Modern Kanada poeziyası:

Marqaret Ətvud

 

Marqaret Ətvud müasir Kanada şairi, nasiri, tənqidçisi esseistidir. Avropa, ABŞ vətəni Kanadada çox yaxşı tanınan Ətvud indiyə kimi nüfuzlu ədəbi mükafatlar, o cümlədən Buker, Arthur C.Clarke mükafatını, habelə iki dəfə Baş Qubernatorun mükafatını alıb. Bütün kitabları, xüsusən nəsr əsərləri bestsellerə çevrilib.

İlk dəfə Ətvud ədəbi ictimaiyyətin diqqətini 1960-cı illərdə yazdığı şeirlərlə çəkib. İki kitabı - "İkiqat ilahə" "Dairə oyunu" topluları ilə belə deyək, gələcək axtarışları üçün möhkəm zəmin hazırlayıb; yəni hər bir yazarın taleyində, yazı prosesində elə məqamlar olur ki, taleyinin sonrakı dönəmlərində məhz bu məqamdan başlayır ora qayıdır, şübhəsiz ki, müəyyən qeyd-şərtlə. Həmin məqam tükənməz enerji qaynağına çevrilir. Sanki mistik bir qüvvə şairi daim həmin məqama kökləyir, həmişə ordan başlamasına səbəb olur. "İkiqat ilahə" toplusunda həyatla incəsənət arasındakı əlaqələr, habelə təbiətin insan oğlunun yaratdıqları arasındakı münasibətlər dramatikləşdirilir. Təbiətin səbatsızlığına qarşı Ətvud oyun, ədəbiyyat eşq anlamlarını qoyur. Yəni, bu ikilik, bu qarşılaşdırma Ətvud poeziyasında əsas gərginlik sahəsini təşkil edir. Yəni bir tərəfdən incəsənətə, digər tərəfdən isə həyata doğru cəzb edilir. Onun bütün yazılarında mən/başqası, subyekt/obyekt, kişi/qadın qarşıdurmaları aydın şəkildə hiss edilir. Bu düşüncə onun yaratdığı dünyanı tən yarıdan iki hissəyə bölür nəticə etibarilə qəhrəmanlarının bir-birindən təcrid olunmasına, bir-birlərilə dil tapa bilməməsinə gətirib çıxarır, onlar təmas qura bilmədiklərindən sosial münasibətlərin torundan can qurtara bilmirlər. Təbii ki, dünyada da öz yerlərini tuta bilmirlər. Yəni bütün bunlar o anlama gəlir ki, yaşadığımız gerçəklik heç nəyə yaramır, real insan cəmiyyəti yaratmaq lazımdır, indi üzümüzə duran gerçəklik manipulyasiya üzərində qurulub.

Ətvudun şeirləri əzab iztirabdan yoğrulub. Onun "Yanmış evdə səhər yeməyi" şeiri bu mənada son dərəcə xarakterikdir. Tənqidçilərdən biri bu şeiri ayrıca təhlilə çəkib yazırdı ki, bu mətn məsələyə yanaşma tərzi ilə məni həmişə təəccübləndirib. Bu hal onun poeziyasında tez-tez xatırlanır: kədər saflığın itirilməsiİnsan ilk dəfə yeridiyi, dil açdığı məkana gəlib bütün varlığı ilə sarsıla bilər, keçmişin, saflığın necə birdən-birə yoxa çıxmasını seyr edib qəlbinin dərinliklərinə qədər iztirab çəkər.

Onun yaradıcılığında İkinci mühüm şeir "Sevgi sözünün şəkilləri"dir. Şeir iki bənddən, 37 misradan ibarətdir. Mövzu elədir ki, yəni bəlli kontekstdə elə işlənib ki, onu dərhal, bütün nüansları ilə tutmaq, necə deyərlər, divara qısnamaq mümkün deyildir.  Şeirdə danışan, səsi gələn şəxs bir çox adamların adından danışır, burada birinci şəxs perspektivi yoxdur. Hər şey duman içindən çıxıb aydınlaşır. Şeirin ilk misrası bütün şeirin niyyətini açıqlayır: bu, yəni sevgi (love) sözü dünyadakı bütün dəlmə-deşikləri tutmaq üçün işlətdiyimiz bir sözdür. Yəni cəmiyyətin bütün fərdləri sevgi sözünü özlərinin müvəqqəti problemlərini həll etmək naminə işlədirlər. Bu ilk misranın quruluğu da əbəs deyil, mənası odur ki, sevgi sözü ümumi bir şeyə çevrilmiş dəyərdən düşmüşdür. İlk bənd elə beləcə davam edir, sevgi artıq deqradasiyaya uğramış, kommersiya alətinə çevrilmişdir. Sevgini siz dükanda, yaxud onlayn əldə edə bilərsiniz, o, artıq gündəlik tələbat malı kimidir.

Bəzən deyirlər ki, şairlər niyə daim kədərdən, dərddən yazır, bəzən heç əlac yeri qoymurlar. Kədər insan ruhundakı elə yerləri, elə kül olmuş bəndləri göstərə bilər ki, bura heç zaman, heç kəsin güzarı düşmür. Bunu yalnız şeirlə nişan vermək olar.

Füzulinin məşhur "Deyilsən çoxdan ey gərdun, cahan seyrində yoldaşım" mətləli qəzəlindəki

Mənə manənd bir divanə

            surət bağlamaz, guya,

Qələm sındırdı təsvirim

           çəkəndən sonra nəqqaşım.

beytindəki gərginlik sahəsi insanın içindən burulğan kimi keçən, orda əsrlər boyunca yığılıb qalmış tarixi oyadan bir nəsnədir. bunun sayəsində dünyanın sifətindəki ən gözəl ən eybəcər cizgilər aşkarlanır.

Şübhəsiz ki, bu şeirdə, yəni Kanada şairəsinin mətnində dərd (insan kədəri) oxucuya, onun taleyinə görə şərh edilməlidir.

Ətvudun poeziyasında "Sağ qalmaq" mövzusu geniş şəkildə işlənib. Ətvud ən müxtəlif dövrlərdə bu mövzunun müxtəlif aspektlərini kəşf edib, onu cəmiyyətə qarşı qoya bilmişdir. Ətvudun şeirləri qədər daxili dünyasının əks-sədası, onun sosial, siyasi ədəbi baxışlarının ifadəsi olsa da, bunları oxuyanda Kanada coğrafiyasının təsiri dərhal hiss edilir. Bir adi kanadalının dünya duyumu bəlkə heç bir tədqiqat əsərində belə incəliklə araşdırılmayıb: ərazinin genişliyi, göz tutduqca uzanması, əhalinin azlığı kəskin təbii şərtlər, iqlim şəraiti ilə mübarizə ovqatı onun misraları arasından xəfif qüssə, əlacsızlıq əlaməti kimi keçir. Ucu-bucağı görünməyən bu geniş ərazidə insanın əli heç yerə, özünə belə çatmır, insan son hüceyrəsinə qədər özgələşir. Bu zəngin, müstəsna duyğular onun iki əsərində - "Sağ qalma" adlı nəzəri əsərində "Bu məhəbbətdir" adlı poetik toplusunda əksini tapıb.

Marqaret Ətvudun bir neçə şeirini ingilis dilindən tərcümədə təqdim edirik.

 

Ədəbiyyat qəzeti.- 2019.- 1 iyun.- S.11.