Bəsimdir
Gözlərində parıldayan sevgiyə,
Ürək adlı qəfəsəmsə
bəsimdir.
İstəmirəm varın-yoxun mən
olum,
Dodağında nəfəsəmsə, bəsimdir.
Belə
sevgi nə eşitdim, nə duydum,
Baxışında dərd unutdum, qəm yudum.
Səndən ötrü bu dünyada bir udum,
Arzuyamsa, həvəsəmsə bəsimdir.
Ünvan
oldum həyatının
köçündə,
Qiyməti var, dəyəri var heçin də.
Ətrafında yüz doğmanın
içində
Sənə əziz bir kəsəmsə,
bəsimdir.
Qınama
Səbr
eləmək məndən
ötrü çətindir,
Gündə yüz yol yazıramsa,
qınama.
Kölgə kimi gəzirəmsə
izini,
Ünvanımı azıramsa, qınama.
Arzu sonsuz, ümid sınıq, söz qəti,
Mən yazmadım
bu taleyi, qisməti.
Ürəyimi didən dəli
həsrəti,
Yoxluğuna yozuramsa, qınama.
Eşqim
gücüm, sevgim qolum, qanadım,
Bəxti dönüb tərs üzünə sınadım.
Əgər səni bezdirirsə
inadım,
Ürəyini üzürəmsə, qınama.
Vurulmadım nə şöhrətə,
nə ada,
Məğlub oldum sinəmdəki fəryada.
Səndən ötrü bu mənasız dünyada,
Yaşamağa hazıramsa, qınama.
Gedəsən
Əcəl də gələndə
göyçəyi gələ,
Bir şirin yuxuya dalıb gedəsən!
Elə yaşayasan ömür payını,
Hamının yadında qalıb
gedəsən!
Varı
var dadasan, çoxun çox ola,
Kəlmən kəlmə ola, yoxun yox ola,
Dünyanın malına gözün
tox ola,
Əlindən hər şeyi salıb gedəsən!
Baxanda pak ola sonun, əzəlin,
Tarixə yazıla sözün, qəzəlin.
Qəlbinə dəydiyin neçə
gözəlin,
Könlünü oxşayıb, alıb
gedəsən!
Həyatın dadını dişə
vurasan,
Külüngü həmişə qoşa vurasan.
Ömrü kişi kimi başa vurasan,
Öləndə ər kimi ölüb gedəsən!
Vüqar Bayramov
Ədəbiyyat qəzeti.- 2019.-
15 iyun.- S.29.