,
Çəkirəm
mən həqq yükünü, həqq də mənim.
Xarı dərk
etmirsə gül, o gül deyil,
Özünü
gül saymayan bülbül deyil.
Dünyəvi
irfandı mənim irfanım,
İnsan
haqların ucaldır imanım.
Şəms:
- Ey Nəsimi, həqq qapısı
bağlıdır.
Həm
qaçan da, həm qovan da həqlıdır.
Kamil insan
yoxdu dünyada-deyə,
Meyl etmək
vardır o kamilliyə.
Varsa qəlbində
əgər həqdən əsər,
Dar səni
meraca məskun eyləyər.
Kökləyərsə
eşq ilə gər imanı,
Dar
ucaldar, dar ucaldar insanı.
Niyyətin
alidisə sən alisən,
Qartal
olmaz dünyada zağü zəğən.
Çırpına
həqqin adıyla qəlb əgər,
Darü
dünyanı gülüstan eyləyər.
Nəsimi:
- Səndəki
irfanda din var, Şəmsi can,
Məndəki
irfanda insanü cahan.
Yoxdur
irfanında gər xəlq marağı,
Bilginən
ol irfanı din oynağı.
Qudrətin
yoxdursa irfandan demə,
Millətin
yoxdursa insandan demə.
Mən ənəlhəqq
söylədim insan üçün,
İnsana
bəslədiyim iman üçün.
Daxilimdə
hansısa bir nur mənə,
Söyləyir
həqsən, Nəsimi, qəm yemə.
Şəm
tək çün ki, yanacam mən sabah,
Nurlanacam,
nurlanacam mən sabah.
Mən o
şəməm ki, korun əlindəyəm,
Dünya
samanlıqdı, mən də iynəyəm.
Düşəcəm
korun əlindən yerə mən,
Yandıracam
dünyanı nar ilə mən.
Həm
şəməm, həm iynəyəm mən dünyada,
Məndədir
dünya və mən də dünyada.
Şəms
Təbrizi Nəsimiyə yaxınlaşıb onun alnından
öpüb, deyir:
Sən
kimi insan qalanmaz dünyada.
Gözləyirik
yolunu mafihada.
Şəmsi
də korlar yerə atdı, vəli,
Laməkanlıq
oldu Şəmsin məskəni.
Laməkanü
laməzaram indi mən,
Harda həqq
var orda varam indi mən.
Sən də
gəl ki, bu bağın, bu bostanın,
Nəsimisi
çatmayır bu dastanın.
Cismini at
ki, rəvanla birləşək,
Şəmi
at ki, şəmsi canla birləşək.
Ey cahana
hökm edən kəs, gəl bizə,
Quş
kimi uç, yel kimi əs, gəl bizə.
Şəms Təbrizi
yavaş-yavaş Nəsiminin gözləri önündən
itir.
Sayman Aruz
Ədəbiyyat qəzeti.- 2019.- 1
iyun.- S.15.