“ULDUZ”UN MAY SAYI ARTIQ SATIŞDA
Edebiyyatqazeti.az
xəbər verir ki, “Ulduz”un növbəti – 600-cü sayı
artıq satışdadır.
Jurnalın
may sayı filologiya elmləri doktoru İslam Sadığın
“Ulduz”un mart sayına yazdığı “Bir bulaq
gözüdür hər ürək” adlı ekspert yazısı ilə
açılır.
Günay
Səma Şirvan “özüylə
söhbəti...”ni və şeirlərini təqdim edir.
“Nəsr”də
Vüsal Oğuz, Oğuz Ayvaz, Tural Cəfərli, Tural
Anaroğlu, Narıngül, İlqar Duman, Qalib Şəfahətin
hekayələrini oxuya bilərsiniz.
“Bizim
laureatlar” rubrikası “Ulduz” jurnalı və “Vektor” Beynəlxalq
Elm Akademiyasının böyük Azərbaycan şairi
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar
keçirdiyi poeziya müsabiqəsi qaliblərinin şeirlərini
təqdim edir.
“Yazı
masası”nın qonağı “Şeirlərimi süfrənin
bir qırağına yazıram” – deyən şair İlham Qəhrəmandır.
Cəlal
Məmmədov “Qısa fikirlər xəzinəsi”ndə “Əbədi hikmət
axtarışçısı” Seyyid Hüseyn Nasrın
qısa fikirlərini təqdim edir.
“Şeir
vaxtı”nda Fərqanə Yusifqızı, Vasif Süleyman,
Ayişə Nəbidir.
“Tribuna” Xəyalə
Əfəndiyevanın “Sabahın xeyir, ömrüm...”
yazısını təqdim edir.
“Esse”
rubrikasında Şəfa Vəli və Mina Rəşiddir.
“Debüt”
Seyhun Hökmdarın və Firudin Həmidlinin şerlərini
təqdim edir.
“Dərgidə
kitab”da “Romantizm” essesiylə Günel Eyvazlıdır.
Ədəbiyyat qəzeti.- 2019.- 1 iyun.-
S.32.