Xanım, yaddaşınızı silə
bilərəm?
Gündəlik xəbərləri oxumaq insanlarda psixoloji bir narahatlıq yaradır.
Əlbəttə, bütün bunları çox asanlıqla ötürmək də
olur.
Ancaq bunun üçün insanda psixoloji
müvazinət çox güclü olmalıdır.
Ona görə də bu haqda çox da şey eləməyək,
bir az başımızı yuxarı
qaldıraq.
Səmaya
baxaq...
Görək, dünyada nə
danışırlar...
Nə düşünürlər...
Fikirləri hardadır, xəyalları
nədir?
Kolumbiya Universitetində aparılan
bir təcrübə haqda yazmaq istəyirəm.
Demək, alimlər siçanların
beynindəki xatirələri silməyi
bacarıblar.
Və yenidən
onların beyninə
yeni xatirələr yaza bilirlər.
Bu xatirəni, anı
siçan yaşamasa belə, onu
xatırlaya bilir.
Əvvəlcə siçanlarda yüksək
işıqlı bir qorxu yaradılır.
Siçan yüksək işıqla
ikinci dəfə
qarşılaşdıqda qorxur.
Sonra yaddaşından
o qorxu silinir və siçan qorxmur.
Bu təcrübənin Altsheymer xəstəliyini
anlamaq üçün çox faydalı olduğu deyilir.
Kaş anlasınlar Altsheymer xəstəliyini...
Amma məni
bu təcrübə
qorxudur.
Təsəvvür edin ki, beynimizdəki
hansısa xatirəni silə bilirik.
Telefonumuzu çıxarıb indicə
bizi tərk edən sevgilinin nömrəsini
yox, yaddaşmızda tutduğu yeri silirik.
Qız
(ya da oğlan)
qarşımıza çıxanda deyirik:
Bağışlayın, biz tanış
idik?
Superdövlətlər yaddaşımıza müdaxilə
etsələr necə olacaq?
Ya tarixi beynimizdən silsələr,
heç nəyi xatırlamasaq?
Məncə, belə bir şey
olsa, ən pis şairlər peşman olacaq.
Təsəvvür edin ki, bütün
ömürləri boyu "Sən məni unuda bilməyəcəksən"
kimi şeylər yazıblar.
Səndən ötrü it kimi
darıxıram kimi...
İndi yaddaşdan hər şey silinsə necə olacaq?
Həyatın poeziyası öləcək...
Kimsə deyə bilər ki, mən istifadə etməyəcəm.
Avraam Linkolnun məşhur bir arzusu vardı: "Kaş beynimi süngər
kimi sıxıb içindəki lazımsız
informasiyaları çölə ata bilsəydim...".
Hamımızın beynində lazımsız informasiyalar var.
Kaş tanımasaydım dediyimiz adamlar...
Axı bu xatirələr insana əzab
verir.
"Dün gece hic tanımadığım bir erkeğe
Sırf
sana benziyor diye usulca sokulup merhaba dedim".
Təsəvvür edirsiz, daha heç kim ona
oxşamayacaq...
Heç
kim heç
kimi xatırlamayacaq...
Ağ səhifələr açılacaq
qarşımızda...
Yazdığımız bir vərəqi büküb
zibilqabına atıb yeni bir vərəq götürmək
kimi...
Hər şey təptəzə olacaq...
Ya da götürək uşaqlıq travmalarını...
Onlar bütün
ömür boyu insana əziyyət
verir.
Onları silib yeni bir
başlanğıcla oyanmaq daha qəşəng olmazmı?
Hər şey necə maraqlı olacaq...
Həyat
çox daha əziyyətsiz....
Çox
daha işıqlı və parlaq...
Ziyanları yoxmu?
Əlbəttə ki, var...
Çünki xatirələrimiz bizi biz
edən şeydir.
Heminquey haqqında oxumuşdum, ona müalicəsi üçün
elektroşok verirlər, yaddaşını itirir.
Və o möhtəşəm
Ustad "yaddaşsız
yazıçı nəyə lazımdır?" - deyib
intihar edir...
Qaramatlıq kimi çıxmasın...
Amma onun vəziyyəti fərqli
idi.
Yaddaşını tamamilə silmişdilər.
Məşhur sözdür, deyir
ki, film, əslində, bitəndə
başlayır...
Yəni
bizim zehnimizdə, ruhumuzda yenidən başlayır...
Bu yazı da bir
az elə olsun...
Mümkün variantları düşünək...
Yaddaşınızı silmək istərdinizmi?
Silmək istərdinizsə, nəyi
silərdiniz?
Yoxsa sizə
əzab verən xatirələrlə
yaşamağı seçərdiniz?
Bu sual çox güman ki, nəzəri bir sual kimi qalmayacaq.
On, ola bilsin
otuz il sonra gerçək həyatda
qarşımıza çıxacaq...
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2019.-
1 iyun.- S.29.